Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə144/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   176

 

442 


 

 

UĢaqları sevən ailələrdə valideynlər uĢaqları nə maraqlandır-

dığını və narahat etdiyini bilir, onların rəyinə, fikrinə, hiss və həyə-

canına hörmət edir, onlara kömək etməyə çalıĢırlar. 

Həssas,  qayğıkeĢ  ailələrdə  yaĢlılarla uĢaqlar arasında müna-

sibətlər  normal  olsa  da,  onların  münasibətlərində  müəyyən  məsafə 

mövcud  olur.  Bu  münasibəti  heç  bir  tərəf  pozmağa  çalıĢmır.  Belə 

ailədə uĢaqlar öz mövqelərini bilir, valideynlərinə qulaq asırlar. Bu 

ailənin  uĢaqları  sözəbaxan  olsalar  da,  kifayət  qədər  təĢəbbüskar 

olmurlar. 



Maddi  oriyentasiyalı  ailələrdə  baĢlıca  diqqət  ailənin  maddi 

təminatına verilir. Valideyn uĢaqlarını kiçik  yaĢlardan həyata praq-

matik yanaĢmağa, hər Ģeydə xeyir görməyə, fayda axtarmağa alıĢdı-

rırlar.  Onları  yaxĢı  oxumağa  məcbur  edirlər,  yeganə  məqsəd  ali 

məktəbə qəbul olunmaqdır. Belə ailələrdə valideynlərin və uĢaqların 

mənəvi aləmi yoxsuldur. 



DüĢmən  ailələrdə  uĢaqlar  özlərini  pis  hiss  edirlər.  Onlara 

hörmət  edilmir,  etimad  göstərilmir,  habelə  uĢaqlara  etibar  edilmir, 

onlara daim nəzarət olunur. Heç bir əsas olmadan uĢaqlar böyüklər 

tərəfindən cəzalandırılırlar. Belə ailələrdə uĢaqlar öz niyyət və arzu-

larını gizli saxlayır, bir-birinə qarĢı mehriban olmur, valideynlərinə 

pis baxır, yoldaĢları ilə yola getmir, məktəbi sevmirlər. 



Antisosial  ailələrə,  əslində,  ailə  demək  olmaz.  Onlar  daha 

çox uĢaqlar üçün müvəqqəti sığınacaqdır. Burada valideynlər uĢaq-

ları  sevmir,  onların  dünyaya  gəlməsini  arzulamır,  onları  bir  övlad 

kimi qəbul etmirlər. 

Adətən,  belə  ailələrdə  valideynlər  yanlıĢ  həyat  tərzi  keçirir, 

böyüklər bir-biri ilə yola getməyib münaqiĢələrə girir, uĢaqlara hə-

də-qorxu gəlirlər. Odur ki, belə ailələrdə tərbiyə alan uĢaqlar evdən 

tədricən uzaqlaĢırlar. 

Pedaqogikada  ailə  tərbiyəsi  dedikdə,  valideynlərlə  uĢaqların 

qarĢılıqlı münasibətlərinin idarə olunması sistemi baĢa düĢülür. Bu 

münasibət  həmiĢə  tərbiyəedici  xarakter  daĢıyır.  Bu  zaman  onlar 

aĢağıdakı şərtləri



 

nəzərə almalıdırlar: 

Məktəblə  ailə  arasında  uĢağın  tərbiyəsinə  xidmət  edən  vahid 

tələblərin yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir: 




 

443 




 

Valideynləri  öz  ətrafında  birləĢdirməyə  və  onların  böyük 

tərbiyə imkanlarından istifadə etməyə ruhlandırmalıdır; 



 

Valideynlərin  pedaqoji  biliklərə  yiyələnməsinə  və  onların 

pedaqoji mədəniyyətinin yüksəldilməsinə xüsusi qayğı göstərilməli, 

valideynlərlə aparılan maarifləndirmə iĢlərinə diqqət yetirilməlidir. 



 

Məktəb  və  ailə  ictimai  tərbiyənin  həyata  keçirilməsində 

aparıcı rol oynayır. 

Məktəb  uĢaqların  tərbiyəsində  ailə  və  ictimaiyyətin  fəaliyyə-

tinin əlaqələndirilməsi üçün öz iĢini aĢağıdakı kimi həyata keçirir: 

Məktəb  pedaqoji  kollektivin,  valideyn  komitəsinin,  yaĢayıĢ 

yerlərində  ictimai  Ģuraların,  klubların,  kitabxanaların,  stadionların, 

səhiyyə  orqanlarının  tərbiyəvi  iĢ  planlarını  əlaqələndirir,  tərbiyə 

prosesinin  iĢtirakçılarının  hər  birinin  funksiyalarını  dəqiq  bölüĢ-

dürür; 



 



Məktəb  öz  gücü  ilə  valideynlərə  və  ictimaiyyətin  nüma-

yəndələrinə  uĢaqlarla  iĢ  aparmağın  ən  effektli  üsullarını  sistematik 

surətdə öyrədir; 



 

Məktəb  tərbiyə  iĢinin  gediĢini  və  nəticələrini  diqqətlə  öy-

rənir və müzakirə  edir, nöqsanların  səbəblərini aĢkar edir və  onları 

aradan qaldırmaq üçün birgə tədbirlər həyata keçirirlər. 



 

Məktəbdə  valideynlərlə  iĢ  valideyn  birlikləri  vasitəsi  ilə 

aparılır.  Bu  birliklər  aĢağıdakılardır:  valideyn  komitələri,  Ģuraları, 

konqreslər, yardım cəmiyyətləri, rəyasət heyətləri, komissiyalar və s. 

Məktəb  və  ailə  tərbiyəsi  arasında  sıx  inteqrasiyaya  keçilən 

yerlərdə  “məktəb-ailə”  kompleksi  yaradılır.  Belə  komplekslərin 

baĢlıca  tələbi  məktəbin  fəaliyyətinin  bütün  istiqamətləri  üzərində 

valideyn nəzarətini təmin etməkdən ibarətdir. Valideyn birliklərinin 

baĢlıca  vəzifələrindən  biri  pedaqoji  bilikləri  yaymaqdır.  Valideyn 

universitetləri,  dəyirmi  masalar,  konfranslar,  pedaqoji  maarifin 

müntəzəm  fəaliyyət  göstərən  bir  çox  cari  və  birdəfəlik  formaları 

valideynlərə  kömək  edir.  Ümumi  etik,  iradi,  intellektual  dəyərləri 

öyrənmək üçün valideynlər məktəbi yaradılır. 



Ailələdə

 

uĢaqların tərbiyəsini düzgün təĢkil etmək üçün vali-

deynlər məktəblə sıx əlaqə saxlamalı, ondan vaxtında lazımi məslə-

hətlər almalıdır. Məktəb ictimai-dövlət təĢkilatıdır, ictimai və sosial 

tərbiyənin  müvəkkilidir.  Burada  uĢağın  təlim-tərbiyəsi  səriĢtəli 

adamlar-mütəxəssislər  tərəfindən  aparılır.  Məktəbdə  aparılan  tərbi-




 

444 


yə iĢi prosesində müəllimlərin vəzifəsi, ilk növbədə, ondan ibarətdir 

ki,  Ģagirdlərdə  aĢılayacaqları  əxlaq  prinsiplərinə  dərin  Ģəxsi  inam 

hissi  və  vərdiĢlər  qazandıra  bilsinlər.  ġagirdlərlə  aparılan  tərbiyəvi 

iĢ hər gün və hər saat: dərslərdə, tənəffüslərdə, küçədə, oyun prose-

sində  və  s.  həyata  keçirilir.  ġagirdlərlə  aparılan  tərbiyəvi  iĢ  mək-

təbin bütün fəaliyyəti prosesində həyata keçirilir ki, bu da Ģagirdləri 

ümumbəĢəri əxlaqın mühüm keyfiyyətlərinə yiyələndirməyə istiqa-

mətləndirir. 



Məktəb, eyni zamanda, valideynləri də unutmur. O, təlim-tər-

biyənin  forma  və  üsullarını  uĢaqların  yaĢ,  fərdi  və  cins  xüsusiy-

yətlərinə əsasən müəyyənləĢdirməkdə valideynlərə  yardım  göstərir, 

əhali  arasında  pedaqoji  bilikləri  yayır,  uĢaqların  həyatını  düzgün 

təĢkil  etməyin  metodlarını  ailəyə  öyrədir,  övladlarının  tərbiyəsində 

yaxĢı nəticələr əldə edən ailələrin iĢ təcrübəsini ümumiləĢdirib geniĢ 

kütləyə  çatdırır.  Məktəb  təlim-tərbiyə  sahəsində  mütəxəssislərin 

çalıĢdığı mühüm mərkəz olmaq etibari ilə özünün fəaliyyət dairəsini 

daim geniĢləndirir, ailələrə də hər cəhətdən kömək göstərir. 

Məktəb  gənc  ailələrin  köməyinə  çatmalı,  uĢağın  asudə  vaxtını 

səmərəli  təĢkil  etməyin  yollarını  valideynlərə  izah  etməlidir:  ailədə 

boĢ  vaxtlarda  müxtəlif  növ  oyunlar  keçirmək,  oyuncaqlar  almaqla 

uĢağı mədəni əyləncəyə alıĢdırmaq, onu yaĢına uyğun texniki yaradı-

cılıq iĢinə cəlb etmək, müxtəlif bədii kitabların, qəzet və jurnallardakı 

maraqlı  məqalələrin  ailədə  oxunuĢunu  keçirmək,  uĢaqlar  üçün 

nəzərdə  tutulan  radio  və  televiziya  veriliĢləri  haqqında  fikir 

mübadiləsini  təĢkil  etmək,  uĢağa  Ģəkil  çəkdirmək,  Ģeir,  mahnı  oxu-

maq, tapmaca tapdırmaq, uĢaqla birlikdə parka gəzintiyə çıxmaq, ai-

lənin  məiĢət  və  təsərrüfat  iĢlərində  fəal  iĢtirakını  təmin  etmək  və  s. 

belə yollardandır. Məktəb ailələrlə həmiĢə səmimi təmasda olmalıdır. 

Məktəbin ailə ilə digər əlaqə formalarına:  müəllimlərin  ailə-

yə  getməsi,  valideynlərin  ailəyə  dəvət  edilməsi,  məktəbdə  keçi-

rilən  valideyn  günü,  ailə  tərbiyəsinə  həsr  edilmiĢ  konfranslar, 

valideyn  universitetləri  və  s.  daxildir.  Məktəbdə  təlim-tərbiyə 

iĢinin keyfiyyətinin yüksəldilməsində məktəbin ictimai təĢkilatlarla 

da  əlaqəsinin böyük  əhəmiyyəti vardır.  Ġctimai təĢkilatlar məktəblə 

əlaqə  formasını  sinif  rəhbəri  və  məktəb  valideyn  komitəsi  vasitəsi 

ilə həyata keçirirlər. Bu isə məktəbdə tərbiyə iĢinin yüksəldilməsinə 

böyük təsir göstərir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə