Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu


Məktəblə ailənin birgə işinin təşkili formaları



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə143/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   176

 

439 


12.8. Məktəblə ailənin birgə işinin təşkili formaları 

 

UĢaqlara,  onların  tərbiyəsinə  qayğı  göstərmək  ümumxalq  iĢ-

dir. Bütün cəmiyyət bu iĢ üçün cavabdehdir. Çünki uĢaqlar cəmiy-

yətin,  xalqın  gələcəyidir,  yaĢlı  nəslin  davamçılarıdır.  Ulularımızın 

kəlamları  ilə  desək:  “Uşaq  valideynin  mabədidir”,  “Son  beşik- 

yurda keşik”. 

Odur ki, davamçıların gələcəyini xoĢbəxt görmək, yurdu, və-

təni etibarlı adamlara vermək istəyən hər kəs gənc nəslin təlim-tər-

biyəsi ilə ciddi məĢğul olmalı, onun hərtərəfli və ahəngdar inki- Ģafı 

üçün  əlveriĢli  Ģərait  yaratmalı,  hər  bir  uĢağın  ictimai  cəhətdən 

fəallığının, meyl və bacarığının inkiĢaf etməsini təmin etməlidir. Bu 

vəzifəni  isə  daha  yaxĢı  Ģəkildə  ailənin,  məktəbin,  ictimaiyyətin  və 

əmək kollektivlərinin birgə iĢi zəminində yerinə yetirmək olar. 



Birincisi,  uĢaq  (Ģagird)  daim  bu  qüvvələrin  əhatəsində  olur. 

UĢağın (Ģagirdin) xarakterinin, dünyabaxıĢının, həyata, əməyə, ide-

ya-mənəvi  və  mədəni  sərvətlərə  münasibətinin  əsasları  həmin qüv-

vələrin reallığında təĢəkkül tapıb formalaĢır. 



İkincisi,  uĢağı  (Ģagirdi)  tərbiyə  etməkdə  ailə,  məktəb  də, 

ictimaiyyət  də  eyni  məqsəd  güdür,  xalq  qarĢısında  eyni  dərəcədə 

məsuliyyət  daĢıyır.  Ailənin,  məktəbin,  ictimaiyyətin  və  əmək 

kollektivlərinin  qarĢılıqlı  fəaliyyətində  yekdillik  olmasa,  uĢaqların 

(Ģagirdlərin)  tərbiyə  iĢində  xoĢagəlməz  hallar  baĢ  verə  bilər. 

Müxtəlif  xarakterli  cinayətlər  törətdiyinə  görə  həbsxanaya  düĢmüĢ 

minlərlə  yeniyetmələr  və  gənclər  üzərində  aparılan  tədqiqatlardan 

aydın  olur  ki,  onların  pis  əməllərə  qurĢanmasına  əsas  səbəb  əksər 

hallarda: ya ailədə, ya məktəbdə, ya da əmək kollektivlərində özünü 

qabarıq Ģəkildə göstərən nöqsanlardır. 

Məlum  olduğu  kimi,  uĢaq  cəmiyyətin  ilkin  özəyi  olan  ailədə 

dünyaya gəlir. Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluĢunun 

ünsürlərindən  biridir.  Ailə  sosial  qurum  olub,  nigah  və  yaxın          

qohumluqla  qarĢılıqlı  mənəvi  münasibətlərlə  səciyyələnir.  Ġnsanla-

rın nəsli davam etdirməyə olan təbii tələbatı nigah və ailə vasitələri 

ilə nizama salınır. 

Beləliklə,  ailə  qarĢılıqlı  məhəbbət,  inam,  etibar  və  hörmətə 

əsaslanan birlikdir. Ailənin 2 mühüm vəzifəsi vardır: 




 

440 


1. Nəslin davam etdirilməsi

2. Yeni nəslin, yeni insanın tərbiyəsi. 

Bu  iki  vəzifə  bir-biri  ilə  sıx  bağlıdır.  Ġnsan  öz  nəslini  artır- 

mırsa, öz nəslinə tərbiyə verməsə, cəmiyyət məhv olar. Birinci vəzi-

fənin  əhəmiyyətli  olmasına  baxmayaraq,  ikinci  vəzifə  daha  mə-

suliyyətlidir.  Çünki  burada  təkcə  təbiətin  bəxĢ  etdiyi  xüsusiyyətlər 

deyil,  həm  də  mədəniyyətin,  cəmiyyətin  əlavə  etdiyi  xüsusiyyətlər 

təzahür edir. 

Ailə  insani  münasibətlərin  ilk  tərbiyə  məktəbidir.  Ailədə  ilk 

əxlaqi  təcrübə,  fəzilət  təĢəkkül  tapır.  Ailə  özlüyündə  kiçik  hər  bir 

dövləti  xatırladır.  Ailədə  uĢaqlar  yalnız  tərbiyə  almırlar,  həm  də 

onlar böyüdükcə övladlıq borclarını dərk edir, qocalmıĢ valideyn-lə-

rinə qayğı göstərməyin zəruriliyini anlayırlar. Bütün ailələrdə uĢaq-

ların  tərbiyəsinə  böyük  qayğı  göstərilir.  Ailədə  tərbiyə  prosesinin 

baĢlanğıcı  və  sonu  yoxdur.  UĢaqlar  üçün  onların  valideynləri 

idealdır. Müəllimlər müxtəlif tip ailələrlə iĢ aparmağa, valideynlərlə 

əlaqə saxlamağa, onlara müəyyən pedaqoji biliklər verməyə məcbur 

olurlar. 

Müasir ailələr uĢaqların  sayından  asılı  olaraq çoxuĢaqlı, azu-

Ģaqlı,  biruĢaqlı  və  uĢaqsız  olurlar.  Tərkibinə  görə  bu  ailələr  bir 

nəsilli  (ancaq  ər-arvad),  iki  nəsilli  (valideynlər  və  uşaqlar),  nəsil-

lərarası  (uşaqlar,  valideynlər,  nənə  və  baba)  olur.  Əgər  ailədə  va-

lideynlərdən yalnız biri varsa, belə ailələr natamam ailə hesab edilir. 

Pedaqogikada  ailələr  təkcə  tərkibinə  görə  deyil,  həm  də 

qarĢılıqlı münasibətlərin xarakterinə görə təsnif olunurlar: 

İdeal ailələr, orta ailələr, neqativ (qalmaqallı, əsəbi) ailələr. 

Ailə  tərbiyəsinin məqsədi  Ģəxsiyyətdə  elə  keyfiyyətlər formalaĢdır-

maqdır ki, onlar çətinlikləri və maneələri aradan qaldırmağa kömək 

etmiĢ olsun. 

UĢağın  (yeniyetmə  və  gənclərin)  intellektual  və  yaradıcı 

qabiliyyətlərinin,  idraki  qüvvələrinin  inkiĢafı,  habelə  ilkin  əmək 

fəaliyyətində qazandığı təcrübə, emosinal mədəniyyəti və fiziki sağ-

lamlığı  ailədən  və  valideynlərdən  asılıdır.  Bütün  bunlar  ailə  tərbi-

yəsinin baĢlıca məqsədini təĢkil edir. 

Ailənin  uĢağa  göstərdiyi  tərbiyəvi  təsir  bütün  digər  tərbiyəvi 

təsirlərdən  güclüdür.  UĢaq  böyüdükcə  həmin  təsir  zəifləyir,  bəzən 

də  tamamilə  yox  olur.  Burada  elə  keyfiyyətlər  inkiĢaf  etdirilir  ki, 




 

441 


onları  ailədən  kənarda  formalaĢdırmaq  çətin  olur.  Ailə  Ģəxsiyyətin 

sosiallaĢması  prosesini  həyata  keçirir.  Bu  uĢağın  (Ģagirdin)  fiziki, 

əxlaqi  və  əmək  tərbiyəsi  üzrə  ailənin  səylərinin  ümumiləĢmiĢ  ifa-

dəsidir.  Cəmiyyətin  üzvləri  ailədən  çıxır;  ailə  necədirsə,  cəmiyyət 

də elədir. Ailə ənənələrin varisliyini təmin edir. Vətənpərvər vətən-

daĢ, gələcək ailə baĢçısı, qanuna tabe olan cəmiyyət üzvi tərbiyə et-

mək ailənin mühüm sosial funksiyasıdır. Ailə uĢağın peĢə seçiminə 

əhəmiyyətli təsir göstərir. Müasir ailələrin əksəriyyəti vaxtının çox 

hissəsini  uĢaqlarının  mənəvi  cəhətdən  inkiĢafına  deyil,  onların 

maddi təminatına sərf edirlər. 



Ailədə  uşaqların  tərbiyəsinə  mənfi  təsir  göstərən  səbəblər 

aĢağıdakılardır: 



1.

 

ZəhmətkeĢ  ailələrin  əksəriyyətinin  iqtisadi  səviyyəsinin 

aĢağı olması; 

2.

 

Ġctimai həyatın mədəni səviyyəsinin aĢağı olması; 



3.

 

Ailədə  qadının iki qat  yüklənməsi: onun həm  ailədə,  həm 

də cəmiyyətin ictimai həyatında iĢtirak etməsi; 

4.

 

BoĢanma hallarının artması; 



5.

 

Nəsillər arasında münaqiĢələrin yaranması; 



6.

 

Ailə və məktəb arasında əlaqələrin zəifləməsi və s. 

UĢaqların  ailədə  tərbiyəsi  zamanı,  ilk  növbədə,  onların  dav- 

ranıĢ  və  rəftarında  mənfi  keyfiyyətlərin  yaranmasının  qarĢını  al- 

maq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq 

lazımdır.  Nə  qədər  ailə  varsa,  o  qədər  də  tərbiyə  xüsusiyyətləri 

vardır. Bu müxtəlifliyə baxmayaraq, ailədə böyüklərlə uĢaqlar ara- 

sındakı qarĢılıqlı münasibətlərdə tipik modelləri fərqləndirmək olar. 



Ailə tiplərini sxemi: 

 

 



 

AĠLƏ TĠPLƏRĠ 

 

UġAQLARI  SEVƏN  



AĠLƏLƏR 

 

DÜġMƏN 



 AĠLƏLƏR 

 

ANTĠSOSĠAL 



AĠLƏLƏR 

 

HƏSSAS, QAYĞIKEġ 



AĠLƏLƏR 

 

MADDĠ 



ORĠYENTASĠYALI 

AĠLƏLƏR 


 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə