Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu


Şagird kollektivində şəxsiyyətin tərbiyəsi



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə151/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   176

 

465 


 

14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi 

 

Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərin-



də Ģəxsiyyətin inkiĢafına təsir edir, qüsurların aradan qaldırılmasına 

səbəb  olur.  Odur  ki,  müəllim  və  tərbiyəçilər  Ģagird  Ģəxsiyyətinin 

formalaĢmasında  kollektivin  imkanlarından  istifadə  etməyə  çalıĢ-

malıdırlar. Düzgün təĢkil olunmuĢ kollektiv yüksək tərbiyələndirici 

qüvvəyə malik olur. 

YaxĢı  təĢkil  edilmiĢ  Ģagird  kollektivində  ictimai  həmrəylik, 

ictimai  rəyə  hörmət,  yoldaĢlıq  və  dostluq,  yüksək  ideya  inamı,  hu-

manizm  və  s.  kimi  yüksək  əxlaqi  hisslərin  formalaĢmasına  geniĢ 

imkan yaranır. 

ġagird  kollektivində  yoldaĢlıq  və  dostluq  hissinin  formalaĢ-

ması  üçün  geniĢ  imkanlar  yaranır.  Burada  Ģagirdlərin  bir-birinə 

qarĢı həssaslığı, qayğıkeĢliyi xüsusi yer tutur. 

Kollektiv  möhkəm  olduqda  onun  bütün  normaları  öz  üzvlə- 

rinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı 

yaranmıĢ olur. 

Kollektiv  özü  Ģagirdlərdə  kollektivçilik  hissinin  formalaĢma-

sına  da  gətirib  çıxarır  ki,  nəticədə  həmin  Ģagirdlərdə  onları  əhatə 

edən  yoldaĢlarına  qarĢı  əsl  humanist  münasibətlərin  yaranmasına 

səbəb olur. 

Onlarda empatiya (baĢqa adamların psixi halətlərini baĢa düĢ-

mək  və  onların  dərdinə  Ģərik  olmaq  qabiliyyəti),  identifikasiya

mehribanlıq və s. kimi sosial keyfiyyətlər baĢ qaldırır. 

Deməli,  məktəb  ilk  kollektivlər  toplusu  olmayıb,  Ģagirdləri 

ümumi  məqsəd  və  birgə  fəaliyyətdə  birləĢdirən  vahid  kollektivdir. 

Məktəb  Ģagird  Ģəxsiyyətinin  formalaĢmasını  istiqamətləndirən  əsas 

mərkəzdir. 

Təcrübə  göstərir  ki,  fəaliyyət  növlərinə  və  baĢlıca  vəzifələ- 

rinə  görə  müxtəlif  kollektivlər  olur.  Məsələn;  əmək  kollektivləri, 

idman  kollektivləri  və  s.  təlim-tərbiyə  müəssisələri  kollektivləri 

sırasında  məktəb  kollektivi  xüsusi  yer  tutur.  Məktəb  kollektivi  iki 

kollektivin, yəni müəllim və Ģagird kollektivlərinin üzvi vəhdətidir. 



 

466 


ġagird  kollektivinin  özləri  də  müxtəlif  olur:  sinif  kollektivi, 

Ģagird  komitəsi,  uĢaqların  maraqları  zəminində  pedaqoji  Ģuranın 

qərarı  ilə  yaradılmıĢ  klublar,  studiyalar,  dərnəklər  və  özünüidarə 

prinsipi əsasında fəaliyyət göstərən digər növ Ģagird birləĢmələri. 

Bu  kollektivlərdən  hər  biri  Ģagirdlə  çoxluğun  mənafeyi  ilə 

Ģəxsi  mənafeylə  ictimai  mənafeyi  Ģüurlu  surətdə  əlaqələndirir,  öz 

fəaliyyətində məqsəd ümumiliyinə və dostluq-yoldaĢlıq münasibət- 

lərinə  əsaslanır,  məktəblilərin

 

bütöv  Ģəxsiyyət  kimi  boya-baĢa  çat- 



masına əhəmiyyətli kömək göstərir. 

Məktəbdə təlim-tərbiyənin keyfiyyətinin  yaxĢılaĢmasına, inti-

zamın möhkəmlənməsinə, uĢaqların yaradıcı özfəaliyyətinin inkiĢa-

fına  müsbət  təsir  göstərir.  Ġlk  kollektivlərdə  Ģagirdlər  arasında  ya-

xınlıq, ünsiyyət, əlaqə daha sıx olur. Bu kollektivdə hər bir uĢağa öz 

imkanına,  bacarıq  və  qabiliyyətinə  uyğun  iĢ  tapmaq,  Ģəxsiyyətlər-

arası münasibəti düzgün tənzimləmək xeyli asandır. 

Belə  olmasa,  Ģagirdlərdə  vətəndaĢlıq  Ģüurunu  lazımi  Ģəkildə 

formalaĢdırmaq, onları faydalı ictimai-siyasi fəaliyyətə qoĢmaq, ge-

niĢ  sosial  həyata  hazırlamaq  çox  çətin  olar.  BaĢqa  bir  təhlükə  də 

var:  kollektivdə  iĢ  düzgün  təĢkil  edilməzsə,  üzvlər  arasında  səmi- 

miyyət  olmasa,  müvəkkillərlə  üzvlər  arasında  konflikt  yaranarsa, 

onlar bir-birinə qarĢı dursalar, vəzifə baĢçıları ləyaqətsiz, səviyyəsiz 

adamlardan  seçilmiĢ  olsa,  habelə  onlar  qalanlarını  özlərinə  zorla 

tabe etməyə çalıĢsalar, kollektiv tərbiyəvi rolunu itirər. 

Deməli, Ģagird kollektivinin elmi  əsaslar üzərində  qurulması-

na,  kollektivdə  Ģəxsiyyətlərarası  münasibətlərin  normallığına,  kon-

fliktlərə səbəb ola biləcək hallara yol verilməməsinə nail olun- ma-

lıdır. Bu baxımdan kollektivdə vəzifələrin düzgün bölüĢdürül- məsi-

nin  əhəmiyyəti  böyükdür.  ġagird  kollektivinin  müxtəlif  növləri 

mövcuddur. 

Onların  ümumi  məqsədləri  eyni  olsa  da,  konkret  məqsəd- 

lərində, eləcə də quruluĢ və təĢkilində müəyyən fərqlər var. Kollek- 

tivdə yaradılmıĢ ənənələr Ģagirdləri bir-birinə daha da yaxınlaĢdırır, 

onların arasında möhkəm dostluq münasibətlərini bərqərar edir. 

Təcrübə  və  müĢahidələr  göstərir  ki,  Ģagird  Ģəxsiyyətinin  mə-

nəvi  cəhətdən  formalaĢması  daha uğurlu  Ģəkildə,  məhz  yaxĢı  təĢkil 

olunmuĢ  kollektivdə  baĢ  verir.  Həm  də  bu  formalaĢma  kollektivin 

inkiĢaf mərhələlərinə uyğun olaraq gedir. Yəni  Ģagirdlərin fəallığı-



 

467 


mənəvi cəhətdən az əhəmiyyətli olandan baĢlayıb onların vətəndaĢ-

lıq mövqeyinə qədər yüksəlir. 

ġagird Ģəxsiyyətinə kollektivin tərbiyəvi təsiri xeyli dərəcədə 

məhz kollektivin üzvləri arasındakı qarĢılıqlı əlaqə ilə, yəni Ģəxsiy- 

yətlər  arası  ünsiyyət  və  münasibətlərlə  ĢərtlənmiĢ  olur.  ġagird  kol- 

lektivi Ģəxsiyyətlərarası ünsiyyət və münasibətlər humanist və iĢgü- 

zar səciyyə daĢıyır. 

Aparılmış  elmi  tədqiqatlar  həmin  münasibətlərin  aşağıdakı 

əlamətlərini müəyyənləşdirmişdir: 



 

Kollektivin  üzvləri  arasında  dostluq,  mehribanlıq,  qarĢı- 

lıqlı  anlaĢma,  bir-birinin  qayğısına  qalmaq,  bir-birinin  ehtiyacına, 

kədərinə və sevincinə Ģərik olmaq kimi xüsusiyyətlər üstünlük təĢkil 

edir; 



 

UĢaqların  bəzilərinin  rəftar  və  hərəkətlərində  özünü  gös-

tərən  laqeydlik,  lovğalıq,  dikbaĢlıq,  təkəbbürlük,  yaxud  tənha-  lığa 

meyl  kimi  mənfi hallar tamam aradan qaldırılır,  ya  da aĢağı  səviy-

yəyə endirilmiĢ olur; 



 

Kollektiv,  ümumi  məqsəd  və  ideya  naminə  digər  kollek- 

tivlə  qaynayıb  qarıĢmağa  səy  edir,  böyük  kollektivlərlə  sıx  əlaqə 

saxlayır; 

Bütün  bu  əlamətlər  həm  eyni  kollektivin  üzvləri,  həm  də 

müxtəlif  kollektivlər  arasında  səmimi  ülfət  yaradır,  iĢgüzar  ünsiy- 

yəti və ümuminin xeyrinə olan iĢlərdə bərabər iĢtirak etmək meylini 

formalaĢdırır, həmin keyfiyyətlərə emosionallıq verir və onları ide-

ya  zənginliyi  ilə  cilalayır.  Bu  sahədə  daha  yaxĢı  nəticələr  qazan-

maqdan  ötrü  hər  bir  Ģagirdin  güclü  və  zəif  cəhətlərini  nəzərə  al-

maqla kollektivin bütün üzvlərinə eyni gözlə baxmaq lazımdır. 

Kollektivin  Ģagird  Ģəxsiyyətinə  tərbiyəvi  təsirinin  psixoloji 

mexanizminə gəldikdə, bu belədir: kollektiv öz üzvünün, yəni Ģagir-

din  hərəkətini  bəyənib  təqdir  edəndə,  tərifləyib  yüksək  qiymətlən-

dirdikdə  uĢaq (Ģagird) sevinir və  bu sevinc hissini  təkrar-təkrar  ya-

Ģamaq  üçün  səyini,  qüvvəsini  həmiĢə  yaxĢı  iĢ  və  hərəkətlərə  sərf 

edir. 


Kollektiv öz üzvünün hərəkətini tənqid etdikdə, pislədikdə isə 

uĢaq  (Ģagird)  utanır,  xəcalət  çəkir,  belə  vəziyyətə  bir  daha  düĢmə-

məkdən ötrü pis hərəkətlərdən çəkinir. Məktəbdəki müxtəlif növ Ģa-

gird  kollektivləri  demokratik  əsasda,  özünüidarə  prinsipi  üzrə  fəa-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə