Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə154/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   176

 

475 


1. Dərnək məĢğələləri; 

2.Mədəni-kütləvi  tədbirlərin,  müsabiqələrin,  idman  yarıĢla-

rının keçirilməsi

3. Təlimati-metodiki iĢlər. 

Məktəbdənkənar təhsil müəssisələrində məĢğul olan uĢaq, ye-

niyetmə  və  gənclərlə  istirahət,  bayram  və  tətil  günlərində  də  iĢ 

aparılır... 

UĢaq  Yaradıcılıq  Mərkəzlərində  əsasən  “Bacarıqlı  əllər”, 

“Bədii qiraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, 

“Məktəb teatrı”, “Rəqs”, “Gənc idmançılar”, “NaxıĢlı tikmə”, “Tex-

niki estetika”, “Fortepiano”, “Xor”, “Nağara”, “Tar”, “HeykəltəraĢ-

lıq”, “Kukla teatrı”, “Coğrafiya-diyarĢünaslıq”, “Foto”, “Ağac üzə-

rində  oyma”,  “Qarmon”,  “Ġbtidai  texniki  modelçilik”,  “Dəmir  üzə-

rində  döymə”,  “Tarix-diyarĢünaslıq”  və  s.  adlarda  dərnəklər  təĢkil 

olunur. 


UĢaq  yaradıcılıq  mərkəzlərində  bütün  təqvim  ili  ərzində 

dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarıĢları, 

müsabiqələr,  sərgilər,  bayram  Ģənlikləri,  ekskursiyalar  keçirilir, 

onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iĢtirakı təmin 

olunur.  Bu  müəssisələrin  bir  çoxunda  “Sağlam  həyat  tərzi”,  “Etika 

qaydaları”, yuxarı sinif Ģagirdləri ilə “Reproduktiv sağlamlığın əsas-

ları” mövzularında təlim kursları, məĢğələ və seminarlar təĢkil edi-

lir, narkomaniya, alkoqolizm, AĠDS, tütünlə mübarizə və s. mövzu-

larda geniĢ maarifləndirmə iĢləri aparılır, çoxsaylı tədbirlər keçirilir. 

Bu  mərkəzlər  tərəfindən  dərnək  rəhbərlərinə  məĢğələlərin 

məzmununun  yeniləĢdirilməsi,  müasir  tələblərə  cavab  verən  yeni 

tədris plan və proqramların hazırlanması istiqamətində metodiki kö-

məkliklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dər-

nəklər təĢkil edilir, UĢaq birliyi rəhbələri ilə birgə tədbirlər planlaĢ-

dırılır və həyata keçirilir. 

Respublikada  Texniki  Yaradıcılıq  Mərkəzi  fəaliyyət  göstə-

rir. Texniki yaradıcılıq mərkəzlərində əsasən “Ġbtidai texniki model-

çilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “Ġn-

formatika”,  “Texniki  estetika”,  “Əyləncəli  fizika”,  “Texniki 

ekologiya”, “Gənc konstruktorlar”, “Gəmi”, “Avto”, “Raket”, “Təy-

yarə”  modelçiliyi,  “Robot  texnikası”,  “Kimya  –  texnologiya”  və  s. 

adlarda dərnəklər fəaliyyət göstərir. 




 

476 


Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uĢaq, yeniyetmə 

və  gənclərin  texniki  yaradıcılıq  potensialları  inkiĢaf  etdirilir,  onlar 

erkən yaĢlarından səmərələĢdiricilik və ixtiraçılıq iĢlərinə cəlb olu-

nurlar.  Bu  müəssisələrdə  məĢğul  olan  məktəblilər  ümumtəhsil 

məktəblərində  fizika,  kimya,  riyaziyyat,  informatika,  astronomiya 

dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı 

daha yaxĢı mənimsəyirlər. 

Texniki  yaradıcılıq  mərkəzlərində  bütün  təqvim  ili  ərzində 

dərnək  üzvləri  ilə  müxtəlif  mədəni-kütləvi  tədbirlər,  elmi-texniki 

yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarıĢları, ekskursi-

yalar  keçirilir,  onların  respublika  və  beynəlxalq  səviyyəli  tədbir-

lərdə iĢtirakları təmin olunur... 

Respublikamızda  Gənc  turistlər  və  diyarĢünaslıq  mərkəzi 

fəaliyyət göstərir. Gənc turistlər və diyarĢünaslıq mərkəzləri öz iĢini 

əsasən aĢağıdakı istiqamətlər üzrə qurur: 

1. Bizim irs

2. Ġncəsənət aləmində

3. Azərbaycan beynəlxalq aləmdə

4. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə

5. Azərbaycanın tikintiləri üzrə yürüĢlərdə; 

6. Təbiətin sirlərinə doğru

7. Kütləvilikdən turizm ustalığınadək. 

Bu  bölmələrdə  aparılan  iĢlərin  əsas  məqsədi  tariximizi,  soy-

kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öy-

rətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, 

tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aĢılamaqdır. 

Mərkəzlər  nəinki  uĢaqlarla  iĢ  aparır,  həmçinin  metodiki  töv-

siyələr  iĢləyib  hazırlayır,  Ģəhər,  rayon  təhsil  Ģöbələrinə,  təhsil  mü-

əssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarĢünaslıq 

mərkəzləri  respublikamızın tarixini, flora və faunasını, mədəniyyət 

abidələrini Ģagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədi-

lə ekskursiya, yürüĢ və gəzintilər təĢkil edir, Ģagirdlərə milli dəyər-

lərimizin  qorunması,  torpağa  sevgi,  vətənə  məhəbbət  hissinin  aĢı-

lanması istiqamətində mütəmadi iĢ aparır. 

Təhsil  Nazirliyi  sistemində  uĢaq-gənclər  idman  və  Ģahmat 

məktəbi  mövcuddur. Məktəblər  uĢaq  və  gənclər  arasında  yarıĢlar 

keçirir,  respublika  və  beynəlxalq  səviyyəli  yarıĢlarda  iĢtirak  edir. 




 

477 


UGĠM-lərdə 27 idman növü inkiĢaf etdirilir. Onlardan 20-si Olimpi-

ya idman (atletika, ağır atletika, akrobatika, boks, badminton, bay-

darka  və  kanoe,  basketbol,  bədii  gimnastika,  idman  gimnastikası, 

üzgüçülük,  velosiped  idmanı,  voleybol,  futbol,  həndibol,  otüstü 

xokkey,  qılıncoynatma,  sərbəst  güləĢ,  yunan-roma  güləĢi,  cüdo, 

sambo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, Ģah-

mat, dama) növüdür... 

ĠxtisaslaĢdırılmıĢ  olimpiya  ehtiyatları uĢaq-gənclər idman 

məktəbi də fəaliyyət göstərir. 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəb-

ləri  arasında  uĢaq-gənclər  Ģahmat  məktəbləri  xüsusi  yer  tutur. 

ġahmat  məktəblərində  məktəblilər  Ģahmatla  məĢğul  olurlar.  Bir 

qayda olaraq Ģahmatçılar respublika və beynəlxalq yarıĢlarda iĢtirak 

edirlər. 

Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maariflən-

dirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahə-

sində məqsədyönlü iĢlər aparılır. Məktəbdənkənar təhsil müəssisəsi 

kimi “Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri” fəaliyyət göstə-

rir və gənc nəsildə erkən yaĢlardan ekoloji təfəkkürün, ekoloji mə-

dəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin for-

malaĢması baxımından faydalı iĢlər görürlər. UĢaq və yeniyetmələ-

rin asudə vaxtının səmərəli təĢkili, əməli bacarıq və vərdiĢlərə yiyə-

lənməsi, onların mənəvi və intellektual inkiĢafı, potensial yaradıcı-

lıq istedadlarının aĢkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlə-

rinin formalaĢdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin 

əsas vəzifələrindəndir. 

Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliy-

yət  proqramı  ekoloji  dərnəklərin  fəaliyyətini,  məktəblilərin  asudə 

vaxtlarının  səmərəli  təĢkilini,  onların  təbiətsevərlik,  təbii  sərvətlərə 

qayğı  və  vətənpərvərlik  ruhunda  tərbiyəsini,  ekoloji  kütləvi  tədbir-

lərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təĢkilini və digər 

məsələləri əhatə edir...” 

Ġstər  sinifdənxaric  tərbiyə  iĢləri  olsun  və  istərsə  də  məktəb-

dənkənar tərbiyə iĢləri olsun onların fəaliyyəti : 

-  Ģagird  Ģəхsiyyətinin  formalaĢmasına  və  məktəbdə  təlim  və 

tərbiyə keyfiyyətinin yüksəlməsinə xidmət edir; 

- məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə