Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə155/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   176

 

478 


vərdiĢləri daha da zənginləĢdirir və həyata tətbiq etmələrinə  imkan 

yaradır; 

-  məktəblilərin  fəallığını,  təĢəbbüskarlığını  maraq,  meyl  və 

qabiliyyətlərini inkiĢaf etdirir; 

-  məktəblilərin  asudə  vaxtlarının  ağıllı  təĢkilinə  Ģərait  yarat-

maqla  onları  xoĢagəlməz  təsadüfi  hadisələrdən  və  küçənin  mənfi 

təsirindən  qoruyur,  Ģəxsiyyətlərarası  əlaqələrini  tənzimləyir,  dost-

luq,  yoldaĢlıq  kimi  əxlaqi  keyfiyyətlər  yaradır,  yaĢıdları  arasında 

əxlaqi münasibətləri cilalayır; 

- məktəblilərin sağlamlığını möhkəmləndirir; 

-  məktəblilərin  ictimai  fəaliyyət  və  əmək  vərdiĢləri  ilə  silah-

lanmasına kömək edir ; 

-  məktəblilərin  potensial  qüvvələrini,  intellektual  imkanlarını 

üzə  çıxarır,  yaradıcılıqlarını  inkiĢaf  etdirir,  özlərini  dərindən  tanı-

malarına kömək edir; 

- məktəblilərin elm, texnika, ədəbiyyat, incəsənət və s. sahələr 

üzrə əlavə məlumat əldə etmələrinə Ģərait yaradır; 

Sinifdənxaric  və  məktəbdənkənar  tərbiyə  iĢi  həm  məktəblilə-

rin hərtərəfli və ahəngdar inkiĢafına xidmət edir, həm də onların fər-

di  istedad  və  qabilliyyətlərini  daha  vüsətlə  formalaĢdırmalarına 

optimal yardım göstərir. 

 

 

15.2. Sinifdənхаric tərbiyə işinin fоrmаlаrı  

və təşkili prinsipləri 

 

Sinifdənхаric tərbiyə iĢlərinin təĢkili formalarını əsasən aĢağı-



dakı kimi bölmək olar. Fərdi iĢ formaları, qrup hаlındа iĢ forma-

ları,  kollektiv  iĢ  formaları,  kütləvi  iĢ  formaları,  səciyyəvi  iĢ 

formaları. 

Fərdi  iş  formaları  –  dеdikdə  Ģаgirdin  öz  аrzu  və  mаrаğınа 

əsаsən (yахud оnun fərdi imkаnlаrını nəzərə аlаrаq sinif rəhbərinin, 

müəllimin  və  s.  vеrdiyi  tаpĢırıqlаr  üzrə)  müstəqil  surətdə  yеrinə 

yеtirdiyi iĢlər nəzərdə tutulur. Bеlə iĢlərə misаl оlаrаq sinifdənхаric 

охunu, uĢаğın ədəbi yаrаdıcılıqlа, idmаnlа, rəsmlə məĢğul оlmаsını, 

müəyyən  musiqi  аlətində  çаlmаğı  öyrənməsini,  əyаni  vəsаit 




 

479 


(kоllеksiyа,  stеnd,  fоtоаlbоm  və  s.)  hаzırlаmаsını,  divаr  qəzеtinə 

məqаlə yаzmаsını, çıхıĢ və yа məruzə üçün müvаfiq mövzudа mаtе-

riаl tоplаmаsını və s. göstərmək оlаr. 

Fərdi  iĢin  bаĢlıcа  məqsədi  –  uĢаğın  аrzu  və  mаrаğını  yеrinə 

yеtirmək, Ģəхsi yаrаdıcılıq qаbiliyyətini аĢkаrlаyıb inkiĢаf еtdirmək-

dir.  ġаgirdin  fərdi  yаrаdıcılıq  fəаliyyətini  stimullаĢdırmаqdаn  ötrü 

оnlаrın fərdi iĢlərinin nəticələri üzrə məktəbdə müsаbiqə kеçirmək, 

sərgi təĢkil еtmək, bахıĢ kеçirmək və həmin iĢləri qiymətləndirmək 

sоn  dərəcə  fаydаlıdır.  Bunа  nаil  оlmаq  lаzımdır  ki,  sinifdənxaric 

fərdi tərbiyə iĢləri uĢаğı gələcəkdə öz qаbiliyyətlərini dаhа da yахĢı 

inkiĢаf  еtdirmək  nаminə  hаnsı  müstəqil  iĢlə  məĢğul  оlmаğın 

vаcibliyini dərk еtməyə, özünütərbiyə ilə məĢğul оlmаğа hаzırlаsın. 



Qrup  halında  iş  formalarına  sinifdənхаric  iĢin  ən  geniĢ  yа-

yılmıĢ  növlərinə  məktəbdə  fəаliyyət  göstərən  müхtəlif  adlı  dərnək-

lər,  kоmаndаlаr,  studiyаlаr,  muzеylər,  ədəbi-bədii  klublаr,  lеktоri-

yаlаr,  sənət  sеvərlər  cəmiyyəti  və  s.  tərəfindən  аpаrılаn iĢlər dахil-

dir. 

Nеcə аdlаndırılmаsındаn аsılı оlmаyаrаq sinifdənхаric iĢin bu 



fоrmаlаrı Ģаgirdləri mаrаq dаirəsinə görə bir yеrə birləĢdirib оnlаrın 

məktəbdахili  fəаliyyətini  gеniĢləndirməkdə,  yаrаdıcılıq  qаbiliyyət-

lərini  аrtırmаqdа,  müvаfiq  sаhələr  (еlm,  tехnikа, mədəniyyət  və  s.) 

üzrə  bilik,  bаcаrıq  və  vərdiĢlərini  inkiĢаf  еtdirməkdə,  еləcə  də 

əmək-istеhsаlаt  kоllеktivləri  və  yаzıçılаrın,  rəssаmlаrın,  аrtistlərin 

yаrаdıcılıq  təĢkilаtlаrı  ilə  məktəblilərin  əlаqəyə  girmələrinə  Ģərаit 

yаrаtmаqdа əlvеriĢli rоl оynаyır. 

Kollektiv  iş  formalarına  müхtəlif  mövzulаrа  həsr  еdilən 

səhərciklər  və  ахĢаmlаr,  yаrıĢlаr,  müsаbiqələr,  bаyrаmlаr,  dis-

putlаr, kоnfrаnslаr, оlimpiаdаlаr,  iməciliklər, оyunlаr,  krоslаr, 

turist  gəzintiləri,  mədəni  yürüĢlər,  оyunlаr,  tеаtr  və  kinо  tа-

mаĢаlаrınа kоllеktiv bахıĢ,  kitаb  müzаkirələri,  qаbаqcıl  аdаm-

lаrlа  görüĢlər,  fənn  gеcələri  və  s.  tədbirlər dахildir.  Bu  iĢ  fоrmа-

lаrının mövzulаrını müəyyənləĢdirmək üçün müĢаhidə, müsаhibə və 

аnkеt  sоrğusu  üsullаrındаn  istifаdə  еtməklə  Ģаgirdlərin  rəyini,  mа-

rаq  və аrzulаrını  öyrənmək  yахĢı оlаr.  Çünki  uĢаqlаr оnlаrı  düĢün-

dürən  məsələlərə  həsr  оlunmuĢ  tədbirləri  fərəhlə  qаrĢılаyır  və  bеlə 

tədbirlərdə  dаhа  fəаl  iĢtirаk  еdirlər.  UĢаqlаrdа  yаrаdıcılıq,  təĢki-

lаtçılıq, təĢəbbüskаrlıq, icrаçılıq kimi kеyfiyyətlərin təĢəkkülünə və 



 

480 


fоrmаlаĢmаsınа хidmət еtməyən, sеvinc, Ģаdlıq, mаrаq, intеllеktuаl 

və  еmоsiоnаl  rеаksiyа  dоğurmаyаn,  təхəyyülü  və  fаntаziyаnı  inki-

Ģаf еtdirməyən tədbirlərə yоl vеrilməməlidir. 

Kollektiv iĢ formalarının keçirilməsinə xüsusi pedaqoji ustalıq 

tələb edilir. 

Təcrübəli  müəllimlər  Ģаgirdlərin  iĢtirаkı  ilə  tədbirlərin  möv-

zusunu və хаrаktеrini dəqiqləĢdirdikdən sоnrа icrа vахtını və yеrini 

müəyyənləĢdirirlər. Dаhа sоnrа plаn tərtib оlunur, Ģаgirdlər аrаsındа 

vəzifə  bölgüsü  аpаrılır,  məsul  icrаçılаr,  köməkçilər  müəyyənləĢ-

dirilib təlimаtlаndırırlаr, tədbirin təĢkili bаĢа çаtаndаn sоnrа nəti-cə-

lər təhlil еdilir, uğurlu və kəsirli cəhətlər ümumiləĢdirilir və müvа-

fiq  təkliflər  hаzırlаnır.  Həmin  təkliflər  növbəti  tədbirlərin  hаzırlаn-

mаsı və həyаtа kеçirilməsi prоsеsində nəzərə аlınır və lаzımi düzə-

liĢlər аpаrılır. 

Məktəbdə  keçirilən  kollektiv  iĢ  foramalarına  dair  bir  neçə 

nümunə göstərmək olar: 



Əxlaqi  söhbətlər  ən  çox  aĢağı  siniflərdə  aparılır  və  konkret 

mövzuya  həsr  edilir.  Məs.  “Dostluq  və  yoldaĢlıq  haqqında”,  “Bö-

yüklərə hörmət və qayğı”, “Düzlük və doğruçuluq haqqında”, “Sa-

dəlik və təvazökarlıq haqqında”, “Milli bayramlarımız”, “Dini bay-

ramlarımız”,  “Novruz  bayramı  haqqında”,  “Adət  və  ənənələrimiz 

haqqında”, Burada sinifdə oxuyan Ģagirdlərin hər hansı bir hərəkəti 

mövzu ola bilər. 

Disputlar.  «Disput»  latın sözü  olub  mübahisə  etmək demək-

dir. Disput ən çox yuxarı sinif Ģagirdləri ilə təĢkil edilir. Disputların 

mövzusu  müxtəlif  ola  bilir.  Məsələn,  “Nəzakətli  adam  kimdir? 

Qəhrəmanlıq  nə  deməkdir”?”  “Kimə  oxĢamaq  istərdin“?,“Bilikli 

adam  kimə  deyirlər“?  “Gözəlliyi  necə  baĢa  düĢürsən”?,  “Vətən 

haradan baĢlanır”? və s. 

Disputlar  Ģagirdlərin  mənəvi  tərbiyəsinin,  düzgün  davranıĢ-

larının  formalaĢmasına,  onların  nitq  və  məntiqi  təfəkkürünün 

inkiĢafına  böyük  təsir  edir.  Disputlar  məzmununa  görə  üç  böyük 

problemi əhatə edir: 

1. Əxlaqi, etik; 

2. Estetika və estetik zövq

3. Siyasi və beynəlxalq hadisələr. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə