Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə156/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   176

 

481 


Disputların mövzu və dairəsi çох əhatəlidir. MütəĢəkkil Ģəkil-

də  təĢkil  olunan  disputlar  Ģagirdlərdə  əxlaqi  keyfiyyətlərin  forma-

laĢmasına Ģərait yaradır. 

Disputu aĢağıdakı plan üzrə keçirmək müsbət nəticə vеrər. 

• Disputun mövzusunu müəyyən etmək

• Disputa aid ədəbiyyatı qeyd etmək, sualları tərtib etmək; 

• ġagirdləri disputa hazırlamaq; 

Disputun keçirilməsi

•  Disputla  əlaqədar  Ģagirdlərin  əməli  iĢlərdə  iĢtirakını  təmin 

etmək. 


Disputlar  Ģagirdləri  düĢündürməklə,  fəallaĢdırmaqla  bərabər, 

həm  də  onları  ölkəmizin  tarixi  ilə  tanıĢ  edir,  vətən  uğrunda  müba-

rizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahi-

sələr aparmağa sövq edir. Burada Ģagirdlər müxtəlif əxlaqi kateqori-

yalar haqqında öz fikirlərini sərbəst deməyə çalıĢırlar. Disputlar yu-

xarı sinif Ģagirdlərində maraq yaradır, ətrafda baĢ verən hadisələrin 

gerçəkliiyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi 

ideyalara yiyələnməyə imkan verir. 

Disput özünün məqsədi, məzmunu, ideya istiqaməti cəhə- tin-

dən  təlim  prosesinin  davamıdır.Disputlar  yanlıĢ  əxlaqi  təəsəv-  vür-

lərlə düzgün əxlaqi təsəvvürləri qarĢılaĢdırmağa və müxtəlif əx- laqi 

görüĢlərin bir-biri ilə müqayisəsi əsasında, onların hansının olub ol-

madığını müəyyən etməəyə imkan verir. 

Disput Ģifahi təbliğatın asan va maraqlı formasıdır. Burada ilk 

addım  mövzunun  seçilməsidir.  Disputun  mövzusu  bu  günün  tə- 

ləblərinə  cavab  verməli,  ziddiyyətli  fikirlər  yaradan  problemi  həll 

etməlidir.  Disputun  əsas  məqsədi  tərbiyə  prosesini  mənəvi  keyfiy- 

yətlərə yönəltməkdən ibarətdir. 

Disput  Ģagirdlərin  doğma  vətəninin  tarixini,  ayrı-ayrı  gör- 

kəmli Ģəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə, məruzələr ha-

zırlamağa  həvəsini  artırır,  respublikada  və  dünyada  baĢ  verən  icti-

mai-siyasi hadisələrə maraqlarını gücləndirir. ġagirdlər gördük- ləri, 

müĢahidə etdikləri bu və ya digər hadisələri müzakirə etməyə, onla-

ra  öz  münasibətlərini  bildirməyə,  düzgün  mühakimə  yürüt-  məyə 

can atırlar. 

Onlar  elm,  texnika,  incəsənət  yenilikləri  ilə  tanıĢ  olur,  ölkə- 

mizdə  baĢ  verən  hadisələrin  mahiyyətini,  məzmununu  dərk  edir, 



 

482 


onlarda iqtisadi və  hüquqi  təfəkkür inkiĢaf  edir,  milli  Ģüur və  milli 

ləyaqət, milli iftixar hissi güclənir. 

Məktəblərdə  təĢkil  edilən  müxtəlif  məzmunlu  disputlar  Ģa-

girdlərin  elmi  dünyagörüĢünün  zənginləĢməsinə,  mənəvi  keyfiy- 

yətlərinin formalaĢması və təkmilləĢməsinə böyük Ģərait yaradır. 

Disputda  yuxarı  sinif  Ģagirdləri  əxlaqi  təsəvvürlər,  anlayıĢ- 

lar, mühakimələr və əqli nəticələrlə qarĢılaĢır, onları öz hərəkət və 

davranıĢlarında  göstərməyə  çalıĢırlar.  Məktəbli,  adətən,  öz  hərəkət 

və  davranıĢından  daha  çox  baĢqasının  hərəkətini,  davranıĢını  və  s. 

münasibətləri qiymətləndirir. 

Disputlarda  gənclərin  mənəvi  tərbiyəvi  geniĢ  yer  tutmalıdır. 

Burada  baĢlıca  vəzifə  gənclərdə  mənəvi  əqidə  formalaĢdırmaqdır. 

Bunun üçün disputlarda həyatdan müsbət nümunələr, nəsihətlər gə-

tirmək  və  yaxud  onu  incəsənət,  əxlaq  mövzusunda  keçirmək  va-

ibdir. 

Disputların mütəĢəkkil, sistemli, müntəzəm təĢkili və keçiril-



əsi cansıxıcı və formalizmi aradan qaldırır. Disput Ģagirdlərdə doğ- 

ma  yurdun  tarixini  öyrənmək  həvəsini  artırır,  ictimai  hadisələrə 

marağı gücləndirir, onların əxlaqına, dünyagörüĢünə, siyasi biliyinə 

güclü təsir göstərir. Burada Ģagirdlərin fərdi xüsusiyyətləri, qabiliy- 

yət və yaradıcılıq meylləri daha da inkiĢaf etdirilir. 

ġagirdlərdə  bilik  qazanmağa  marağın  yaradılmasında  verilən 

ədəbiyyatların,  görkəmli  adamlarla  görüĢlərin  əhəmiyyəti  bö-  yük-

dür. Disput Ģagirdlərin dərsdə aldığı biliyi dərinləĢdirməkdə, müstə-

qil iĢləmək vərdiĢi əldə etməkdə, əqli fəaliyyətin hüdudunu daha da 

geniĢləndirməkdə  çox  faydalıdır.Disputa  cəlb  edilən  Ģagird-  lərin 

bacarığı  və  qabiliyyəti,  maraq  və  meyli  ciddi  surətdə  nəzərə  alın-

malıdır. 

Disput mövzusu maraqlı olduqda buraya daha çox Ģagird cəlb 

olunur. Mövzu Ģagirdlərin diqqətini cəlb edir, onları maraqlandırır. 

ġagirdlər mövzuya aid ədəbiyyatlar oxuyurlar, məruzə hazırlayırlar, 

müzakirəyə  qoĢulmaqla  öz  fikirlərini  söyləməyə  böyük  həvəs 

göstərirlər. 

Disputlar  məktəbin  tədris  iĢi  ilə  üzvi  surətdə  bağlı  olmalıdır. 

Disputu  keçirməkdə  məqsəd  fənlərin  tədrisi  prosesində  Ģagirdlərin 

aldıqları  nəzəri  və  təcrübi  bilikləri  daha  da  möhkəmləndirmək  və 

dərinləĢdirməkdən, onlara nəzəri biliyi təcrübədə tətbiq etmək baca- 



 

483 


rığı aĢılamaq və yüksək əxlaqi sifətlər tərbiyə etməkdən ibarədir. 

Disputun  vəzifəsi  Ģagirdlərin  asudə  vaxtlarını  səmərəli  təĢkil 

etmək, onların  mənəviyyatına təsir edən mənfi  amilləri zərərsizləĢ- 

dirməkdir.  Disput  çox  ciddi  bir  iĢdir.  Ona  ciddi  və  diqqətli  yanaĢ- 

dıqda  onun  müvəffəqiyyəti  olur  və  o,  Ģagirdlərin  mənəvi  keyfiy- 

yətlərinin  formalaĢmasında  müsbət  rol  oynayır.  YaxĢı  təĢkil  olun- 

muĢ disput təĢəbbüskarlığın tərbiyəsinə imkan yaradır. 

Bu gün disputda böyük insan kütləsi, xüsusi ilə gənclər iĢtirak 

edir. ÇıxıĢ edən gənc üçün disput Ģəxsiyyətini təsdiq etməyin özü-

nəməxsus bir üsuludur. HəmyaĢıdlarının onun çıxıĢını necə qarĢıla-

mağı,  onun  fikirlərini  necə  qiymətləndirəcəkləri  onun  üçün  böyük 

əhəmiyyət kəsb edir. Disputda çıxıĢ edən, nəinki təĢkilatçılıq bacarı-

ğını əldə edir, həm də öz vətəndaĢlıq mövqelərini qoruyurlar, özlə-

rində prinsipiallıq və mübarizliyi inkiĢaf etdirirlər. 

Deməli, disput  yuxarı sinif Ģagirdlərinin Ģəxsiyyətinin  forma- 

laĢmasına  çox  böyük  təsir  göstərir.  Burada  onlar  aĢağıdakı  keyfiy- 

yətlərə yiyələnirlər: 



 

Təlim prosesində əldə etdikləri bilik, bacarıq və vərdiĢləri 

daha  da  geniĢləndirib  dərinləĢdirir,  bililərin  tətbiqi  üçün  daha  real 

imkanlara  malik  olur,  onlardan  həyat  prosesində  istifadə  etmək 

yollarını öyrənirlər; 



 

Onlar  Ģüurlu  intizam,  kollektivçilik,  təĢəbbüskarlıq,  təĢ- 

kilatçılıq  bacarığı,  müstəqillik,  səlis  danıĢıq  və  s.  qabiliyyətlərini 

üzə çıxarırlar; 



 

Vətənpərvərlik,  beynəlmiləlçilik,  dostluq  və  yoldaĢlıq, 

hörmət  və  tələbkarlıq,  qarĢılıqlı  qayğı  kimi  keyfiyyətləri  dərindən 

anlayırlar; 



 

Atalar  sözləri,  hikmətli  sözləri  öyrənir,  görkəmli  Ģəxsiy- 

yətlərin tərbiyəvi fikirlərindən sitat gətirir və elmin bir çox sahələri 

haqqında məlumat toplayırlar. 



 

Asudə  vaxtlarının  düzgün  bölünməsini  təĢkil  edirlər,  bir-

birlərinin  qabiliyyət  və  istedadlarını  üzə  çıxarırlar  ki,  bu  da  onlara 

gələcəkdə peçə seçimi etməkdə kömək olur. 

Disput  yalnız  həqiqətləri  üzəçıxarmaqla  kifayətlənmir,  ha- 

belə fikirləĢməyi, hərəkət etməyi, öz əqidəsini müdafiə etmək qabi- 

liyyətlərini  formalaĢdırmağı  Ģagirdlərə  öyrədir.  Disput  yoldaĢlıq 

münasibəti daĢımalıdır. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə