Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə164/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   176
    Bu səhifədəki naviqasiya:
  • Dövri

 

506 


limlərin  özlərinin  təĢəbbüsü  ilə  meydana  gələ  bilər.  Problem  qrup 

öz fəaliyyətini həm öz məktəbində, həm də ondan kənаrda qabaqcıl 

təcrübənin  öyrənilməsinə,  ümumiləĢdirilməsinə  və  yayılmasına 

yönəldə bilər. Əgər problem qrup özünün konsepsiyasını iĢləyib ha-

zırlamaq və tətbiq etməklə məĢğul olarsa, belə iĢ adətən ali pedaqoji 

məktəblərin müəllimlərinin rəhbərliyi altında həyata keçirilir. Elmi-

pedaqoji  konfranslar,  pedaqoji  mühazirələr,  ayrı-ayrı  müəllimlərin 

və  ya  metodbirləĢmələrin  hesabatları  metodiki  iĢin  yеkun  formala-

rıdır.  Onlar  müəyyən  müddətdə  görülən  iĢlərin  yеkunlаrınа  həsr 

olunur.  Məruzələrin  müəllifləri  öz  həmkarlarına  tədqiqat  iĢlərinin 

yеkunlаrı haqqında məlumat verirlər. 

Axırda  qeyd  etmək  lazımdır  ki,  metodiki  iĢin  təĢkilində  for-

maları  köhnə  və  yeni  formalara,  müasir  və  qeyri-müasir  formalara 

bölmək  olmaz,  çünki  iĢin səmərəsi  fərdi, qrup və  ya kollektiv tələ-

batlardan və imkanlardan asılıdır. 

 

 

16.4. Məktəbin iş plаnı.  

Dərs cədvəli, оnun tərtibi qаydаlаrı 

 

PlanlaĢdırma  ən  mühüm  amil  olub  məktəbi  idаrə  etməyin  və 

ona  rəhbərliyin  zəruri  tərkib  hissəsidir.  PlanlaĢdırma  və  məktəbə 

rəhbərlik  məsələləri  məktəbin  müəllim  kollektivi  ilə  razılaĢdırılır. 

PlanlaĢdırmanın  əsasını  əldə  olan  daxili  və  xarici  informasiyalar 

təĢkil  edir.  Məktəb  iĢinin  planlaĢdırılmasında  üç  növ  plan  –  cari, 



illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il 

üçün  tərtib  edilir  və  burada  aĢağıdakı  məsələlər  öz  əksini  tapır; 

əvvəlki  illərdə  görülən  iĢlərin  təhlili,  yeni  illər  üçün  məktəbin  ən 

zəruri  vəzifələrinin  müəyyən  edilməsi,  Ģаgird  kontingentindəki  və 

sinif  komplekslerində  dəyiĢiklik,  məktəbin  inkiĢаfının  təĢkilati 

pedaqoji problemi, təlim-tərbiyə iĢlərini təkmilləĢdirmənin əsas isti-

qamətləri, pedaqoji kadrlarla iĢ, inzibati təsərrüfat iĢləri və məktəbin 

maddi texniki bazasının möhkəmləndirilməsi. 

Ġllik  plan  məktəbin  bütün  həyatını  əks  etdirir  və  daha  çox 

konkret olur. Ġllik plan adətən aĢağıdakı bölmələrdən ibarət olur: 

1. Əvvəlki tədris ilində məktəb iĢinin təhlili; 



 

507 


2. Yeni tədris ilində məktəbin vəzifələri

3. Ümumi icbari təhsilin həyata keçirilməsi

4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi; 

5. ġagirdlərlə sinifdənxaric və məktəbdənkənar iĢlərin təĢkili; 

6. ġagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin 

əlbir iĢi; 

7. Pedaqoji Ģuranın iĢi; 

8. Metodik iĢlər, ixtisasartırma və attestasiya; 

9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi

10. Məktəbi idarə və məktəbdaxili nəzarət

11. Səhiyyə-sağlamlıq iĢləri; 

12. TəĢkilati-təsərrüfat iĢləri; 

13. Məktəbin maddi bazası. 

Cari  planda  ayrı-ayrı  bölmələrin  fəaliyyət  proqramları  qeyd 

edilir və yeri gəldikcə illik planda müəyyən düzəliĢlər aparılır. Cari 

plаnlaĢdırmaya  müəllimin  tematik  və  dərs  üzrə  planları,  sinif  rəh-

bərlərinin  rüblük  və  illik,  məktəb  direktoru  və  onun  müavinlərinin 

həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiyyə-

tinin yüksəldilməsində ən zəruri Ģərt həmin planların əlaqəli Ģəkildə 

həyata keçirilməsidir. 

Qeyd olunan nəzarətlə yanaĢı məktəb rəhbərləri il ərzində 40-

50  saat  dərs  dinləməli  və  onların  pedaqoji  təhlilini  verməlidir.  Bu 

təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks 

təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baĢ verə 

bilər. Müəllimin fəaliyyətinə nəzarətlə yanaĢı Ģagirdlərin təlim iĢinə 

də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə yeti-

rilməsinə  diqqət  verilir.  Nəzarət  zamanı  məktəb  rəhbərləri  hər  bir 

Ģagirdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabi-

liyyətinin  necə  inkiĢaf  etməsini  öyrənə  bilir.  Nazarətin  tərbiyəvi 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  о  Ģagirdə  tapĢırılan  iĢə  məsuliyyət 

hissi  yaradır,  onları  müstəqilliyə,  yaradıcılığa  təhrik  edir.  Nəzarət 

Ģagirdləri  də,  müəllimləri  də  sistemli  iĢin  icrasına  cəlb  edir.  Təlim 

tapĢırığını  yerinə  yetirən  Ģagirdlərdə  mənəvi  kеyfiyyətin  formalaĢ-

masına  kömək  edir,  sağlam  ictimai  rəy  yaradır.  ġagirdlərin  tədris 

fənlərinə  nəzarətin  məzmunu  didaktik  vəzifələr,  tədris  və  inkiĢaf 

səviyyəsi  ilə  müəyyənləĢdirilir. Nəzarət  zamanı  Ģagirdin  tədris fəa-

liyyəti  kompleks  Ģəkildə  yoxlanılır,  onların  inkiĢaf  dinamikası, 



 

508 


Ģəxsiyyətin  necə  formalаĢması  nəzərdə  tutulur.  Müəllimlərin  nəza-

rətinə cari, dövri, yekun nəzarəti daxil edilir. 



Cari  nəzarəti müəllim hər gün dərsdə təĢkil edir, sistemli Ģə-

kildə  Ģagirdlərin  bütün  hərəkətlərini-müvəffəqiyyət  və  nöqsanlarını 

qeydə  alır.  Belə  nəzarət  sayəsində  müəllim  hər  bir  Ģagirdi,  habelə 

kollektivi bir tam halında öyrənir. 



Dövri  nəzarət adətən bütöv bir mövzu, bölmə baĢa çatdıqdan 

sonra aparılır. 



Yekun nəzarəti isə ilin sonunda kurs tamamlandıqda aparılır. 

Nəzarətdən  məqsəd  Ģagirdlərin  bilik,  bacarıq  və  vərdiĢlərinin 

kеyfiyyətini  yüksəltmək  üçün  əhəmiyyətli  təkliflər  hazırlamaqdır, 

müəllimlərin pedaqoji fəaliyyətinə düzgün istiqamət vərməkdir. 



 

 

16.5. Müəllimlərin iхtisаsının  

аrtırılmаsı və аttеstаsiyаsı 

 

Müаsir dövrdə еlmi-tехniki inqilаbın və ictimаi həyаtın sürətli 

inkiĢаfı müəllimin öz biliyini, iхtisаsını və pedaqoji ustаlığını dаim 

аrtırmаğı və təkmilləĢdirməyi tələb еdir. Müəllim öz biliyini, еlmi-

siyаsi  səviyyəsini,  iхtisаs  təhsilini  və  pedaqoji  ustаlığını  dаim  tək-

milləĢdirməzsə, cəmiyyətin оnun qаrĢısındа qоyduğu mühüm təlim-

tərbiyə  vəzifələrini  müvəffəqiyyətlə  həyata  kеçirə  bilməz.  Müəlli-

min öz biliyini təkmilləĢdirməsi, həyatın zəruri tələbidir. Bunа görə 

müаsir ümumtəhsil məktəbində gənc nəslin təlim və tərbiyəsi sаhə-

sində  müvəffəqiyyətlə  iĢləmək  üçün  hər  bir  müəllim  öz  üzərində 

ciddi  çаlıĢmаq,  özünütəhsillə  müntəzəm  məĢğul  оlmаqlа  yаnаĢı, 

həm də iхtisаsаrtırmа kurslаrındа iĢtirаk еdərək öz еlmi, pedaqoji və 

psiхоlоji təhsilini, mеtоdik və prаktik ustаlığını zənginləĢdirməli və 

аrtırmalıdır. 

Ümumtəhsil məktəbi müəllimlərinin peĢə hazırlığının təkmil-

ləĢdirilməsində,  оnlаrın  еlmi,  idеyа-nəzəri  və  pedaqoji  hаzırlığının 

yüksəldilməsində iхtisаsаrtırmа kurslаrının və müəllimlərin аttеstа-

siyаdаn  kеçirilməsinin  əhəmiyyəti  böyükdür.  Bunа  görə  də  Azər-

bаycаn  Rеspublikаsı  hökuməti  və  Аzərbаycаn  Təhsil  Nаzirliyi 

müəllimlərin  pedaqoji  və  metodiki  cəhətdən  təkmilləĢməsi  məsələ-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə