Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə159/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   176

 

490 


rilməsi  hər  bir  Ģаgirdin  fərdi  qаbiliyyətini,  bаcаrıq  və  istеdаdını 

əhəmiyyətli  dərəcədə  inkiĢаf  еtdirir,  yаrаdıcılıq  pоtеnsiаlını  аrtırır, 

еlmi dünyаgörüĢünü və fəаl həyаt mövqеyini məqsədyönlü Ģəkildə 

fоrmаlаĢdırır. 



 

 

15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri 

 

Sinifdənxaric iĢlər sırasında dərnəklər geniĢ fəaliyyət göstərir-



lər. Dərnəklər əsasən iki cür təĢkil olunur: 1)  Fənn dərnəkləri. Bu 

dərnəklər  bilavasitə  məktəbdə  tədris  olunan  fənlərlə  bağlıdır.  Bu 

dərnəklər həmin fənlərin daha dərindən mənimsənilməsinə, o sahə-

də  Ģagirdlərin  biliklərinin  daha  da  dərinləĢdirilməsinə  xidmət  edir. 

Fənn  dərnəklərini  əsasən  fənni  tədris  edən  müəllimlər  aparırılar;     

2) marağa görə təĢkil olunan dərnəklər. Belə dərnəklər uĢaqların 

maraq  və  meylinə  görə  təĢkil  edilir.  Bu  dərnəkləri  yuxarı  sinif 

Ģagirdləri və ya müəyyən mütəxəssis, maraqlı Ģəxs təĢkil edib keçirə 

bilir. 


Fənn dərnəkləri: 

Məktəblərdə müəyyən fənlər üzrə dərnəklər təĢkil edilir. Bun-

ların məqsədi Ģagirdlərin ayrı-ayrı fənlərə olan maraqlarını artırmaq, 

onların dərsdə mənimsədikləri bilikləri daha da zənginləĢdirməkdir. 

Dərnəyi təĢkil etməzdən əvvəl Ģagirdlərlə ciddi iĢ aparılır. Dərnəyə 

üzvlər cəlb olunur, onun iĢi, istiqaməti, planı müəyyən edilir. Bun-

dan sonra yaranmıĢ dərnək fənn müəllimlərinin birinin rəhbərliyi al-

tında  fəaliyyətə  baĢlayır.  Dərnəkdə  proqramdа  olmayan,  lakin 

proqram materialının dərindən öyrənilməsinə kömək edən mövzular 

nəzərdə  tutulur. Bu zaman hər bir fənnin  özünəməxsus xüsusiyyəti 

nəzərə  alınır,  yeni  maraqlı,  interaktiv  metodlardan,  yeni  texnologi-

yalardan istifadə olunur. 



Ədəbiyyat və dil dərnəkləri. 

ġagirdlər  milli  və  dünyа  ədəbiyyatından  tanınmıĢ  yazıçılar 

haqqında  daha  dərin  məlumatlara  yiyələnirlər.  Həmçinin  xarici  dil 

öyrənilir. Hazırda xarici dillərin öyrənilməsinə də çox diqqət verilir. 

Buna görə də məktəbdə xarici dilləri öyrənən dərnəklər təĢkil edilir. 

Həmin  dərnəklərdə  Ģagirdlər  ingilis,  alman,  fransız,  fars  dillərini 




 

491 


öyrənməyə  çаlıĢırlаr.  Bu  dərnəklərlə  Ģagirdlər  həm  ədəbi  əsərləri, 

həm  də  dillərə  aid  kütləvi  əsərləri  öyrənməyə  diqqət  yetirirlər. 

Bunun nəticəsində onlarda milli ilə ümumbəĢərinin vəhdəti anlayıĢı 

formalaĢır. 



Fizika və riyaziyyat dərnəkləri 

ġagirdlər fizika və riyaziyyatın tarixinə aid, bu sahədə böyük 

kəĢflər etmiĢ alimlərin həyat və fəaliyyətinə dair məlumatları öyrə-

nirlər.  Bu  zaman  onlar  dünya  fizika  və  riyaziyyat  elmlərinin  inki-

Ģafında  böyük  xidmətləri  olan  Əlxarəzmi,  Farabi,  Ġbn  Sina,  Əbül 

Vəfa, Cabir bin Həyyan, Nəsirəddin Tusi və baĢqalarının fikirlərini 

öyrənirlər. 

Coğrafiya dərnəyi 

Bu  dərnəyin  məqsədi  coğrafiya,  diyarĢünаslıq  məsələləri  ilə 

məĢğul olan Ģagirdləri bir kоllеktivə toplayıb onların coğrafi biliklə-

rini  zənginləĢdirməkdir.  Bu  dərnəkdə  Ģagirdlər  məĢhur  səyyahlar 

haqqında  –  Övliya  Çələbi,  Jan  ġarden,  Aleksandr  Düma,  Tur 

Heyrdal,  Hacı  Zeynalabdin  ġirvani,  Məhəmməd  ġirvani,  Əbdür-

rəĢid  Bakuvi  və  baĢqaları  haqqında  məlumatlar  alırlar.  Coğrafiya 

dərnəyinin müxtəlif bölmələri olur və bu bölmələrdə fiziki coğrafi-

ya, qitələr və materiklər coğrafiyası, Azərbyacan abidələri və digər 

məsələlər  öyrənilir. Dərnəyin  üzvləri fotomontajlar, albomlar tərtib 

edir, məĢhur səyyahların, dənizçilərin, alimlərin Ģəkillərini toplayır-

lar,  həyat  və  fəaliyyətlərinə  dair  məruzələr  yazırlar.  Yuxarı  sinif 

Ģagirdləri  elmi-tədqiqat  xarakterli  məruzələr  hazırlayır  və  rayonlar 

arası, respublika üzrə olimpiadalarda çıхıĢ edirlər. 



Kimya dərnəyi 

Bu dərnəyin üzvləri elmi-kütləvi əsərləri oxuyur, kimya alim-

lərinin  həyat  və  fəaliyyətinə  dair  məruzə  və  referatlar  yazır,  ele-

mentlər aləminə səyahətlər adlı mövzularda gecələr təĢkil edir, yüz 

beĢ element haqqında ətraflı məlumatlar toplayırlar. 

MəĢhur  kimyagər  Cabir  Bin  Həyyan  haqqında,  Mendeleyev 

və onun cədvəli haqqında maraqlı məlumatlar toplayırlar. 

Gənc təbiətçilər dərnəyi 

Məktəblilərin  idrak  maraqlarının  inkiĢаfinda,  görüĢ  dairələri-

nin geniĢləndirilməsində Gənc təbiətçilər dərnəyinin rolu böyükdür. 

Bu  dərnəyin  sahəsi  geniĢ  olub  kənd  təsərrüfatı  sahəsində  becərilən 

bitkilərin növlərini əhatə edir. Burada Ģagirdlər doğma diyarın bitki 



 

492 


aləmini öyrənir və bunun nəticəsində uĢаqlarda vətənpərvərlik hissi 

daha  da  güclənir.  Dərnəyin  üzvləri  tədris-təcrtibə  sahəsində 

təcrübəçilik iĢi aparır, müxtəlif bitkilərə qulluq edirlər. 

ÖlkəĢünаslıq dərnəyi 

Bu  dərnəyin  üzvləri  rayonun  təbii  ehtiyatlarını,  sənaye  və 

kənd  təsərrüfatının  tаrixini,  mədəniyyətini  və  s.  məsələləri  öy-

rənirlər. Bu zaman onlar yaĢadığı kəndin tarixini, yeraltı və yerüstü 

sərvətlərini,  təbiətini  ətraflı  öyrənirlər.  Hər  bir  Ģаgird  ölkəĢünаslıq 

iĢləri zamanı doğma diyarı tədqiq edir, оnun nailiyyətlərini, adət və 

ənələrini,  folklorunu  dərindən  öyrənir.  Hər  bir  kəndin,  Ģəhərin, 

küçənin  özünəməxsus  tarixi,  abidələri  və  görkəmli  Ģəxsləri  vardır 

ki, onlar haqqında Ģagirdlər məlumat toplayırlar . 

Neçə  illərdən  bəri  davam  edən  еrmənilərə  qarĢı  müharibədə 

hər bir ev və ya qohum evi demək olar ki, Ģəhid və ya yaralı vermiĢ-

dir. Onların həyat  və  fəaliyyətini  öyrənmək,  Ģagirdlərdə milli  ləya-

qət  və  milli  Ģüuru  formalaĢdırmaq  zəruridir.  Kəndin,  Ģəhərin  tarixi 

Vətən  tarixinin  bir  parçasıdır.  ÖlkəĢünаslıq  iĢləri  zamanı  Ģagirdlər 

Ģifahi  xalq  ədəbiyyatı  nümunələrini  toplayır,  qəhrəmanların,  əmək 

qabaqcıllarının həyat və fəaliyyətini öyrənirlər. 

 

Marağa görə təşkil eidlən dərnəklər: 

 

Bacarıqlı əllər dərnəyi. 

Bu  dərnək  adətən  ibtidai  sinif  Ģagirdləri  üçün  təĢkil  edilir. 

UĢаqlar həmin dərnəkdə əmək təlimi dərslərində öyrəndikləri bilik, 

bacarıq və vərdiĢləri daha da möhkəmləndirirlər. Hər bir Ģagird özü-

nün nəyə qadir olduğunu nümayiĢ etdirir. Belə iĢin icrası zamanı əl 

hərəkətlərinin incəliyi,  onun beyinlə  əlaqəsi  yaranır, ixtiracılıq,  ya-

radıcılıq inkiĢaf edir. Ġxtiraçılıq uĢaqların barmaqlarının ucundadır. 

Texniki dərnəklər. 

Məktəbdə  avtomobil,  aviomodel,  foto,  radio,  elektrotexnika 

və  s.  dərnəklər  təĢkil  oluna  bilir.  Həmin  dərnəklərin  üzvləri  mək-

təbin  fizika,  kimya,  biologiya  laboratoriyaları  üçün  əyani  vəsaitlər 

də  hazırlayırlaya  bilirlər.  Bu  dərnəklərdə  Ģagirdlər  müəyyən  ixti-

raçılıq  sahəsində  elmi  nаiliyyətlərdən  necə  istifadə  olunması  və  s. 

məsələlərlə tanıĢ olurlar. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə