Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə157/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   176

 

484 


Burada  müəllimlər  Ģagirdlərin  baĢqalarının  rəyinə  münasibət 

bəslədiklərinə, necə qiymətləndirdiklərinə xüsusi əhəmiyyət vermə- 

lidirlər.Mübahisələrdə  inandırma  yolu  ilə,  məntiqlə  qələbə  çalmaq 

lazımdır. 

Disputların  Ģagirdlərin  təlim-tərbiyəsində,  onlarda  mənəvi 

keyfiyyətlərin  formalaĢmasında  böyük  əhəmiyyət  vardır.  Məhz  bu 

əhəmiyyətlilik disputların vəzifələrinin məqsədəuyğun həyata keçi- 

rilməsinə güclü təsir göstərir. 

Disputların  gənclərin  dünyagörüĢünün  formalaĢmasına  kö- 

mək etməklə yanaĢı, həm də onlarda prinsipiallıq tərbiyə edir, düz-

gün mülahizə yürütməyə, dilin səlisləĢməsinə təsir göstərir. Dis- pu-

tun maraqlı cəhəti budur ki, burada bu və ya digər məsələ haqqında 

fikirlər toqquĢur, Ģagirdlərə öz dünyagörüĢünü aĢkar etmək, baĢ-qa-

larının  hərəkətlərinə  düzgün  qiymət  vermək  qabiliy-  yətinə  malik 

olmaq imkanı verilir. 

Disputda  Ģagirdlərə  müstəqillik  verilir.  Sərbəstlik  nəticəsin- 

də Ģagird necə hərəkət edəcəyini Ģüurlu surətdə dərk edir və bu ide-

yanı həyata keçirmək üçün onda arzu və cəhd oyanır. ġagird disput-

da öz təsəvvürlərini bu və ya digər məsələ ətrafında cəmləĢdirir və 

mövzu  ilə  əlaqədar  təcrübələrini,  təsəvvürlərini  yaddaĢında  bərpa 

edir.  Disputun  səviyyəsi  onun  iĢtirakçılarının  mədəni  səviyyəsinin, 

bilik dairəsinin göstəricisidir. Gənclər burada iĢtirak etməklə öz bi-

liklərini  artırır,  yoxlayır  və  möhkəmləndirir  və  onlarda  sərbəstlik, 

təfəkkür, natiqlik qabiliyyəti, baĢqasını dinləmək mədəniyyəti kimi 

cəhətlər formalaĢır. 

ġagirdlərin  diqqətini  və  marağını  artırmaq  üçün  disput  mü- 

təĢəkkil  və  dinamik  keçməlidir.  Hər  Ģey  aparıcıdan,  onun  hazırlı-

ğından,  onun  təĢkilatçılıq  qabiliyyətindən  gözlənilməz  vəziyyət- 

dən çıxıĢ yolu tapmaq, dinləyicilərin diqqətini cəlb etmək bacarığın-

dan asılıdır. Disput keçirərkən Ģagirdlərin qəlbinə və Ģüuruna hakim 

olmaq  üçün  disputun  keçirilmə  planını  bilmək  lazımdır.  Disput 

aĢağıdakı plan üzrə keçirilir: 



1.

 

Disputun keçirilmə yerini müəyyən etmək



2.

 

Disputun mövzusunu seçmək



3.

 

Mövzuya aid suallar tərtib etmək



4.

 

Suallara uyğun olan ədəbiyyatları müəyyənləĢdirmək; 



5.

 

ġagirdləri disputa hazırlamaq; 




 

485 


6.

 

Disputa  hazırlıq  iĢlərində  Ģagirdlərin  fəal  iĢtirakını  təmin 

etmək; 

7.

 

Disputun keçirilməsi



8.

 

Disputun yekunu. 

Disputun  uğuru  aparıcıdan  çox  asılıdır.  GiriĢ  sözünün  möv- 

zuya əsaslanaraq qısa və aydın olması, auditoriya qarĢısında müba- 

hisəli  suallar  qoymaq  və  onları  düĢünməyə  məcbur  etmək  onun 

baĢlıca vəzifəsidir. Aparıcı təĢkilatçılarla sadə, sərbəst və inandırıcı 

danıĢmalıdır ki, bu da onu iĢtirakçılarla yaxınlaĢdırır, iĢtirakçılarda 

ona qarĢı inam yaranır və açıq söhbətə gətirib çıxarır. 

Aparıcının  giriĢ  sözü  və  onun  disputa  rəhbərlik  metodu  mü- 

bahisəli və eyni zamanda dostluq xarakteri daĢımalıdır. GiriĢ sözün-

də müzakirə olunan problem haqqında ziddiyyətli fikirlər olduğunu 

söyləmək,  iĢtirakçıları  mövzu  və  onun  ayrı-ayrı  sualları  ətrafında 

çıxıĢ etməyə, öz münasibətini bildirməyə çağırmaq lazımdır. 

GiriĢ sözündən sonra o,  müzakirə olunacaq mövzunun adını, 

sualları  iĢtirakçılara  bildirir.  Disputa  baĢlayarkən  Ģagirdlərə  mövzu 

ətrafında fikir mübadiləsi söyləyə bilmələri xatırladılmalıdır. Müza-

kirə  ardıcıllıqla,  yəni  bir  sualdan  digərinə  keçməklə  aparılsa  daha 

səmərəli olar. Aparıcı hər bir sualın qısa yekununu verməlidir. Dis-

putun gediĢi zamanı aparıcı bütün iĢtirakçılara söz verilməlidir. 

Hər  kəs  çıxıĢ  etmək,  çıxıĢ  edənə  və  aparıcıya  sual  vermək 

hüququna  malikdir.  Müzakirə  olunan  məsələ  haqqında  Ģagirdlərin 

çıxıĢları  və  mübahisəsi  baĢlanır.  Hər  bir  Ģagird  mübahisə  olunan 

məsələ  haqqında  öz  fikrini  söyləyir.  Bu  zaman  aparıcının  məsuliy- 

yəti  daha  da  artır.  O,  çıxıĢ  edənləri  bacarıqla  istiqamətləndirməli, 

sualların  ardıcıl  müzakirəsinə  nəzarət  etməli,  mövzudan  uzaqlaĢ- 

mağa  yol  verməməlidir.  O,  çalıĢmalıdır  ki,  mübahisə  prinsipial 

xarakter daĢısın, çıxıĢlar əsaslı olsun. 

ġagirdlərin  çıxıĢından  sonra  disputa  dəvət  olunmuĢ  görkəmli 

Ģəxslər, alimlər və məktəbin müəllimləri yığcam Ģəkildə Ģagirdlərin 

çıxıĢlarına öz münasibətlərini bildirirlər, həmin məsələyə dair söylə-

nilən  fikirləri  ümumiləĢdirirlər.  Disputun  rəhbəri  son  sözündə  dis-

puta yekun vurur, çıxıĢlara qiymət verir, səhv mülahizə və fikirləri 

göstərir, onların səbəblərini açıqlayır. Düzgün mülahizələrə aid də-

lillər  gətirir,  bütün  suallara,  aydın  olmayan  məsələlərə  qənaətbəxĢ 

cavab verir. 



 

486 


Aparıcının  son  sözü  xüsusi  rol  oynayır.  Burada  disput  ye- 

kunlaĢdırılır,  müzakirə  olunan  məsələnin  elmi  cəhətdən  əsaslan- 

dırılmıĢ həlli verilir. Son söz həm də ona görə əhəmiyyət kəsb edir 

ki, ona müəyyən metodik tələblər aiddir. Belə ki, o: 



 

Qısa, aydın və inandırıcı olmalı; 



 

Müzakirə  olunan  problemin  düzgün  həllinə  yol  göstər- 

məli; 



 



Ən yaxĢı və ən maraqlı çıxıĢlara istinad etməli; 



 

Tənqidi fikirlərə imkan yaratmalı; 



 

Gələcək  disput  iĢtirakçılarının  qeyri-mənəvi  inkiĢafına 

kömək etməli; 



 

Yeni problemlər qoymalı; 



 

Gənclərdə  biliyə,  öz  təhsilini  və  xarakterini  təkmilləĢdir-

məyə maraq doğurmalıdır. 

Aparıcı  disputu  baĢlamazdan  əvvəl  çıxıĢ  edənlərə  təĢəkkür 

edir,  gələcək  disputun  mövzusu  və  sualları  barəsində  iĢtirakçılarla 

məsləhətləĢir. Yaxın günlərdə keçiriləcək mədəni-kütləvi tədbir ba-

rədə onlara məlumat verir. Disputu təhlil edərkən müsbət nəticələri 

cəmləĢdirmək,  müvəffəqiyyətə  səbəb  olan  Ģərtləri  və  metodları 

göstərmək, uyğunsuzluğun səbəblərini müəyyənləĢdirmək lazımdır. 

Təhlil  həm  müĢahidəçiliyi,  tələbkarlığı,  özünütənqidi,  pedaqoji  us-

talığı gücləndirməyi tərbiyə edir. 

Disputun  pedaqoji  təhlili  aşağıdakı  əsas  meyarlara  uyğun 

keçirilə bilər: 



1. Tərbiyəvi məqsədin mövcudluğu

2. Mövzunun aktuallığı və müasirliyi; 

3. Onun ideya istiqaməti; 

4.  Məzmunun  elmi  cəhətdən  Ģagirdlərin  yaĢ  xüsusiyyətlərinə 

uyğunluğu; 



5.  Müəllim  və  Ģagirdlərin  hazırlığı,  təĢkilatçılıq  və  mütəĢək- 

killik. 


Disputun  keyfiyyətini  Ģagirdlərin  reaksiyası  ilə  müəyyənləĢ- 

dirmək  olar.  Onların  həyəcanlı  əhval-ruhiyyələri,  keçirilən  tədbirə 

olan  müsbət  münasibətləri  disputun  müvəffəqiyyətindən;  laqeyid- 

sizlikləri  isə  uğursuzluğundan  xəbər  verir.  Ümumiyyətlə,  disput- 

ların məzmunu və forması etibari ilə bədii Ģəkildə qurulur. Mübahi- 

sələrdə və  çıxıĢlarda səlis,  düĢündürücü intonasiya, fikrin  bu və  ya 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə