Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə148/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   176

 

455 


1)  Gənclər  təĢkilatı  X-XI  siniflərin  rəhbərlərini  öz  yığın- 

caqlarına dəvət edir. Həmin yığıncaqlarda bir çox məsələlərin mü-

zakirəsi  keçirilir.  Buraya  təĢkilatın  qarĢısında  duran  vəzifələr,  iĢin 

məzmunu, fəaliyyətin daha da təkmilləĢdirilməsi perspektivləri: he-

sabatı,  hesabat  seçkisi,  Ģagirdlərin  təlim  və  tərbiyəsi,  intizamı  ilə 

bağlı məsələlər və s. daxildir. 



2)  Konkret  Ģagirdlərin  tərbiyəsi  və  intizamı  ilə  əlaqədar  mə- 

sələnin müzakirəsi keçirilir



3) Bu və ya digər ümuməktəb tədbirinin hazırlanıb həyata ke-

çirilməsini təmin edir; 



4) Məktəblilərin asudə vaxtını və tərbiyəsini təĢkil edir; 

5) ġagirdlərin məktəbdənkənar tədbirlərini keçirir

6) Ümumməktəb özünüidarə orqanlarının  yaradılması ilə əla-

qədar söhbət etmək, məsləhətləĢmək məqsədi ilə sinif rəhbər- lərinə 

müraciət edir və s. 

Sinif rəhbərləri: 

1) sinif Ģagird kollektivinin təĢkili; 

2)  bu və  ya  digər sinif  tədbirinin  hazırlanmasına kömək  gös-

tərmək; 


3) sinif özünüidarə orqanlarına seçkilərdə

4) Ģagird kollektivinin ictimai fəallıq qabiliyyətini yüksəltmək 

və s. məsələlərlə bağlı gənclər təĢkilatına müraciət edirlər. 



 

Suallar və tapĢırıqlar 

 

1.

 



Özünüidarəyə nələr daxildir? 

2.

 



ġagird özünüidarəsini necə təĢkil etmək olar? 

3.

 



Sinif rəhbərinin məktəb, uĢaq və gənclər təĢkilatları ilə apardığı 

iĢin məzmunu nədən ibarətdir? 

4.

 

ġagirdlərin  tərbiyəsində  sinif  rəhbəri  və  gənclər  təĢkilatının 



qarĢılıqlı əlaqəsi hansı amillərlə Ģərtlənir? 

5.

 



Sinif rəhbəri hansı məsələlərlə bağlı gənclər təĢkilatına müraciət 

edir? 


6.

 

Məktəb UĢaqlar birliyi və Gənclər təĢkilatının birgə fəaliyyəti. 



7.

 

ġagird özünüidarənin tərbiyəvi tədbirləri. 



8.

 

Məktəbdə UĢaqlar birliyi və Gənclər təĢkilatının iĢinin məzmunu. 



9.

 

ġagird özünüidarə orqanlarının məktəblilərin tərbiyəsində möv-



qeyi və rolu. 


 

456 


 

Ədəbiyyat 

 

1.



 

Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006. 

2.

 

Əliyev  P.B.,  Əhmədov  H.H.Təhsil  müəssisələrində  tərbiyə 



iĢinin təĢkili. Bakı, 2006. 

3.

 



Hüseynzadə  R.L.,  M.C.Ġsmayılova.  Tərbiyə  iĢi  və  onun 

metodikası. Dərs vəsaiti. Bakı: ADPU, 2012. 

4.

 

Musayev  Ġ.V.  Müəllimin  və  sinif  rəhbərinin  peĢə  fəaliyyətinin 



xüsusiyyətləri. Bakı,1996. 

5.

 



Qaralov Z.Ġ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). 

Bakı: Pedaqogika, 2003. 

 

 

 

 

 

 



 

457 


 

 

 

XIV fəsil 

 

KOLLEKTİV VƏ KOLLEKTİVDƏ  

ŞƏXSİYYƏTİN TƏRBİYƏSİ 

 

 

Əhatə olunan məsələlər 

 

14.1.Kollektivin xüsusiyyətləri və əlamətləri. 

14.2. Şagird kollektivinin xüsusiyyətləri. 

14.3. Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası. 

14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin inkişaf 

modelləri. 

14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi. 

 



 

458 


 

14.1. Kollektivin xüsusiyyətləri və əlamətləri 

 

Kollektiv sözü latın sözü olub, “kollektivus” sözündən götü-

rülmüĢdür.  Kollektiv  mütəĢəkkil  Ģəkildə  yüksək  səviyyədə  təĢkil 

olunmuĢ insan qrupudur. 

Kollektiv  real  məkan  və  zamanda  mövcud  olan,  ictimai-fay-

dalı  məqsədlər  ətrafında  birləĢən,  həmin  məqsədlərə  nail  olmaq 

üçün eyni (yaxud bir-biri ilə əlaqədar olan müxtəlif) istehsal prose-

sində fəaliyyət göstərən, özünüidarə orqanlarına (müvəkkillərə rəh-

bərlik və tabelik elementlərinə) malik olan, üzvlər arasında qarĢılıq-

lı  məsuliyyətli  münasibətləri  bərqərar  edən,  fəaliyyət  məqsədlərini 

geniĢləndirib baĢqa kollektivlərlə üzvi əlaqə saxlayan və cəmiyyətin 

özəyini təĢkil edən mütəĢəkkil sosial qrupun yüksək formasıdır. 

Kollektiv dedikdə, bir sıra mühüm əlamətləri ilə fərqlənən Ģa-

girdlər  birliyi  baĢa  düĢülür.  Kollektiv  -  ictimai-faydalı  məqsədlər 

ətrafında  birləĢən,  özünüidarə  orqanlarına  malik  olan,  mütəĢəkkil, 

sosial qrup formasıdır. 

Kollektiv çox mühüm xüsusiyyətləri ilə fərqlənir. Bunlar kol-

lektivdaxili  psixoloji  mühiti,  kollektivin  üzvləri  arasındakı  mü-na-

sibətləri əks etdirən xarakteristikalardır. Bu xarakteristikalardan biri 

kollektivin birliyi və mütəĢəkkilliyidir. 

YaxĢı  təĢkil  olunmuĢ  kollektivdə  qarĢılıqlı  kömək,  qarĢılıqlı 

məsuliyyət, xeyirxahlıq, sağlam tənqid, özünütənqid və yarıĢ özünü 

göstərir.  Belə  kollektivlərdə  münasibətlər  sistemi  ictimai  və  Ģəxsi 

mənafelərin  ağlabatan  səviyyədə  əlaqələndirilməsi  ilə  müəyyən 

olunur. 

Kollektivin möhkəmliyi məhəbbət, dostluq və  yoldaĢlıq kimi 

nəcib  insani  hisslərin  tərbiyəsi  ilə  təmin  olunur.  A.S.Makarenko 

kollektivdə  ənənələrin  olmasını  kollektivin  inkiĢafıının  səciyyəvi 

əlaməti hesab edir və ənənələri ictimai yapıĢqan adlandırırdı. 

Yüksək  həmrəylik  hissinin  formalaĢması  Ģagirdi  kollektivin 

ümumi iĢində daha fəal Ģəkildə iĢtirak etməyə, kollektiv qarĢısında 

öz məsuliyyətini dərk etməyə yönəldir. 

Bu  sistem  Ģəraitində  kollektivin  hər  bir  üzvi  öz  mənafeyini 

aydın və inamla ifadə edir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə