148
6.Silahlı əsgərin düyməsi, yaxud papağının
qabağındakı nişan
150-170 m
7.Əsgərin sifətinin
quruluşu və əlindəki
silahın
hissələri
100 m
Hərbi rəhbər bir neçə şagirdə bu cədvəli oxutdurur və onu yad-
da saxlamağın zəruriliyini qeyd edir. Həmin cədvələ əsasən, kəş-
fiyyat və hərbi əməliyyatlar zamanı müxtəlif obyektlərə qədər olan
məsafəni heç bir xüsusi alətdən istifadə etmədən təxmini müəy-
yənləşdirmək mümkündür – deyərək hərbi rəhbər müsahibəyə keçir:
-Uşaqlar əgər müşahidə olunan obyektin ya hündürlüyü, ya
eni və yaxud da, uzunluğu məlumdursa, onda bu obyektə qədər olan
məsafəni təyin etmək olar. Bunun üçün riyaziyyatdan öyrəndiyimiz
bir neçə riyazi bilikləri yada salmaq lazımdır. Kim deyər: 1/1000 və
0,001 ədədlərinin oxşar cəhətləri nədir? (hər ikisi müxtəlif şəkildə
yazılmış eyni ədədlərdir: 1/1000 = 0,001).
- Bunların fərqi nədir? (biri adi kəsr, o birisi isə onluq kəsr
şəklində ifadə olunub).
-Dairə, çevrə və onların radiusu nəyə deyilir? (Müstəvidə bir
nöqtədən bərabər uzaqlıqda yerləşən nöqtələr çoxluğu çevrədir.
Müstəvi üzərində verilmiş nöqtədən məsafələri, verilmiş məsafədən
böyük olmayan və həmin müstəvidə yerləşən nöqtələr çoxluğuna
dairə deyilir. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləş-
dirən düz xətt parçasına çevrənin (yaxud dairənin) radiusu deyilir).
-
Düz mütənasib asılılıq nədir? (y = kx şəklində ifadə olunan
R münasibətinə düz mütənasib asılılıq deyilir).
-
Bəs tərs mütənasib asılılıq? (y = k/x şəklində olan R
münasibətinə tərs mütənasib asılılıq deyilir).
-
Bucaq nəyə deyilir? (Ortaq təpəli iki müxtəlif şüa ilə onların
hüdudlandırdığı müstəvi hissəsinin əmələ gətirdiyi fiqura bucaq
deyilir).
-
Bucaqlar nə ilə ölçülür? (Bucaqlar dərəcə, dəqiqə və saniyə-
lərlə ölçülür. Bucaqlar radianla da ölçülə bilər).
-
Bir çevrə neçə dərəcədir? (Bir çevrə 360
0
-dir).