158
ilə də məktəbliləri tanış edir. Göstərir ki, atəş tempi dedikdə, onun
bir dəqiqə ərzində neçə güllə ata biləcəyi ehtimalı başa düşülür.
Yəni buraya, dayanmadan, fasiləsiz olaraq, bir dəqiqə ərzində neçə
güllə atılmasının mümkünlüyü daxildir. Kalaşnikov avtomatında və
həmçinin, Kalaşnikov əl pulemyotunda atəş tempi 600 atım/dəq-dir.
Döyüş atəş tezliyi isə döyüş zamanı bir dəqiqədə atıla
bilən atəşlərin
sayı götürülür. Silahın boşalmış xəzinəsinin dolu xəzinə ilə
dəyişdirilməsi vaxtı da bu bir dəqiqənin içərisinə daxil edilir. Döyüş
zamanı Kalaşnikov avtomatlarından fasiləsiz (avtomatik) atəş üsulu
ilə bir dəqiqədə 100-ə qədər, tək-tək atəş üsulu ilə 40-a qədər atəş
açmaq olar. Kalaşnikov əl pulemyotlarında isə bu göstəricilər uyğun
olaraq 150 atım/dəq. və 50 atım/dəq-yə bərabərdir.
Cədvəldə qeyd olunan növbəti göstəricilərin (silahın dolu xəzi-
nə ilə birlikdə kütləsinin, süngü-bıçağın kütləsinin, gillənin ən uzaq
uçuş məsafəsinin) xüsusi izahına o qədər də ehtiyac yoxdur. Bunlar
fizika və riyaziyyat kurslarından məlum olan kütlə və onun vahidi ilə
bağlıdır ki, bu anlayışları da şagirdlər gündəlik həyatlarında çox
tətbiq edirlər. Cədvəldə verilən iki göstərici: güllənin öldürücü gücü
və başlağıc sürəti anlayışları növbəti məşğələlərdə ayrıca aydın-
laşdırılır. Ona görə də həmin anlayışların burada əlavə izahı o qədər
də məqsədəuyğun deyildir. Çünki bu, dərsdə artıq vaxtın getməsinə
və şagirdlərin tədris materialı ilə əlavə yüklənməsinə səbəb olur.
“Atəş hazırlığı” bölməsində əl qumbaralarının döyüş xarakte-
ristikası haqqında da məlumat verilməlidir. Bu prosesdə məşğələ
erməni işğalçılarının döyüşlər zamanı əsgərlərimizə qarşı tətbiq et-
dikləri və keçmiş SSRİ-də istehsal olunmuş “RQD-5” (РГД-5) və
“F-1” (Ф-1) markalı qəlpəli əl qumbaralarının döyüş xüsusiyyət-
lərini əks etdirən plakatın nümayişi və hərbi rəhbərin plakatdakı
cədvələ əsasən şərhi üzərində qurulmalıdır. Bunu nəzərə alaraq,
eksperimental siniflərdə hərbi rəhbərlər odlu əl silahlarının döyüş
xüsusiyyətlərinin izahı zamanı analoji mühakimələr qurur və tədris
materialını aydınlaşdırırlar. Məlumat verilir ki, RQD-5-ın, partlayıcı
maddə ilə dolu olduğu halda, kütləsi 310 qram, qəlpələrin uçaraq
öldürücü radiusu 25 metr, qumbaranın orta atım məsafəsi 40-50