163
müstəviyə perpendikulyarlığı kimi) şəkildə dəydikdə, aşağıdakı hə-
dəfləri deşib keçə bilir:
a)
6 mm-(millimetrlik) qalınlığa qədər polad lövhəni;
b)
Kərpic divar-12 sm (santimetr) qalınlığa qədər;
c)
45 sm-ə qədər qalınlığı
olan qum, torpaq maneəni (hədəfi);
d)
50 sm-ə qədər qalınlıqlı taxtadan düzəldilmiş divarı.
Qeyd edək ki, hərbi rəhbərin verdiyi bu statistik məlumat
şagirdlərin müqayisə qabiliyyətlərinə əsaslanaraq güllənin malik
olduğu döyüş keyfiyyətlərinin daha şüurlu başa düşülməsinə kömək
göstərir. Çünki məktəbli müxtəlif materiallardan ibarət maneələrin
gülləyə davamlı olub-olmamasını həm atəş nöqtəsindən olan məsa-
fəyə, həm güllənin malik olduğu başlanğıc enerjiyə, həm də hədəf
nöqtəsinin materialına və qalınlığına əsasən müqayisə edir, güllənin
təsirini real şəkildə anlayırlar. Bu, şagirdlərin verdiyi suallardan və
onların mühakimələrindən aydın görünür.
Məktəblilərin fizika və riyaziyyat üzrə bilikləri “Güllənin ha-
vada uçuşu” mövzusunun tədrisi zamanı da geniş şəkildə tətbiq
olunur. Bu zaman onların həndəsədən qazandıqları düz və əyri xətt,
istiqamət, nöqtə, şüa, bucaq (iti, düz və kor bucaq) və s. kimi bilik-
lərinə müraciət edilir. Hərbi rəhbər güllənin havada uçüş trayek-
toriyasının çəkildiyi plakatın üzərində göstərə-göstərə aydınlaşdırır
ki, cismin (güllənin) hərəkət etdiyi xəttə hərəkət trayektoriyası deyi-
lir. Tratektoriyanın başlanğıcı güllənin uçuş nöqtəsi olur və lülənin
uc çevrəsinin mərkəzi götürülür. Uçuş trayektoriyasının hədəf müs-
təvisi ilə kəsişmə nöqtəsi düşmə nöqtəsi adlanır.
Daha sonra hərbi rəhbər silahın üfüqünə nisbətən güllənin
uçuş trayektoriyasındakı elementlərin izahına başlayır (14-cü şəkil).