Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə86/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   79   80   81   82   83   84   85   86   87

 
267 
 
ÜMUMĠ NƏTĠCƏLƏR VƏ TƏKLĠFLƏR 
 
Tədqiqat aşağıdakı nəticəyə gəlməyimizə əsas vermişdir: 
Digər  ümumtəhsil  fənlərilə  yanaşı,  gənclərin  çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu  da  dövlətin  təhsil  siyasətini 
həyata keçirməyə xidmət göstərir. Bu fənn şagirdlərin hərb elminin 
sirlərinə  yiyələnmələrinə  münasib  şərait  yaradır.  Onların  hərbi 
texnikaya  və  silahlara,  döyüş  hazırlığına,  Milli  Ordumuzun  həyatı 
və  fəaliyyətinə,  onun  tarixi  döyüş  ənənələrinə  və  s.  dair  məlumat-
larını xeyli genişləndirir. Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai 
hərbi  hazırlıq)  məşğələləri,  bu  fənn  üzrə  sinifdənxaric  və  məktəb-
dənkənar vaxtlarda həyata keçirilən tədbirlər gənclərə yurdsevərlik, 
yüksək vətəndaşlıq hissi,  dövlətimizə və onun  atributlarına hörmət 
və  rəğbət,  milli  sərvətlərimizə  və  mədəniyyətimizə,  doğma  təbiətə, 
adət və ənənələrimizə, ana dilimizə, xalqımıza, insanlara məhəbbət 
duyğusu, milli iftixar hissləri aşılayır və ən başlıcası onları Vətənin 
müdafiəsinə hazırlayır. 
Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazırlıq) üzrə 
məşğələlərin  digər  ümumtəhsil  fənləri  ilə,  o  cümlədən  riyaziyyat
fizika, coğrafiya, rəsmxət,  əmək təlimi, astronomiya ilə əlaqəli şə-
kildə tədrisi məktəblilərin hərbi bilik və anlayışlarla yaxından tanış 
olmaları  və  onları  möhkəm  mənimsəmələri,  həqiqi  vətənpərvərlər, 
iradəli, dözümlü, igid, çevik, məğrur, Bətənə sədaqətli övladlar kimi 
yetişmələri üçün gözəl imkanlar yaradır. 
Fənlərarası  əlaqə  təlimin  faydalı  prinsiplərindən  biridir.  Hə-
min prinsipə əsaslanaraq gənclərin çağırışaqədərki hazırlığı (ibtidai 
hərbi  hazırlıq)  kursu  üzrə  məşğələləri  digər  ümumtəhsil  fənləri  ilə 
əlaqələndirdikdə  bir  tərəfdən  şagirdlərin  riyaziyyatdan,  fizikadan, 
kimyadan,  yaxud coğrafiyadan mənimsəmiş olduqları biliklər yada 
salınır, təkrar olunur və daha da möhkəmləndirilir, digər tərəfdən də 
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursu üzrə 
yeni mövzuların şüurlu mənimsənilməsi təmin olunur. 


 
268 
Fənlərarası əlaqə baxımından gənclərin çağırışaqədərki hazır-
lığı (ibtidai hərbi hazırlıq) üzrə tədris proqramı və dərsliyin, habelə 
ümumtəhsil  fənləri  üzrə  tədris  proqramlarının  təhlili  göstərdi  ki, 
gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun 
tədrisi  zamanı  fənlərarası  əlaqənin  nəzərə  alınması  üçün  geniş 
imkanlar vardır. Əvvəla, ümumtəhsil fənləri üzrə tədris proqramla-
rında  fənlərarası  əlaqəni  yaratmağın  zəruriliyi  göstərilir.  İkincisi, 
tədris proqramlarına əsasən fizika, riyaziyyat, coğrafiya, kimya və s. 
fənlər üzrə lazımlı mövzular uyğun hərbi mövzulardan əvvəl tədris 
olunur. Bu isə hərbi anlayışları şagirdlərin həmin biliklərinə əsasən 
daha  dəqiq  izah  etməyə,  hərbi  xarakterli  çalışmaların  həlli  zamanı 
onları tətbiq etməyə metodik şərait yaradır. Lakin gənclərin çağırı-
şaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  üzrə  yeni  dərs  vəsaitləri 
nəşr olunmadığından hərbi rəhbərlər bəzi materialları sovet dövrün-
dəki  materiallardan  tapmaq  məcburiyyətində  qalırlar.  Kurs  üzrə 
metodik  vəsait  olmadığından  hərbi  rəhbərlər  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  üzrə  məşğələləri  bacardıqları 
şəkildə  keçməli  olur,  çox  halda  isə  fənlərarası  əlaqəyə  lazımi  yer 
ayırmırlar. Bu da təbii ki, digər ümumtəhsil fənləri üzrə biliklərdən 
faydalanmağa imkan vermir. 
Orta  ümumtəhsil  məktəblərində  gənclərin  çağırışaqədərki  ha-
zırlığı  (ibtidai hərbi hazırlıq) kursunun tədrisi zamanı hərbi  anlayış-
ları şagirdlərin fizikaya, riyaziyyata, coğrafiyaya və s. aid bilikləri ilə 
əlverişli formalarda əlaqələndirmək və öyrətmək imkanları vardır. Bu 
imkanlar həm fizika və ya riyazi biliklərin məzmunundan və həcmin-
dən, həm də gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) 
kursu üzrə tədris rpoqramı materiallarından və bu materiallara uyğun 
dərslikdə verilən mətnlərin məzmunundan irəli gəlir. 
Problemin  məktəb  praktikasında  vəziyyətinin  təhlili  göstərdi 
ki, hərbi rəhbərlərin əksəriyyəti qeyd edilən imkanlardan lazımınca 
istifadə  etmirlər.  Bunun  başlıca  səbəbi  hərbi  rəhbərlərin  gənclərin 
çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  materiallarını  şa-
girdlərin ümumtəhsil fənləri üzrə biliklərilə əlaqələndirmək yolları-
nı  və  metodikasını  bilmədikləri  ilə,  bu  istiqamətdə  ədəbiyyatın 


 
269 
olmadığı ilə bağlıdır. Bununla yanaşı,  respublika məktəblərində öz 
fəaliyyətlərini  nisbətən  düzgün  quran,  təlimin  təhsilləndirici,  tərbi-
yələndirici və inkişafetdirici funksiyalarını həyata keçirən hərbi rəh-
bərlər  yox  deyil.  Bu  sonuncular  fənlərarası  əlaqənin  rolu  olduğunu 
bilir və öz praktik fəaliyyətlərində onu nəzərə almağa çalışırlar. Nə-
ticə etibarilə “Əsgərin döyüşdə davranış qaydaları” (“Taktiki hazır-
lıq”),  “Silahlar  və  atıcılıq  hazırlığı”  (“Atəş  hazırlığı”),  “Hərbi  to-
poqrafiya”,  “Mülki  müdafiə”  və  s.  bu  kimi  mövzuların  dərindən 
öyrənilməsinə qismən də olsa nail olurlar. 
Tədqiqatdan aydın oldu ki, gənclərin çağırışaqədərki hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  kursunun  öyrənilməsinə  başlayarkən  şagird-
lərin xeyli hissəsi müəyyən səviyyədə ümumtəhsil fənləri üzrə bilik 
ehtiyatına  malikdir.  Bu  bilik  ehtiyatı  X-XI  siniflərdə  gənclərin 
çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu  ilə  paralel 
tədris olunan digər fənlərin öyrədilməsi zamanı getdikcə zənginləş-
dirilir. Lakin bu zəngin bilik ehtiyatından  gənclərin çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələlərinin  keçirilməsi  prose-
sində tam istifadə olunmur. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
kursunun  ümumtəhsil  fənləri  ilə  əlaqəli  tədrisi  zamanı  şagirdlərin 
həyat  təcrübəsindən,  I-V  siniflərdə  riyaziyyatdan,  VI-IX  siniflərdə 
(habelə X-XI siniflərdə ) isə riyaziyyatdan, həm də fizikadan aldıq-
ları  biliklərdən  istifadə  olunur.  Ona  görə  də  tədris  ilinin  müxtəlif 
mərhələlərində  şagirdlərin  riyaziyyatdan  və  ya  fizikadan  aldıqları 
biliklərin dinamikada, inkişafda olduğunu da hərbi rəhbərlər nəzərə 
almalı  olurlar.  Çünki,  hərbi  materialların  mənimsənilmə  dərəcəsi 
çox  amillərdən  asılı  olur.  Burada  fənlərarası  əlaqənin  yaradılması-
nın xarakteri də, ayrı-ayrı şagirdlərin idrak imkanları da ümumtəhsil 
fənlərindən şagirdlərin qazandıqları  bilik  səviyyəsi  də müəyyən rol 
oynayır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində  şagirdlərin  ümumtəhsil  fənləri  üzrə  biliklərindən 
əlaqəli  istifadə  edildikdə  şagirdlər  nəinki  hərbi  materialları,  nəinki 
digər  ümumtəhsil  fənləri  üzrə  bilikləri  daha  şüurlu,  daha  möhkəm 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə