Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə79/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   75   76   77   78   79   80   81   82   ...   87

 
243 
nişanalmaq,  atəşi  vaxtında  açmaq,  düşməni  məqamında  yaxalamaq, 
hədəfi dərhal aşkara çıxarmaq lazımdır. Təqdim olunan çalışmalarda 
bütün  bu  məsələlər  diqqət  mərkəzində  dayanır  və  gənclərin 
çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) məqsədi daşıyır. 
 
c) “Atıcılıq hazırlığı” üzrə  çalıĢmaların həllinə dair meto-
diki göstəriĢlər 
№1.  Kalaşnikov  avtomatında  lülənin  kalibri  7,62  mm-ə,  atə-
şin əsas təsir uzaqlığı 400 m-ə qədər, atəşin nişangah məsafəsi 1000 
m, düzünə atəş uzaqlığı yarımbədən insan fiquruna 350 m, hərəkət 
edən  tam  insan  fiquruna  isə  525  m,  toplama  atəş  uzaqlığı  yerüstü 
hədəflər  üçün  800  m-ə  qədər,  təyyarə  və  paraşütlər  üçün  500  m-ə 
qədərdir.  Avtomatdan  bir  dəqiqədə  avtomatik  (fasiləsiz)  100-ə 
qədər, tək - tək isə 40-a qədər atəş açmaq olar. Dolu daraqla birlikdə 
avtomatın  çəkisi  3,  6  kq,  süngü  –  bıçağın  çəkisi  isə  450  q-dır. 
Avtomatın  darağı 30 patron tutur. Güllə 3000 m-ə qədər uça bilir, 
öldürücü gücünü 1500 m-ə qədər saxlayır. Avtomat silahlarda gül-
lənin başlanğıc sürəti 715 m/san-dir. 
Kalaşnikov  əl  pulemyotunda,  avtomatlarda  olduğu  kimi, 
lülənin  kalibri  7,62  mm-dir.  Lakin  onda  atəşin  əsas  təsir  uzaqlığı 
800  m-ə  qədər,  atəşin  nişangah  məsafəsi  1000  m-dir.  Bu  silahdan 
yarımbədən  insan  fiquruna  düzünə  atəş  uzaqlığı  365  m-ə,  hərəkət 
edən tam insan fiquruna düzünə atəş  uzaqlığı  isə 540 m-ə barabər-
dir. Toplama atəş uzaqlığı bütün hədəflər üçün 800 m-ə bərabərdir. 
Pulemyotlarda  da  atəş  tempi  dəqiqədə  600  atımdır.  Döyüş  zamanı 
pulemyotdan fasiləsiz dəqiqədə 150-yə qədər, tək – tək isə dəqiqədə 
50-yə  qədər  atəş  açmaq  olar.  Dolu  daraqla  birlikdə  pulemyotun 
çəkisi 5,6 kq, barabanlı  dolu  daraqla birlikdə  çəkisi isə 6,8 kq-dır. 
Darağı  40  (barabanlı  darağı  isə  75)  patron  tutur.  Güllənin  uçuş 
uzaqlığı və öldürücü kücünü saxlama məsafəsi avtomatlarda olduğu 
kimidir. Pulemyotda güllənin başlanğıc sürəti 745 m/san-dir. 
№2. Məsələ tənasüb tərtib edilməsi yolu ilə həll olunmalıdır. 
3,6 kq-ı qramlarla göstərək: 3,6 kq = 3600 q 


 
244 
x
450
100
3600







 
.
12,5%
x
12,5;
3600
100
450
x
;
100
x
3600
450





 
№3.  Düşmən  obyektinə  Kalaşnikov  əl  pulemyotundan  atılan 
güllələrin sayını l ilə işarə edək. Onda, 
1 = 150∙0,5 + 1,2∙50 = 75 + 60 = 135. 
Cəmi 135 güllə atılıb. 
№4. Bu müddətdə atılan güllələrin sayı 
1 = 0,6∙100 + 2,3∙40 = 60 + 92 = 152. 
Kalaşnikov  avtomatının  1  darağı  30  patron  tutur.  Ona  görə 
152 = 30∙5 + 2. 
0,6 dəqiqə avtomatik və 2,3 dəqiqə tək-tək atəş üçün cəmi 152 
patron  lazımdır.  Bu  patronlar  isə  hər  daraqda  30  patron  olmaqla  5 
darağa tam və 1 darağa yarımçıq (2 patron) doldurulmalıdır. Demə-
li, cəmi 6 daraq lazımdır. 
№5. Bilirik ki, Kalaşnikov avtomatının fasiləsiz ( avtomatik) 
atəşlə  atım  tezliyi  100  atəş/dəq-yə  bərabərdir.  Bir  daraq  isə  30 
patron tutur. Bir darağın boşalması üçün sərf olunan vaxtı x-lə işarə 
edək. Onda 
x
30
1
100






 
100
30
x

 = 0,3dəq. = 18san; x=18san.  
Paraşütçü 18 san. ərzində 
25m
3600
5000
18
5
18




 
enəcəkdir. Yəni, patronlar daraqda qurtaranda paraşütçü hələ yerdən 
600 – 25 = 575 m məsafədə olacaq. Aşağıdan uçan vasitələrə avto-
matdan  ən  əlverişli  atəş  açma  məsafəsi  isə  500  metrdən  çox 
olmamalıdır. Demək, yerdən atəş açan əsgər bir dolu daraqla para-
şütçünü vura bilməz. 


 
245 
№6.  [A,B]  parçasında  güllə  öldürücü  keyfiyyətini  saxlayır. 
Ümumi olaraq isə A(0;0)-dan C(0;6)-yə qədər uçur. 
№7. Tutaq ki, əsgər A nöqtəsindən B nöqtəsinə kimi qaçmış-
dır. Onda o, 
375m
4
1
2500
san
san
m
90
3600
1000
25
1d.30san.
saat
km
25
AB















 
məsafə qaçmış olur. 
Hədəfin  yerləşmə  nöqtəsini  C  ilə  işarə  edək.  Güllənin  sürəti 
isə 715 m/san-dir. Onda güllə atəş açılan andan hədəfə qədər 
715 m/san × 2 san = 1430 m 
məsafə uçmuşdür. Yəni,  BC  = 1430 m. 
Güllə qaçış xətti boyunca atıldığından A,B və C nöqtələri bir 
düz xətt üzərində olacaqdır. Belə olduqda 



BC
AB
AC
375 + 1430 = 1805 m = 1 km 805 m 
Deməli A nöqtəsindən hədəfə qədər olan məsafə 1 km 805 m-
dir. 
№8.  AB  məsafəsini tapaq: 
AB  = 

 

2
2
2
15
4
6





289
100


389
≈ 19,7 
AB  ≈ 19,7 
A və B nöqtələri arasındakı həqiqi məsafə belə olar: 
 L = AB ∙50 = 19,7∙50 = 985 m ; 985 : 715 ≈ 1, 38 san. 
Güllə 1,38 saniyədən sonra hədəfə dəymişdir. 
№9. Güllənin sxematik quruluşu ibtidai hərbi hazırlıq dərsliyi-
nin  106-cı  səhifəsində  göstərilmişdir.  Onun  hissələri  silindr,  tam  və 
kəsik konus, trapesiya, düzbucaqlı kimi həndəsi fiqurlardan ibarətdir. 
№10.  TOZ-8  tüfənglərinin  əsas  xarakterik  döyüş  xüsu-
siyyətləri  bunlardır:  kalibri  –  5,6  mm,  kütləsi  –  3,12  kq,  silahda 
güllənin başlangıc sürəti 310 m/s-yə yaxın, atım tezliyi 10-12 atəş/ 
dəq.,  nişangah  uzaqlığı  –  250m,  güllənin  ən  uzağa  uçma  məsafəsi 
1200m-dən  1600m-ə  qədər,  güllənin  öldürücü  gücünü  saxladığı 
məsafə 800 m qədər. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə