Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə77/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   73   74   75   76   77   78   79   80   ...   87

 
236 
2
1
2
2
2
1
mV
pulem
avt
V
V
200
/2
mV
/2
200
W
W
2
2


 
olar. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində və bu fənn üzrə sinifdənxaric müstəqil-nəzəri işlərdə 
hərbi  məzmunlu  fizika  və  riyazi  çalışmalardan  daha  səmərəli 
istifadə  edilməsi  həm  müvafiq  hərbi  biliklərin  şagirdlər  tərəfindən 
daha  şüurlu,  dərindən  və  elmi-nəzəri  əsaslarla  mənimsədilməsinə, 
bu  biliklərin  dəqiq  elmlərin  köməyilə  araşdırılmasına,  ordumuza 
onun  texnikasından  baş  çıxara  bilən  savadlı  əsgərlərin  hazırlan-
masına xidmət göstərir, həm də məktəblilərin fizika və riyaziyyatın 
yeni  tətbiq  sahələrinə  dair  təsəvvürlərinin  genişləndirilməsində  bö-
yük rol oynayır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərini  ümumtəhsil fənləri üzrə  (o cümlədən, fizika, riyaziy-
yat,  coğrafiya,  əmək  təlimi  və  s.)  biliklərlə  qarşılıqlı  əlaqədə  qur-
duqda  şagirdlər  daha  yaradıcı  düşünməyi,  bu  əlaqələrə  əsaslanan 
elmi-nəzəri  və  bitkin  mühakimələr  yürütməyi,  özlərinin  hərbi  fikir 
və  mülahizələrini  riyazi  düsturlarla  (və  yaxud  fizika  qanunlarının 
köməyi ilə) aydınlaşdırmağı və əsaslandırmağı öyrənirlər. Bu proses 
məktəblilərin  təsəvvürünü,  diqqətini,  yaradıcı  təfəkkürünü,  elmi 
dünyagörüşünü  daha  da  inkişaf  etdirir  ki,  bunlar  da  “Təhsil  qanu-
nu”nun başlıca tələblərindəndir. 
 
b)
 
“Atıcılıq  hazırlığı”na  aid  fizika  və  riyazi  məzmunlu 
hərbi çalıĢmalar 
№1. Kalaşnikov avtomatının və Kalaşnikov əl pulemyotunun 
döyüş xüsusiyyətlərini söyləyin. 
№2. Məlumdur ki, Kalaşnikov avtomatının süngü-bıçaqla bir-
likdə çəkisi 3,6 kq-dır. Süngü-bıçaq avtomatın çəkisinin neçə faizini 
təşkil edir? 
№3.  Kalaşnikov  əl  pylemyotundan  düşmən  obyektinə  0,5  də-
qiqə avtomatik və 1,2 dəqiqə tək-tək atəş açılmışdır. Düşmən obyek-


 
237 
tinə cəmi neçə güllə atılmışdır. (Kalaşnikov əl pulemyotunda fasiləsiz 
atəş tezliyi 150 atım/dəq. Tək-tək atəş tezliyi 50 atım/dəq-dir)? 
№4. Kalaşnikov avtomatından 0,6 dəqiqə fasiləsiz və 2,3 dəqiqə 
ardıcıl tək-tək atəşlər açmaq üçün neçə daraq (xəzinə) lazımdır? 
№5. Düşmən əsgəri paraşütlə 5 km/saat sürətlə enirdi. Yerdə 
uzanan  əsgər  ona  600  m  qalmış  avtomatdan  avtomatik  atəş  açmış-
dır. Əgər yerdən atəş açan əsgərin yalnız bir dolu xəzinəsi varsa, o, 
paraşütçünü vura bilərmi? 
№6.  Kalaşnikov  əl  pulemyotunun  gülləsi  öldürücü  keyfiy-
yətini 1500 metrdə saxlayır. Güllənin ümumi uçuş uzaqlığının 3000 
metr  olduğunu  bilərək  bunu  ədəd  düz  xətti  üzərində  qrafik  şəkildə 
göstərin (miqyas 1:500 olsun ). 
№7.  Əsgər  A  nöqtəsindən  25  km/saat  sürətlə  1  dəq  30  san 
qaçdıqdan  sonra  qaçış  xətti  boyunca  avtomatdan  atəş  açmışdır. 
Güllə  2  saniyədən  sonra  hədəfə  dəymişdir.  A  nöqtəsindən  hədəfə 
qədər olan məsafə nə qədərdir? 
№8.  A(-4;2)  nöqtəsindən  Kalaşnikov  əl  pulemyotu  ilə  B(6;-
15)  nöqtəsində  yerləşən  obyektə  atəş  açılmışdır.  Əgər  miqyas  1:50 
nisbətində olarsa, güllə neçə saniyədən sonra hədəfə dəyməlidir? 
№9.  Patronun  hissələrinin  sxematik  quruluşunu  çəkin.  Onun 
hissələrinin hansı həndəsi fiqurlar olduğunu söyləyin. 
№10. Kiçik kalibrli TOZ-8 tüfənginin xarakterik döyüş xüsu-
siyyətlərini söyləyin. 
№11.  TOZ-8  tüfəngi  neçə  əsas  hissədən  ibarətdir  və  hansı-
lardır? 
№12. Kiçik kalibrli TOZ-8 tüfəngindən açılan atəşdən 2 sani-
yə  sonra  600  metrlik  məsafədə  dayanan  keşikçi  əsgər  yerə  sərildi. 
Güllə hansı orta sürətlə getmişdir? 
№13. 1kqQ/sm
2
  ifadəsi  nə  deməkdir  və  bu  hansı  kəmiyyətin 
ölçü vahididir? 
№14. 1kqQ/sm
2
 neçə MPa-dır? Cavabı əsaslandırın. 
№15. Tətiyin çəkilməsi ilə güllənin atılması nə qədər müddətə 
başa gəlir və burada hansı fiziki proseslər baş verir? 


 
238 
№16. Zərbə – buraxılış mexanizmi kapsula dəyərək barıtı alış-
dırdıqda patronun yanma kamerasında təzyiq neçə MPa ola bilir? 
№17. Güllə açılan zaman ən böyük təzyiq nə vaxt yaranır və 
onun maksimum qiyməti nə qədər ola bilir? 
№18.  Güllə  lülədən  çıxan  zaman  ona  təkan  verən  qazın 
təzyiqi öz maksimum qiymətindən neçə faiz aşağı düşür? 
№19. a) həndəsə dərsliyi 9-10, s.94, №345. 
b) həndəsə dərsliyi 9-10, s.94, № 346. 
№20. Enerjinin ölçü vahidləri hansılardır? 1 kqm  neçə coul-
dur (c)? Avtomatın geritəpmə enerjisi neçə couldur? 
№21.  Avtomatın geritəpmə sürəti ilə onun və güllənin çəkisi 
hansı riyazi münasibətdədirlər? 
№22.  Kalaşnikov  avtomat  silahının  geritəpmə  enerjisi  nə 
qədər ola bilər? O, atəş vaxtı insana necə təsir göstərir? 
№23. Kalaşnikov avtomatından şaquli istiqamətdə yuxarı atıl-
mış  güllə  hansı  hündürlüyə  qədər  qalxar?  (havanın  müqavimətini 
nəzərə almamalı). 
№24. Kalaşnikov əl pulemyotundan şaquli istiqamətdə yuxarı 
atılmış  güllə  nə  qədər  hündürlüyə  qalxar?  (havanın  müqavimətini 
nəzərə almamalı). 
№25.  Top  atılan  anda  mərmi  280  m/san  sürət  olaraq  şaquli 
istiqamətdə  yuxarı  qalxır.  Atəş  yerindən  nə  qədər  hündürlükdə 
mərminin  kinetik  enerjisi  potensial  enerjisi  ilə  bərabərləşəcəkdir? 
(78, s.213). 
№ 26. Üfüqlə bucaq təşkil etmək şərti ilə Kalaşnikov avtoma-
tından atılmış güllə hansı trayektoriya üzrə hərəkət edir? Trayektori-
yanın tənliyini yazın. 
№27. Üfüqlə 60
0
 bucaq təşkil etmək şərti ilə atılmış güllənin 
hərəkət trayektoriyasını qurmalı. Başlanğıc sürətin və koordinatların 
miqyaslarını ixtiyari götürməli (78, s.140). 
№28.  Üfüqlə  bucaq  təşkil  etmək  şərti  ilə  atılmış  güllənin 
hərəkəti zamanı ona hansı qüvvələr təsir göstərir? 
№29. Üfüqlə 

 = 60
0
 bucaq təşkil etmək şərti ilə topdan V


=600 m/san sürətilə mərmi atılmışdır. Mərmi atıldığı yerdən nə qədər 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə