Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə73/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   69   70   71   72   73   74   75   76   ...   87

 
224 
yetirməyə  məktəblilərdə  maraq  və  ən  başlıcası  bacarıq,  səriştə  ya-
radılmalıdır.  Zəruri  bilik,  bacarıq  və  vərdişlər  aşılanmadıqda,  təbii 
ki,  maraq  və  həvəs  də  sönəcək,  şagirdlər  belə  çalışmalara  etinasız 
yanaşacaqlar. 
 
4.2.“Atıcılıq hazırlığı” üzrə materialların tədrisi prosesində  
       fizika və riyazi məzmunlu hərbi çalışmalardan istifadə 
 
a)
 
ÇalıĢmalardan istifadənin metodiki xüsusiyyətləri 
Atıcılıq  hazırlığı  bölməsi  üzrə  dərslikdəki  tədris  materialla-
rının məzmununa uyğun fizika və riyazi xarakterli hərbi çalışmalar 
sistemi tərtib olunmuş, onlardan hərbi dərslərdə istifadənin metodi-
kası hazırlanmışdır. Həmin metodika eksperimental siniflərin hərbi 
rəhbərlərinə (Bakı şəhəri 159 saylı məktəbin hərbi rəhbərinə, 9 saylı 
məktəbin hərbi rəhbərinə, Gəncə şəhəri 15 saylı orta məktəbin hərbi 
rəhbərinə) verilmiş, onlar dərsləri bu metodika əsasında aparmışlar. 
Atıcılıq hazırlığı üzrə materialların tədrisi qarşısında duran baş-
lıca  vəzifələr  (tədris  proqramına  uyğun  olaraq)  Kalaşnikov  avtoma-
tının  tərkib  hissələrinin  və  döyüş  xüsusiyyətlərinin,  kiçik  kalibrli 
tüfənglərin döyüş xüsusiyyətlərinin, güllə atıcılığı əsasları və qayda-
larının  (atəşin  yaranması,  güllənin  başlanğıc  sürəti  və  enerjisi,  geri 
təpməsi,  güllənin  hərəkət  trayektoriyası, deşici və  öldürücü xüsusiy-
yətləri, minlik düsturu ilə məsafələrin təyini və s.) şagirdlərə mənim-
sədilməsidir.  Lakin  bu  anlayışlar  elə  hərbi  anlayışlardır  ki,  onlar 
fizika və riyaziyyat fənləri üzrə öyrədilən biliklərə əsaslanır və həmin 
biliklər  üzərində  qurulur.  Bu  əlaqəni  nəzərə  alaraq,  eksperimental 
sinfin  hərbi  rəhbəri  Kalaşnikov  avtomatının  döyüş  xüsusiyyətlərini 
monoqrafiyanın III fəslində verilən metodika əsasında aydınlaşdırır. 
Yeni mövzunun şərhindən sonra hərbi rəhbər aşağıdakı çalış-
manın həllinə keçir: “Cədvəldən istifadə edərək, süngü-bıçağın çə-
kisinin Kalaşnikov avtomatının çəkisinin neçə faizini təşkil etdiyini 
tapın”. Çalışma tənasüb tərtib edilməsi yolu ilə həll olunur. Əvvəlcə 
çalışmanın şərtləri müəyyənləşdirilir: 
m

= 3,6 kq = 3600q 


 
225 
m

= 450q 
Sonra tənasüb qurulur: 
x
450
100
3600





 
12,5;
3600
100
450
      x
;
100
x
3600
450




 x = 12,5% 
Deməli, süngü-bıçağın çəkisi avtomatın çəkisinin 12,5 faizini 
təşkil edir. 
Çalışmanın  həllindən  sonra  hərbi  rəhbər  proqram  materialının 
şərhini  davam  etdirir.  Məşğələnin  sonunda  o,  avtomatın  və  pulem-
yotun döyüş xüsusiyyətlərini özündə birləşdirən cədvəlin üzərinə bir 
də  qayıdır,  cədvəldəki  hərbi  bilikləri  öz  məzmununda  əks  etdirən 
aşağıdakı riyazi çalışmaları evdə yerinə yetirməyi şagirdlərə tapşırır: 
1.
 
Kalaşnikov avtomatından 1,6 saniyə fasiləsiz və 2,7 saniyə 
fasiləli tək-tək atəşlər açılmışdır. Bu zaman neçə patrondan istifadə 
olunmuşdur? 
2.
 
Düşmən  əsgəri  paraşütlə  5  km/saat  sürətlə  enirdi.  Arxası 
üstə uzanmış əsgər ona 600 m qalmış avtomatdan fasiləsiz atəş aç-
mışdır. Əgər atəş açan əsgərin yalnız bir dolu xəzinəsi varsa, o, pa-
raşütçünü vura bilərmi? 
Güllə atıcılığının  əsasları  və qaydaları ilə tanışlıq  zamanı isə 
hərbi  rəhbərlər  yalnız  riyazi  çalışmalardan  deyil,  hərbi  məzmunlu 
fizika çalışmalarından da istifadə  edirlər.  Belə ki,  Gəncə şəhəri 15 
saylı məktəbin  hərbi rəhbəri atəşin  baş verməsi  hadisəsindən danı-
şarkən  göstərir  ki,  atəş  ani  bir  müddətdə  (0,001-0,06  san)  yaranır, 
yanma kamerasında 250-500 kqQ/sm
2
 (1kqQ/sm

= 0,1MPa) təzyiq-
də əmələ gələn qazın təkanı ilə güllə patrondan ayrılır. O, avtomatın 
lülə kanalında ən yüksək təzyiqin 2800 kqQ/sm
2
 olduğunu, bu təz-
yiqin güllənin patrondan ayrılaraq 4-6 sm getdikdən sonra yarandı-
ğını  və  güllənin  lülədən  çıxan  anda  qazın  təzyiqinin  300-
900kqQ/sm

olduğunu  şagirdlərin  nəzərinə  çatdırır.  Hərbi  rəhbər 
güllənin  başlanğıc  sürətinin  mənasını  fizika  kursundakı  hərəkət 
edən  cismin  başlanğıc  sürəti  anlayışı  ilə  bağlayır  və  sinfə  belə  bir 


 
226 
çalışmanı  yerinə  yetirməyi  tapşırır:  “Kalaşnikov  avtomatından  atı-
lan güllənin başlanğıc enerjisini hesablayın”. Hərbi rəhbər çalışma-
nın  həllinə  başlamazdan  əvvəl  belə  bir  müsahibə  aparır:  Fizika 
kursundan sizə məlum olan bir neçə anlayışı yadınıza salın. Kinetik 
enerji  nəyə  deyilir?  (Öz  hərəkəti  nəticəsində  cismin  malik  olduğu 
enerjiyə). Kinetik enerji hansı düsturla hesablanır? 
E


2
mV
2
 
Burada  m-cismin  kütləsi,  V-onun  hərəkət  sürətidir.  Kütlənin 
çəkidən asılılığı necədir? (m = 
g
P
, Burada P-cismin çəkisi, g-sərbəst 
düşmə təcilidir: g=9,8m/san
2
). 
-Kim  deyər,  Kalaşnikov  avtomatından  atılan  güllənin 
başlanğıc sürəti nə qədərdir? (V
0
 = 715 m/san). 
İndi isə güllənin başlanğıc enerjisini hesablayaq: 
201,93;
9,8
2
715
10
7,9
2g
pV
2
mV
E
2
3
2
0
2
0








 
E = 201,93 kqm. 
Sonra  hərbi  rəhbər  ev  tapşırığı  kimi  aşağıdakı  çalışmalar 
sistemini verir: 
1.
 
Zərbə  mexanizmi  kapsula  dəyərək  barıtı  alışdırdıqda  pat-
ronun  yanma  kamerasında  təzyiq  neçə  MPa  ola  bilər?  MPa  necə 
oxunur və 1MPa neçə kqQ/sm
2
-dir? 
2.
 
Güllə lülədən çıxan zaman ona təkan verən qazı təzyiqi öz 
maksimum qiymətindən neçə faiz aşağı düşür? 
3.
 
Kalaşnikov avtomatının geritəpmə sürətinin qiyməti, onun 
gülləsinin çəkisi ilə hansı riyazi münasibətdədir? 
Növbəti  məşğələdə  hərbi  rəhbər  ev  tapşırıqlarını  yoxlayaraq 
aşağıdakı həll üsullarını düzgün cavablar kimi qəbul edir: 
1-ci çalıĢmanın həlli: ibtidai hərbi hazırlıq kursundan məlum-
dur ki, güllə patrondan 250-500 kqQ/sm
2
  təzyiqin  hesabına  ayrılır. 
Fizika kursundan isə bilirik ki, 1kqQ/sm

= 0,1MPa (meqapaskala). 
Onda yanma kamerasında təzyiq 25-30 MPa ola bilir. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə