Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə78/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   74   75   76   77   78   79   80   81   ...   87

 
239 
uzaqda düşəcəkdir? O, hansı hündürlüyə qalxacaqdır? Uçuş müddəti 
nə qədər davam edəcəkdir. Havanın müqavimətini nəzərə almamalı. 
№30.  Üfüqlə  45
0
-li  bucaq  təşkil  etmək  şərti  ilə  Kalaşnikov 
avtomatından və pulemyotundan güllə atılmışdır. Güllə atıldığı yer-
dən nə qədər uzaqda düşəcəkdir? O, hansı hündürlüyə qalxacaqdır? 
Uçuş neçə müddət davam edəcəkdir? Havanın müqavimətini nəzərə 
almamalı. 
№31. Üfüqlə 

 bucağı təşkil etməklə atılan avtomat gülləsi t 
saniyədən  sonra  trayektoriyanın  hansı  nöqtəsində  olacaqdır?  Nöq-
tənin  x  və  y  koordinatlarını  ümumi  şəkildə  ifadə  edin.  Havanın 
müqaviməti nəzərə alınmır. 
№32.  Kalaşnikov  əl  pulemyotundan  atılmış  güllənin  hərəkət 
trayektoriyasının  tənliyini  analitik  (y  =  f(x)  şəklində)  üsulla  yazın. 
Tənliyin alınmasının riyazi qaydasını aydınlaşdırın. 
№33.  Güllə  hansı  bucaq  altında  atıldıqda  ən  uzaq  məsafəyə 
düşəcəkdir?  (havanın  müqaviməti  nəzərə  alındığı  və  alınmadığı 
hallarda). 
№34. Təyyarədən h = 500m hündürlükdən atılmış bombanın 
hərəkət  trayektoriyasını  çəkin  (bombanın  başlanğıc  sürəti  1800 
km/san olsun. Miqyası müstəqil seçin) (78, s.137). 
№35.  Boyu  170  sm  olan  əsgər  ayaq  üstə  durub  üfüqi  istiqa-
mətdə avtomatdan atəş açır. Güllənin uçuş məsafəsini tapın. 
№36. Üfüqi istiqamətdə və ya üfüqlə bucaq təşkil etmək şərtilə 
atılmış cismin hərəkət trayektoriyası porabolik əyridirmi? Nə üçün? 
№37.  Kalaşnikov  avtomatından  atılan  güllənin  başlanğıc 
enerjisini hesablayın. 
№38.  Müxtəlif güllələrin əşyaları (maneələri) deşmə qabiliy-
yətini konkret rəqəmlərlə (maneəni, güllənin tipini, atım uzaqlığını, 
maneəni deşmə faizini və ya dərinliyini qeyd etməklə) göstərin. 
№39. Trayektoriya nəyə deyilir? 
№40.  a)  Trayektoriya  ilə  atım  bucağı,  uçuş  uzaqlığı  ilə 
trayektoriyanın  hündürlüyü  hansı  asılılıqlarla  bir-birinə  bağlanır? 
Bu asılılıqlar riyaziyyatda necə adlanır? 


 
240 
b)  Üfüqi  istiqamətdə  (X  oxu  ilə)  25
0
,  35
0
,  və  45
0
-li  bucaq 
altında atılmış güllələrdən hansı daha uzaq məsafəyə uçacaqdır? Nə 
üçün? Onların hərəkət trayektoriyasını çəkin. 
v)  Məlumdur  ki,  xüsusi  müdafiə  vasitələri  olmasa  insanın 
müəyyən orqanlarını sıradan çıxarmaq üçün güllənin kinetik enerjisi 
8 kqQ/m-dən az olmamalıdır. Bunu coulla ifadə edin. 
№41. Binokl vasitəsilə məsafə təyininin elmi əsasını aydınlaş-
dırın. 
№42. a) Minlik nədir və 1 minlik bucaq kəmiyyətinin qiyməti 
nəyə bərabərdir? 
b)  Çalışmanın  a-bəndinə  verilən  cavabda  hansı  riyazi  an-
layışlardan istifadə olunur və onların mahiyyəti nədən ibarətdir? 
№43. Binoklın bucaqölçən şkalasının quruluşunu izah edin və 
onun çertyojunu çəkin. 
№44. İki teleqraf dirəyinin arasındakı məsafə 150 metrdir. Bu 
məsafə  binokldan  baxanda  üfüqi  istiqamətli  şkalanın  4  böyük 
bölgüsünə  uyğundur.  Müşahidə  nöqtəsindən  teleqraf  xəttinə  qədər 
olan məsafə nə qədərdir? 
№45. Üçmərtəbəli bina (kazarma) binokldan 0,05 minlik bu-
caq altında görünür. Üçmərtəbəli binaya qədər olan məsafəni tapın. 
№46.  Xətkeşin,  dairəvi  karandaşın,  kibrit  qutusunun  və  əl 
barmaqlarının minlikdəki bucaq qiymətini deyin. 
№47.  Xətkeş,  əl  barmaqları,  kibrit  qutusu  və  dairəvi  karan-
daşla müşahidə edilən obyektə qədər olan məsafə necə hesablanır? 
№48. Tankın hündürlüyü 2,5 metrdir. Qol tam açıldıqda tank 
şəhadət barmağı ilə örtülür. Tanka qədər olan məsafəni hesablayın. 
№49. Müşahidə olunan hərbi səyyar antenanın hündürlüyü 12 
m-dir.  Müşahidə  nöqtəsindən  antenaya  qədər  olan  məsafəni  iti 
bucağın tangensindən istifadə edərək hesablayın (tg

 = 0,05). 


 
241 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 34. 
 
№50.  Beşmərtəbəli  kazarma  (hərbi  hissənin  yataqxanası) 
2
0
17'  bucaq  altında  görünür  (34-cü  şəkil).  Kazarmaya  qədər  olan 
məsafə nə qədərdir? 
№51.  Binokl  vasitəsilə  müşahidə  olunan  əsgər  şkalanın  bir 
kiçik  bölgüsünə  (0  –  05)  uyğun  bucaq  kəmiyyəti  altında  görünür. 
Müşahidə nöqtəsindən əsgərə qədər olan məsafəni hesablayın. 
№52.  Kəşfiyyatşı  əsgər  binokldan  istifadə  etmədən  çayın  o 
biri  sahilinə  yaxın  yerdə  yerləşən  düşmən  obyektinə  qədər  olan 
məsafəni necə müəyyənləşdirə bilər? 
№53.  Nə  üçün  karabində  güllənin  başlanğıc  sürəti  (750  m/ 
san), Kalaşnikov avtomatında güllənin başlanğıc sürətindən (715 m/ 
san) böyükdür? Qeyd edək ki, patronlar bir-birindən az fərqlənir. 
№54.  İnsanı  sıradan  çıxarmaq  (öldürmək)  üçün  güllə  hansı 
enerjiyə malik olmalıdır ? 
№55Kalaşnikov avtomatından atılan güllə 1 km-də dayanan 
düşmən əsgərini öldürə bilərmi? 
№56. 40 sm qalınlığı olan taxta maneənin arxasında gizlənə-
rək  avtomat  (və  yaxud  pulemyot)  gülləsindən  müdafiə  olunmaq 
mümkündürmü? 
2
0
17


• 


 
242 
№57.  Güllə  hansı  qalınlıqlı  polad  lövhəni,  kərpic  divarı  və 
qum (torpaq) maneəni deşib keçə bilir? 
№58.  Adi  yerişlə  əsgərin  sürəti  dəqiqədə  110-120  addımdır 
(hər addımın orta ölçüsü 70-80sm-dir). Əsgər kazarmadan qərərga-
ha  qədər  6  dəqiqə  vaxt  sərf  etmişdir.  Kazarmadan  qərərgaha  qədər 
məsafə təqribən nə qədərdir? 
№59. Kazarmadan qərərgaha qədər olan məsafə 450 metrdir. 
Əsgər adi yerişlə bu qədər məsafəni neçə dəqiqəyə qət edə bilər? 
№60.  Əsgər  qaçarkən  onun  normal  sürəti  dəqiqədə  165-180 
addımdır. Qaçarkən hər addımın uzunluğu isə 85-90 sm-dir. Əsgər 
səngərdən  çıxaraq  piyadaların  döyüş  maşınına  qədər  5  dəqiqə  30 
saniyəyə  qaçdı.  Piyadaların  döyüş  maşını  səngərdən  nə  qədər  aralı 
dayanmışdır? Əsgərin normal sürəti dəqiqədə neçə metrdir? 
№61.  Düşmən  topundan  atılan  mərmi  əsgərlərdən  təxminən 
300  metr  aralıda  hərəkət  edən  tanka  dəydi.  Alovlanmağa  başlayan 
tankın şəxsi heyətini xilas etmək üçün əsgərlər tanka tərəf qaçmağa 
başladı. Onlar neçə dəqiqədən sonra tanka çata bilərlər? 
№62. Avtomatın kütləsi güllənin kütləsindən 200 dəfə böyük 
isə,  atəş  zamanı  çıxan  güllənin  (barıt  qazları  ilə  birlikdə)  kinetik 
enerjisi ilə avtomatın kinetik enerjisi arasındakı nisbəti təyin etməli. 
№63. 1,5 tonluq zirehli transportyor 45 km/saat sürətlə irəlilə-
yirdi. Qarşı tərəfdən ona atılan 20 q-lıq güllə ZT-a dəyən vaxt sürəti 
600  m/san  olmuşdur.  Zərbədən  sonra  sistemin  kinetik  enerjisinin 
dəyişməsini müəyyənləşdirməli. 
№64.  Necə  tapmaq  olar  ki,  gülləyə  təsir  göstərən  225  kqm 
güc 2100 a.q. (at qüvvəsinə) bərabərdir? 
№65. Nə üçün güllənin Kalaşnikov avtomatından 3 km məsa-
fəyə atılması üçün 225 kqm güc sərf edilməlidir? 
Biz  yuxarıdakı fizika və  riyazi çalışmaları hazırlamaqla qarşı-
mıza atıcılıq hazırlığının şagirdlər tərəfindən daha səmərəli mənimsə-
nilməsini  təmin  etmək  məqsədi  qoymuşuq.  Fikrimizcə,  belə  düşün-
məkdə  yanılmırıq.  Çalışmalar  təfəkkürün,  düşüncənin  gərgin  işlə-
məsini  tələb  edir.  Bir  yerdə  ki,  döyüşün,  əsgərin  uğurunu  saniyələr 
həll edir, deməli  bu işə  hər an hazır olmaq, düzgün ölçmək, düzgün 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə