Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu


İşçiləri Əmək Məcəlləsində və digər qanunverici aktlarda müəyyənləşdirilmiş prosedurlara uyğun olaraq nizam-intizam tədbirlərinə və maddi məsuliyyətə cəlb etmək



Yüklə 254,18 Kb.
səhifə6/7
tarix08.12.2017
ölçüsü254,18 Kb.
#14637
növüQaydalar
1   2   3   4   5   6   7

6.1.4. İşçiləri Əmək Məcəlləsində və digər qanunverici aktlarda müəyyənləşdirilmiş prosedurlara uyğun olaraq nizam-intizam tədbirlərinə və maddi məsuliyyətə cəlb etmək.


7.İŞƏGÖTÜRƏNİN ÖHDƏLİKLƏRİ


7.1. Həmçinin işəgötürən aşağıdakı öhdəliklərə malikdir :

7.1.1. İşçiləri onların fərdi əmək müqaviləsində nəzərdə tutulan işlə təmin etmək;
7.1.2. İşəgötürənin sərəncamı ilə İşçiləri avadanlıqla, alətlərlə, texniki sənədlərlə və öz əmək öhdəliklərinin yerinə yetirilməsi üçün digər zəruri vasitələrlə təmin etmək;
7.1.3. İşçilərə ödənilməli əmək haqqını Əmək Məcəlləsində və əmək müqaviləsində müəyyənləşdirilən vaxtda və tam həcmdə ödəmək.


8.İŞÇİLƏRİN ŞƏXSİ MƏLUMATI




    1. İşçilər haqqında şəxsi məlumatın həcminin və məzmununun müəyyənləşdirilməsi zamanı İşə götürən AR-in qanunvericiliyinə riayət etməlidir.




    1. İşçilər haqqında şəxsi məlumatın saxlanılması və istifadəsi qaydaları İşə götürən tərəfindən müəyyənləşdirilməlidir .




    1. İşə götürən aşağıdakıları öhdəsinə götürür:


8.3.1. İşçinin həyatına və səhhətinə təhlükə törədən hadisə haqqında xəbərdarlıq üçün zəruri olan hallar, o cümlədən, qanunvericilikdə müəyyən olunan hallar istisna olmaqla, İşçinin yazılı razılığı olmadan hər hansı üçüncü tərəfə İşçi haqqında şəxsi məlumatı açıqlamamaq;
8.3.2. İşçinin həyatına və səhhətinə təhlükə törədən hadisə haqqında xəbərdarlıq üçün zəruri olan hallar istisna olmaqla İşçinin yazılı razılığı olmadan hər hansı üçüncü tərəfə İşçi haqqında şəxsi məlumatı açıqlamamaq;
8.3.3. Məxfi məlumatı xüsusi ayrılmış yerdə saxlamaq.

9. İŞ VAXTI


9.1. İş vaxtı – İşçinin qaydalara uyğun olaraq öz əmək öhdəliklərini yerinə yetirdiyi və həmçinin qanunvericiliyə və digər normativ hüquqi aktlara əsasən iş vaxtına aid olan digər dövrlərdir. 5 günlük iş həftəsi üzrə gündəlik iş vaxtı 9.00-dan 6.00-a qədər olmaqla 8 saatdır (hər həftə üzrə 40 saat).


9.2.Hər bir İşçi öz iş öhdəliklərini iş günü ərzində başa çatdırmağa səy göstərməlidir. Bununla əlaqədar hər bir İşçi mümkün qədər çox çalışmalıdır ki, növbəti iş gününün normal iş fəaliyyətini pozmamaq üçün həmin gün yığılmış sualları iş gününün sonunadək həll etsin.


10.NAHAR FASİLƏSİ



10.1. Nahar fasiləsi – iş günü ərzində bir saat (daha sonra “Nahar Fasiləsi” adlanacaq) iş vaxtına aid edilmir. İşçi saat 12.30-dan 2.30-dək olan vaxt ərzində 1 saat müddətində nahara çıxmaq hüququna malikdir.

11.MƏZUNİYYƏT



11.1. İşçiyə hər il 30 (otuz) təqvim günü ödənişli əsas mәzuniyyәt verilir.
11.2. Bayram günləri ilə üst-üstə düşən məzuniyyət günləri nəzərə alınmamaq şərtilə, illik məzuniyyət günləri təqvim günləri əsasında hesablanır.

12.İŞDƏ OLMAMAQ



12.1. İşçiyə məzuniyyət, ödənişsiz məzuniyyət, xəstəlik və AR-in qanunvericiliyində müəyyənləşdirilən digər hallarda işə çıxmamağa icazə verilir. İşçi Kadrlar İdarəsinə işə çıxmayacağı ehtimal edilən tarixdən əvvəl təsdiq edilmiş ərizəni təqdim etməlidir.
12.2. İşçi xəstəlik və ya digər gözlənilməyən səbəblə bağlı (əvvəlcədən razılaşdırılmamış bütün hallar daxil olmaqla) işə çıxa bilmədikdə Kadrlar Şöbəsini və ya bilavasitə tabe olduğu meneceri hər gün saat 09.30-dan gec olmayaraq məlumatlandırmalıdır.
12.3. İşə çıxmamaqla bağlı gözlənilən hallar barədə İşə götürəni məlumatlandırmaq İşçinin öhdəliyidir.


    1. Ödənişsiz məzuniyyətin müddəti İşə götürənlə İşçi arasında əvvəlcədən razılaşdırılmalıdır.




    1. Hər hansı üzrlü səbəbə görə işə çıxmayacağını zənn edən İşçi bu barədə Kadrlar Şöbəsini və departamentin rəhbərini əvvəlcədən məlumatlandırmalıdır. Əgər İşə götürəni əvvəlcədən məlumatlandırmaq mümkün olmazsa, İşçi İşəgötürəni ilk imkan yarandığı təqdirdə məlumatlandırmalıdır. İşə götürən İşçinin işə çıxmamaqla bağlı qeyd etdiyi səbəbin həqiqətə uyğun olub olmadığını yoxlamaq və təsdiq edici sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.


12.6. Ödənişli əsas məzumiyyətin və əlavə məzuniyyətin verilməsi proseduru və onların ödənişi Azərbaycan Respublikasının hazırkı qanunverici aktlarına və İşəgötürənin daxili məzuniyyət qaydalarına uyğun olaraq müəyyən ediləcəkdir.



13.ƏMƏK HAQQI




    1. Əmək haqqı və ödəniş üsulu Əmək müqaviləsində müəyyənləşdirilir.




    1. İşçinin Əmək haqqından hər hansı vəsait İşçi ilə İşə götürən arasında bağlanmış əmək müqaviləsinə və AR-in qanunvericiliyinə əsasən tutula bilər.


14.İŞGÜZAR SƏFƏRLƏR




    1. İşgüzar səfərlərin rəsmiləşdirilməsi və onlarla bağlı xərclərin ödənilməsi İşgüzar səfər qaydalarına uyğun olaraq müəyyənləşdirilir.


15.ƏLAVƏ KOMPENSASİYALAR VƏ GÜZƏŞTLƏR




15.1. İşə götürənin rəhbərliyinin hər il verdiyi qərarı əsasında İşçiyə əlavə kompensasiyalar və güzəştlər verilə bilər.

16.İNTİZAM TƏNBEHİ


16.1. Əmək intizamı – İşçilərin öz vəzifələrini yerinə yetirməsi, öhdəlik və hüquqlarını bölüşdürülməsi, hüquqlardan istifadə və nizam-intizam münasibətlərinə nəzarət öhdəliklərinin və tədbirlərinin təşkili ilə bağlı saxladığı münasibətlərdir.
16.2. Əmək məcəlləsinin 29-cu Fəslində müəyyən olunan prosedurlara əsasən, nizam-intizamla bağlı səhv üçün yəni İşçi tərəfindən onun öz günahı üzündən öhdəliyinə düşən vəzifələrin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsinə görə İşə götürən İşçiyə qarşı intizam tənbehini tətbiq etmək hüququna malikdir.


17.İŞÇİLƏRİN MÜKAFATLANDIRILMASI
17.1. İşçilər İşə götürənin rəhbərliyinin qərarına əsasən İşə götürən tərəfindən pul formasında mükafatlandırıla bilərlər. Bu cür mükafatlar qanunvericiliyə uyğun olaraq ödəmə mənbəyindən tutulan vergiyə cəlb olunurlar.


Yüklə 254,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə