18
Məhəmməd Yusifin vəfat etdiyi il hələlik bizə məlum deyildir. Tarixçi alim və
Ģair olan «Baleh» təxəllüslü Məhəmməd Yusifin «Xolde bərin» əsərində
Azərbaycan tarixi haqqında, o cümlədən yerli hakimlər haqqında elə
məlumatlar vardır ki, baĢqa mənbələrdə onlara təsadüf olunmur [78].
Azərbaycan bəylərbəyi və Təbriz hakimi Rüstəm xana həsr olunmuĢ
«Ketab-i-cülus-i ġah Səfi» [79] əsəri h. 1104 (1693)-cü ildə Bicən tərəfindən
yazılmıĢdır. Həcm etibarilə çox da böyük olmayan bu əsər Təbrizin iqtisadi
vəziyyəti, habelə ictimai münasibətlərinin tənqidi cəhətdən əhəmiyyətlidir.
Təbrizin ictimai münasibətlər tarixini araĢdırmaq baxımından Mirzə
Rəfianın «Dəstur əl-müluk» və Mirzə Səmianın «Təzkirət əl-müluk» əsərləri
xüsusi əhəmiyyət kəsb edir. Hər iki əsər rəsmi sənədlər əsasında tərtib edilmiĢ
və Ģəhərlərin idarə quruluĢuna dair dəyərli məlumat verir [80].
Dövrün təzkirələrində biz Təbrizin ictimai-iqtisadi və mədəni həyatına
aid elə materiallara rast gəlirik ki, onlara dövrün digər məxəzlərində təsadüf
olunmur. Belə təzkirələrdən DövlətĢah Səmərqəndinin «Təzkirət-əĢ-Ģüəra»
(1487-ci ildə yazılmıĢdır) [81], I ġah Ġsmayılın oğlu Sam Mirzənin «Töhfe-yi
Sami» (Ərdəbildə yazılmıĢ bu əsəri müəllif h. 957 (1550)-ci ildə baĢa
çatdırmıĢdır) [82], Əmin Əhməd Razinin «həft iqlim» [83] (1594-cü ildə
yazılmıĢdır), Qazi Əhməd Mir MünĢi Quminin «Külistane-hünər» [84], (h.
1015 (1606)-ci ildən sonra yazılmıĢdır), Sadiqi bəy ƏfĢarın h. 1016 (1607-
1608)-cı ildə qələmə aldığı «Məcmə-ül-xəvass» [85] əsərlərini qeyd etmək
olar.
Monoqrafiyada Təbriz tarixi ilə əlaqədar geniĢ istifadə olunan digər
təzkirələrdən biri də Məhəmməd Tahir Nəsrabadinin «Təzkire-ye Nəsrabadi»
əsəridir [86]. H. 1027 (1617-1618)-ci ildə anadan olmuĢ Nəsrabadi Ġsfahani h.
1083 (1672-73)-cü ildə əsərini tərtib etməyə baĢlamıĢ və ġah Süleymanın
(1666-1694) hakimiyyətinin sonuna qədər yaĢamıĢdır. Əsərdə Təbriz
rəssamlarından Sadiqi bəy ƏfĢar, Məhəmməd Qulubəy, Kəlbəli, xəttatlardan
Molla Əbdülbaqi, Mövlana Əlirzayi Abbasi, Mir Seyid Əli, Bəhrambəy, Mirzə
Bağır, həkimlərdən Əbu Tahir Təbrizi, müdərrislərdən Mövlana Rəcəbəli,
Mirzə Bağır, Mirzə Məhəmməd və baĢqalarının yaradıcılığı haqqında məlumat
vardır. Bunlardan əlavə, ġəfi Məhəmməd Əlinin (Həzin) 1752-ci ildə yazmıĢ
olduğu «Təzkire-ye Həzin», Lütfəlibəy Azər Bəydilinin «AtəĢgəde-ye Azər»
təzkirələrindən də faydalanmıĢıq [87].
Azərbaycanın məĢhur alimlərindən Hacı Zeynalabdin ġirvani və
Abbasqulu Ağa Bakıxanovun əsərlərində [88] Təbrizin siyasi tarixinə geniĢ yer
verilmiĢdir. Bir neçə dəfə Təbrizdə olmuĢ və Ģəhəri Ģəxsən müĢahidə etmiĢ
Hacı Zeynalabdin ġirvani «Hədayiq-üs-səyahə» adlı əsərində [89] Təbriz
sözünün etimologiyasına toxunmuĢ və onun mənasını «elm və hünərdə öz
yaĢıdlarından irəlidə getmək» kimn izah etmiĢdir [90]. Əlbəttə, bu sözü ilk dəfə
Xaqani ġirvani demiĢdir. Hacı Zeynalabdin ġirvani qədim Ģəhər olan Təbrizin
19
sonralar dağıldığını və h. 175 (791-792)-ci ildə Harun ər-RəĢidin arvadı
Zübeydə xatun tərəfindən abadlaĢdırıldığını, orada gözəl saraylar və binalar
tikildiyini qeyd etmiĢdir [91]. Abbasqulu Ağa Bakıxanov da həmin fikri təkrar
etmiĢdir [92].
Ġlk ərəbdilli mənbələrdə Harun ər-RəĢidin özü və ya arvadının
Azərbaycana gəlməsi haqqında məlumat olmadığı halda, nədənsə, A.
Bakıxanov Harun ər-RəĢidin oğlunun Dərbənddə dəfn olunmasından nəticə
çıxararaq ehtimal edir ki, Zübeydə xatun öz ərilə bu diyara gəlmiĢ, Dərbənd və
ġirvanı istila etmiĢdir [93].
Təbriz Ģəhərinin iqtisadi həyatına dair orta əsr türk mənbələrində də
müəyyən qədər məlumat vardır. Lakin Osmanlı müəllifləri Səfəvilərə qarĢı
müxalif mövqedən çıxıĢ etdikləri üçün onların əsərlərində müəyyən qədər
tendsisiyalılıq hiss olunur. Məhz buna görə də həmin əsərlərə tənqidi
yanaĢmağı lazım bilmiĢik. Burada bilavasitə mövzu ilə əlaqədar olan daha
zəruri türkdilli mənbələrin qısa icmalını təhlil edəcəyik.
XVI əsrin sonlarına aid hadisələri özündə əks etdirən və Sovet
tarixĢünaslığında lazımi qədər tədqiqata cəlb olunmamıĢ ilk mənbə Ġbrahim
Rəhimizadənin «Ketabe-gəncine-ye fəthi-Gənce» əsəri h. 1001 (1592-93)-ci
ildə yazılmıĢdır. Əlyazma 8 fəsil (bab) və epiloqdan (xatimə) ibarətdir. Əsərin
müəllifi Sultan III Muradın (1574-1595) Azərbaycan yürüĢlərində, o cümlədən
Təbriz uğrunda gedən vuruĢmalarda iĢtirak etmiĢ və hadisələrin bilavasitə
müĢahidəçisi olmuĢdur [94]. Ġbrahim Rəhimizadə h. 996 (1587-88)-cı ildəki
hadisələrdən danıĢarkən Mustafa Əfəndinin Təbrizdə qazi vəzifəsində
çalıĢdığını bildirir. Əlyazmada müəllif III Sultan Muradın iĢğalçılıq siyasətini
qələbə, fütuhat kimi qələmə verməyə cəhd göstərir. O, Osmanlı ordusunun
1585-1586-cı illərdə Təbrizi almaq uğrunda yeddi dəfə hücumunun, Ģəhərin
talan və qarət edilməsinin geniĢ təsvirini vermiĢdir. Bundan əlavə, osmanlıların
h. 993-cü ilin Ģəvval ayında (sentyabr, 1585) Təbrizdə qala tikdirməsi bütün
təfsilatı ilə Ģərh olunmuĢdur. Əsərdə Təbriz əhalisinin Ģəhərin hakimi Cəfər
paĢanın zülmü nəticəsində, 7 nəfərdən ibarət nümayəndə heyətinin diri-diri
dənizə atılaraq öldürülməsi, osmanlıların Təbrizdə tikdirdiyi qalanı ələ
keçirmək uğrunda Səfəvi ordusu ilə Osmanlı ordusu arasında 37 dəfə vuruĢma
baĢ verdiyi haqqında məlumat verilir.
Təbrizin ictimai-iqtisadi vəziyyəti və mədəni həyatına dair çoxlu
faktik material verən mənbələrdən biri də Övliya Çələbinin «Səyahətnamə»
əsəridir [95]. 1647-ci ildə Təbrizdə olmuĢ Övliya Çələbi Ģəhəri seyr etmiĢ və öz
təəssüratını qələmə almıĢdır. Lakin Övliya Çələbinin gətirdiyi bir sıra rəqəmlər
həddən artıq ĢiĢirdildiyindən onlara tənqidi yanaĢmaq lazımdır. Məsələn,
Övliya Çələbi 1586-1603-cü illərdə Osmanlı iĢğalı altında olduğu dövrdə
Təbriz Ģəhərində 300 min, ətrafında isə 500 min əhali yaĢadığını bildirir [96].
Lakin baĢqa məxəzlərdən məlumdur ki, bu illərdə Ģəhərdə həmin rəqəmin
Dostları ilə paylaş: |