20
səkkizdə biri qədər də əhali yox idi. Övliya Çələbi bununla Osmanlı dövlətinin
iĢğalçılığına bəraət qazandırır, demək istəyir ki, 17 ilə yaxın iĢğal altında
olduğu dövrdə guya Təbrizin əhalisi çoxalmıĢ, hətta Ģəhər «ġah Qazan (Qazan
xan - S. O.) dövründə olduğundan daha abad və məmur olmuĢdur».
Təbriz tarixi ilə əlaqədar istifadə etdiyimiz digər türkdilli mənbələrdən
biri də 1635-ci ildə Osmanlı ordusunun Təbrizə hücumunun Ģahidi olmuĢ və
1648-ci ildə «Cahannuma» əsərini yazmıĢ Katib Çələbinin qeydləridir. Müəllif
özünün Təbrizdə olması haqqında belə yazır: «Sultan Murad xan ilə varub üç
gün (Təbrizdə) oturub, təxrib olunduqda gördüyümüz üzrə vəziyyət budur»
[97].
Mustafa Əfəndi «Salanikli tarixi» adlı əsərində [98] Təbrizin siyasi
tarixinə geniĢ yer versə də, orada Ģəhərin iqtisadi-ictimai vəziyyətinə dair
məlumata da təsadüf edilir.
II. Erməni və rus dillərində olan mənbələr
IV əsrin sonunda Təbriz hadisələrinə müəyyən qədər yer vermiĢ
Bizanslı Favstosun «Ermənistan tarixi» adlı əsəri paralel mənbə olmadığı üçün
qiymətli məxəz sayıla bilər [99].
1602-1663-cü illər hadisələrini özünün «Tarix kitabı» əsərində əks
etdirən Təbrizli Arakel Cəlalilər hərəkatı, 1635-ci illərdə Təbrizdə baĢ vermiĢ
qıtlıq və bahalıq barədə məlumat vsrmiĢdir [100].
1654-cü il avqust ayında Təbrizdə olmuĢ və Ģəhəri Ģəxsən müĢahidə
etmiĢ Zəkəriyyə Kanakertsi Təbrizin siyasi həyatından, Ģəhərin Ġrəvanla ticarət
münasibətlərindən, ġah Təhmasibin islahatının Təbrizi iqtisadi həyatı üçün
əhəmiyyətindən və bir sıra digər məsələlərdən bəhs etmiĢdir [101]. Zəkəriyyə
1654-cü ildə Təbrizi «Ġranın paytaxtı» adlandırmıĢdır [102]. Əlbəttə, bu fikirlə
razılaĢmaq olmaz. Çünki paytaxt 1555-ci ildə Qəzvinə, sonra isə Ġsfahana
köçürülmüĢdür. Çox ehtimal ki, XVII əsrin ortalarında Təbriz əhalisinin çox
olması, sənətkarlıq və ticarət mərkəzi kimi Yaxın və Orta ġərqdə Ģöhrət
tapması müəllifin onu məcazi mənada «Ġranın paytaxtı» adlandırmasına səbəb
olmuĢdur [103].
Erməni taciri Əylisli Zəkəriyyənin (20. IX.1630-1691) yazdığı
«Gündəlik» [104] Təbrizin iqtisadi tarixini tədqiq etmək baxımından
diqqətəlayiqdir. Maraqlıdır ki, Zəkəriyyə 1651-ci ildən 1678-ci ilə qədər 12
dəfə, o cümlədən 1661-ci ildə üç ay yarım, 1669-cu ildə iki ay, 1671-ci ildə iki
ay yarım, 1676-cı ildə dörd aya yaxın, 1678-ci ildə üç ay yarım Təbrizdə
qalmıĢdır. Bu illər ərzində o, Ģəhərin ticarət həyatı ilə yaxından tanıĢ ola
bilmiĢdir. Əsərin birinci hissəsində ticarət və karvan yolları, xüsusilə Əylis-
Təbriz, Təbriz - Marağa karvan yolları, ikinci hissəsində isə Təbrizin daxili və
21
xarici ticarəti, 1673-cü ildə Ģəhərdə baĢ verən qıtlıq və aclıq, həmçinin vergilər
və s. haqqında məlumat verilir.
Məlum olduğu kimi, 1552-ci ildə Kazan və 1550-cı ildə HəĢtərxan
Rusiya ilə birləĢdikdən sonra Xəzər dənizi vasitəsilə Azərbaycan və Ġranla
ticarət əlaqələri geniĢlənir. Bu dövrdə Rusiya ilə Azərbaycan arasında
münasibətlər daha normal hala düĢür. Tacirlər, elçilər gəlib-gedir, diplomatik
yazıĢmalar baĢlayır. Rusiya ilə Azərbaycan arasında ticarət münasibətlərinin
inkiĢafı sənətkarlıq və ticarət mərkəzi olan Təbrizin iqtisadi həyatında mühüm
rol oynamıĢdır. Buna görə də rus diplomat və səyyahlarının əsərləri və
xatirələri ilk məxəz kimi böyük əhəmiyyətə malikdir. Bir qismi N. Ġ. Vselovski
və S. A. Belokurov tərəfindən nəĢr edilmiĢ həmin sənədlərdə Təbrizdə istehsal
olunan mallar, Ģəhərin daxili və xarici ticarəti haqqında maraqlı məlumat vardır
[105].
III. Avropa mənbələri
XIII-XVII əsrlərdə Avropa səyyahları, tacirləri, missionerləri
Azərbaycan və Ġrana gəlmiĢ, öz təəssüratlarını səfərnamə, səyahətnamə
Ģəklində nəĢr etdirmiĢlər.
Orta əsr Ġran və Azərbaycan müəlliflərindən fərqli olaraq Avropa
səyyahları dövrün Ģahlarından asılı olmadıqları və əsərlərini xaricdə nəĢr
etdirdikləri üçün bəzən Səfəvi hökmdarlarının nöqsan cəhətlərini göstərə
bilmiĢlər. Halbuki Səfəvilərin saray tarixçiləri hakim feodal sinfinin, ilk
növbədə dövrün hakim təbəqəsinin mənafeyini müdafiə etmiĢlər. Məsələn, ġah
Təhmasibin sarayında Venetsiya elçisi olan Vinçenso Alessandri (1571-1572)
Təbriz əhalisinin ġah Təhmasibə hörmət etməməsi, ġah Təhmasibin özünün
məĢhur tacir olması, qazilərin rüĢvətxorluğu, əhalinin Ģikayət və ərizələrinə
baxılmaması haqqında verdiyi məlumat fikrimizi təsdiq edə bilər. Alessandri
baĢqa bir yerdə yazır: «Ġran Ģahı (Səfəvi hökmdarı ġah Təhmasib nəzərdə
tutulur) Ģikayətə gəlmiĢ əhalinin səsini eĢitsək onların qovulması haqqında əmr
verir» [106]. Bununla yanaĢı, qeyd etməliyik ki, bu heç də bütün avropalı
səyyah və diplomatların əsərinə xas olan cəhət deyildir. Avropalı müəlliflər
məxsus olduqları yüksək zadəgan sinfinin müdafiəçiləri olduqları üçün dövrün
hökmdarlarının qəddarlığına da bəraət qazandırmıĢlar. Hətta Alessandrinin özü
də ġah Təhmasiblə danıĢıqlarda məqsədinə nail ola bilmədiyi üçün həqiqi
vəziyyəti etiraf etmək məcburiyyətində qalmıĢdır.
Marks Polo (1293) [107], Perdonlu Odorik (1321) [108], Klavixo
(iyun 1403) [109], Ancolello (1473) [110], Barbaro (aprel, 1474) [111],
Katerino Zeno (1474) [112], Kontarini (avqust, 22 1474 - iyun 1475) [113],
Təbrizin daxili və xarici ticarəti, sənətkarlıq və s. məsələlər haqqında müəyyən
qədər məlumat vermiĢlər.
Dostları ilə paylaş: |