16
vəziri təyin edilmiĢdir. H. 1007 (1598-99) -ci ildə vəzifəsindən çıxarılaraq
Quma getmiĢdir. H. 1015 (1606-1607)-ci ildə Qəzvində Mövlana Əqili ilə
görüĢmüĢdür. Ġsgəndərbəy MünĢi xəttatlıqda və ayrı-ayrı fərman və hökmlərin
yazılıĢı qaydalarını öyrənməkdə Qazi Əhməd Quminin Ģagirdi olmuĢdur [61].
Əlyazmada Təbrizin iqtisadi-ictimai və mədəni həyatına aid elə materiallar
vardır ki, onlara dövrün digər mənbələrində təsadüf edilmir. Məsələn, ilk dəfə
1555-ci ildə paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi, h. 986 (1578-79)-cı ildə
Təbrizin Azərbaycan, Ġrəvan və ġirvanın paytaxtı olması, Ģəhərin bir sıra
memarlıq abidələri, məĢhur Ģəxsiyyətləri haqqında materialları və s. faktları
göstərmək olar.
Ġlk dəfə tədqiqata cəlb etdiyimiz mənbələrdən biri də Fəzli Ġsfahaninin
«Əfzəl-ət-təvarix» əsəridir [62[. Yeganə nüsxəsi Britaniya Muzeyində
saxlanılan bu əlyazmanın foto-surətindən istifadə etmiĢik [63].
Fəzli Ġsfahani Təbrizdə olmuĢ, ömrünün çox hissəsini Gəncə və
Qarabağda keçirmiĢdir. Əlyazmanın II cildi I ġah Təhmasibin hakimiyyəti
dövründən 1587-ci ilə qədər baĢ vermiĢ hadisələri əhatə etmiĢdir. Bu
əlyazmanın məziyyəti ondadır ki, burada bir sıra fərmanların surəti verilmiĢdir.
Əlyazmadan aydın olur ki, ġah Təhmasib ölkədə vergi və mükəlləfiyyətlərin
miqdarı, cərimələr, mülki və hərbi məsələlərə aid qanunnamə vermiĢdir. Uzun
Həsənin verdiyi qanunnamədən sonra bu ilk qanun idi. Fəzli Ġsfahani əsərini
yazıb qurtarana, yəni h. 1026 (1617)-cı ilə qədər, bəlkə də bundan sonra da
həmin qanun qüvvədə olmuĢdur.
Əlyazmada Təbrizdə baĢ verən 1571-73-cü illər üsyanı haqqında da
yeni faktik materiallar vardır [64].
Təbrizin iqtisadi-ictimai və siyasi tarixini tədqiq etmək üçün faktik
material baxımından Ġsgəndərbəy MünĢinin. «Tarix-i aləm aray-i Abbasi» əsəri
ən qiymətli məxəz hesab oluna bilər [65]. Azərbaycan tarixçisi Ġsgəndərbəy
MünĢi (1560-1634) I ġah Abbasın hakimiyyəti dövründə bir neçə dəfə
Təbrizdə olmuĢdur [66]. O, Təbrizin iqtisadi və ictimai vəziyyətinə dair
maraqlı məlumat vermiĢdir.
Əsərdə Təbriz əhalisinin sayı, vergilər, paytaxtın Təbrizdən Qəzvinə
köçürülməsi, h. 1019 (1610-11)-cu ildə Təbriz əhalisinin malucəhat və divan
vergilərindən azad edilməsi, Ģəhərin Osmanlı iĢğalından əvvəlki və sonrakı
vəziyyəti, Təbrizin memarlıq abidələri və s. məsələlər barədə qiymətli fikirlər
vardır. Ġsgəndərbəy MünĢi saray tarixçisi olduğu üçün hakim feodal sinfi
əleyhinə çıxıĢ edən üsyançıları, hətta Təbrizi Osmanlı iĢğalından azad etmək
uğrunda canlarından keçmiĢ təbrizliləri «əcamir və ovbaĢ» adlandırmıĢdır.
Ġsgəndərbəy MünĢinin müasiri olan və 29 il I ġah Abbasın sarayında
baĢ münəccim vəzifəsində çalıĢan Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin
«Tarix-i Abbasi» əsəri [67] Sovet tarixĢünaslığında ilk dəfə bu sətirlərin
müəllifi tərəfindən tədqiqata cəlb olunmuĢdur. Əsərdə 1576-1611-ci illər
17
arasında baĢ verən hadisələr əksini tapmıĢdır. Yəzdi I ġah Abbasın əmrilə 1603
və 1609-cu illərdə iki dəfə Təbrizdə olmuĢdur. O öz əsərində Təbrizin siyasi
hadisələrinə geniĢ yer versə də, Ģəhərin iqtisadi vəziyyətinə də toxunmuĢdur
[68].
1603 və 1610-cu illərdə Təbrizdə olmuĢ Cünabadi «Rovzət-üs-
səfəviyyə» adlı əlyazmasında Təbrizin ictimai və iqtisadi tarixinə dair bəzi
məlumat vermiĢdir [69]. Burada müəllif hadisələrin yalnız təsviri ilə
kifayətlənməyərək, yeri gəldikcə onlara öz münasibətini də bildirir. Cünabadi,
məsələn, 1586-cı ildə Təbrizin Osmanlı ordusu tərəfindən iĢğal edilməsi
səbəbini belə izah edir: «Təbrizin əldən getməsi nəticəsində Azərbaycan,
ġirvan, Arran, Muğan, Gəncə, Bərdə, Tiflis qızılbaĢların əlindən çıxdı. Bunun
səbəbi Təbriz hakimi Əmir xanın öldürülməsi Türkman və Təkəlü tayfalarının
dövlətə (Sultan Məhəmmədə - S. O.) qarĢı çıxması idi» [70].
Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin oğlu Kamal 1549-1652-
ci illərdə yazdığı «Zübdət-üt-təvarix» [71] əsərində elə məsələlərə
toxunmuĢdur ki, Səfəvilər tarixini yazmıĢ digər orta əsr müəllifləri ya bu
məsələlərdən tamamilə bəhs etməmiĢ, yaxud da onları qələmə almaqdan
çəkinmiĢlər. Müəllif ġah Səfi və II ġah Abbasın sarayında yüksək vəzifələrdə
iĢləmiĢ, h. 1045-ci il səfər ayının 25-də (13. VIII. 1635) Təbriz Ģəhərinə gələrək
bir müddət orada qalmıĢdır [72].
Ġstifadə olunan mənbələrdən biri də Xacəki Ġsfahaninin «Xülasət-üs-
siyər» əsəridir. I ġah Səfi hakimiyyətinin (1629-1642) son on ilini əhatə edən
bu əlyazmada 1634-cü ildə Osmanlı ordusunun Təbrizə hücumu və Ģəhərin
vəziyyəti barədə maraqlı məlumat vardır [73].
Təbrizin iqtisadi həyatını araĢdırmaq məqsədilə biz ilk dəfə olaraq
Məhəmməd Yusif Qəzvininin «Xolde bərin» əsərini də tədqiqata cəlb etmiĢik.
Əsərin VIII cildinin VI hədiqəsi (bölməsi) Ġsgəndərbəy MünĢinin «Zeyl-i tarix-
i aləm aray-i Abbasi» əsərinə əlavə olunaraq 1938-ci ildə Tehranda nəĢr
edilmiĢdir [74]. Lakin II ġah Abbasın hakimiyyəti dövründən bəhs edən hissə
(VII hədiqə) hələ çap olunmamıĢdır. Əlyazmanın nüsxəsi Sovet Ġttifaqında
olmadığından Britaniya Muzeyində saxlanılan nüsxənin foto-surətindən istifadə
etmiĢik [75].
Məhəmməd Yusif Qəzvini «Tarix-i Abbasi» əsərinin müəllifi
Məhəmməd Tahir Vəhidin kiçik qardaĢıdır. Məhəmməd Yusif h. 1043 (1638-
39)-cü ildə I ġah Səfi sarayında to-çih [76] dəftərini yazan, 1646-cı ilin mart
ayından II ġah Abbasın MəĢhəd dəftərxanasının münĢisi, h. 1062 (1651-52)-ci
ildən ömrünün sonuna kimi Qumda topxana karxanasının vəziri vəzifəsində
iĢləmiĢdir [77]. H. 1103 (1691-92)-cü ildə həmin vəzifədə iĢlərkən «Xolde
bərin» əsərinin VIII cildinin VII hədiqəsi orijinal hesab oluna bilər. Çüiki
müəllif həmin hissədə bəhs olunan tarixi hadisələrin iĢtirakçısı və ya
müĢahidəçisi olmuĢdur. Müəllif bir sıra fərman və hökmləri özü yazmıĢdır.
Dostları ilə paylaş: |