8
BĠRĠNCĠ FƏSĠL
MƏNBƏ VƏ ƏDƏBĠYYATIN QISA ĠCMALI
Tədqiqatın əsasını fars, ərəb, türk, erməni və digər dillərdə olan
mənbələr təĢkil edir. Əksəriyyəti orta əsr saray tarixçilərinin əsərləri
olduğundan bu məxəzlərdə tarixi hadisələr birtərəfli, hakim feodal sinfinin
mənafeyi baxımından iĢıqlandırılmıĢdır. Buna görə də mənbələrdə təsvir
olunan hər bir hadisəyə tənqidi yanaĢılmıĢ, tarixi materializm baxımından
tədqiq və təhlil edilmiĢdir.
Qeyd etmək lazımdır ki, bir çox mənbə və ədəbiyyatda orta əsrlərdə
sənətkarlıq və ticarət mərkəzi kimi məĢhur olan Təbriz Ģəhərinin iqtisadi və
ictimai tarixinə bu və ya digər dərəcədə toxunulmuĢdur. Lakin monoqrafiyanın
həcmi imkan vermədiyindən biz əsasən müəllifləri Təbrizdə olmuĢ və Sovet
tarixĢünaslığında ilk dəfə tədqiqata cəlb etdiyimiz mənbələr üzərində geniĢ
dayanmağı lazım bilirik.
Ġstifadə olunan əsas mənbə və ədəbiyyat aĢağıdakı Ģəkildə
qruplaĢdırılmıĢdır:
I. Ərəb, fars və türkdilli mənbələr:
a) tarixi-coğrafi xarakterli mənbələr;
b) rəsmi sənədlər (fərmanlar, hökmlər, məktublaĢmalar, vəqfnamələr);
v) siyasi hadisələrlə yanaĢı, Ģəhərin ictimai-iqtisadi vəziyyətinə
toxunan mənbələr (buraya bəzi Ģairlərin «divan»ı və dastanlar da daxildir);
q) təzkirələr.
II. Erməni və rus dillərində olan mənbələr.
III. Avropa diplomatları, səyyah və tacirlərinin müxtəlif dillərdə
yazılmıĢ səfərnamə və yol qeydləri.
I. Ərəb, fars və türkdilli mənbələr
Ərəbdilli müəlliflərin Təbriz haqqında biri digərini təkrar və ya inkar
edən fikirlərinə baxmayaraq, qarĢılıqlı mənbələr olmadığından onların Təbrizin
iqtisadi və ictimai vəziyyəti haqqında məlumatları olduqca qiymətlidir. Təbriz
haqqında ilk məlumatı məĢhur ərəb tarixçisi əl-Bəlazurinin (IX) əsərində
təsadüf edilir. Həmin mənbədə Rəvvad əl-Əzdinin, xüsusilə oğlu əl-Vəcna ilə
qardaĢlarının kənd kimi təsvir olunmuĢ Təbrizə hasar çəkdirərək əhalinin oraya
köçürülməsindən və həmin yerin abadlaĢdırılmasından bəhs olunur [1].
Bəlazurinin verdiyi həmin məlumatı IX əsrdə yaĢamıĢ baĢqa bir ərəb müəllifi
Əbubəkr Əhməd ibn Məhəmməd əl-Həmədani (ibn Fəqih) eynilə təkrar edir
[2].
Maraqlıdır ki, ibn Xordadbeh (X əsrin əvvəlləri) Təbrizi kiçik Ģəhər
adlandırdığı halda, ibn Hövqəl (X əsr) «gözəl, abad, bol məhsul, çoxlu əhaliyə