14
etmiĢdir), «Tarix-i elçi-ye NizamĢah», ġah Təhmasibin «Təzkire-ye-ġah
Təhmasib», Qazi Əhməd Qaffarinin «Tarix-i cahan ara», Budaq Qəzvininin
«Cəvahir ül-əxbar», Həsən bəy Rumlunun «Əhsən ət-təvarix», ġərəfəddin
Bidlisinin «ġərəfnamə» (ikinci cild) və s. müəyyən qədər tədqiqata cəlb
olunduğu üçün onlar haqqında geniĢ bəhs etməyi zəruri hesab etmirik [46].
AĢağıda təhlil edəcəyimiz ikinci qisim əsərlər (Ġsgəndər bəy MünĢinin
«Tarix-i aləm aray-i Abbasi» əsərindən baĢqa) tədqiqata çox az cəlb edilmiĢ və
ya ilk dəfə bizim tərəfimizdən öyrənilir.
Anonim «Tarix-i Ģah Ġsmayıl» əsərində Təbrizin mədəni həyatı,
əhalisinin miqdarı və vəzifəli Ģəxsləri haqqında məlumat vardır [47].
Təbrizin epiqrafik abidələrinə həsr edilmiĢ yeganə qiymətli mənbə
Hafiz Hüseyn Kərbəlayi Təbrizinin «Rovzat-ül cinan və cənnat-ül cinan»
əsəridir [48]. ġair Hafiz Hüseyn eyni zamanda xəttat olmuĢ və xəttatlıqda
Əlibəy Təbrizinin Ģagirdi olmuĢdur. Ömrünün bir hissəsini qürbətdə keçirən
Hafiz h. 988 (1580)-ci ildə Məkkəyə getmiĢ, sonra yenidən Təbrizə qayıtmıĢ və
orada vəfat etmiĢdir. Müqəddimə, giriĢ, 8 fəsil xatimədən ibarət olan «Rovzat-
ül cinan» əsərində Təbrizin memarlıq abidələri, görkəmli Ģəxsiyyətləri, onların
titul və vəzifələri haqqında maraqlı məlumat vardır. ġair-alim Ģəxsən özü
Təbriz qəbiristanlıqlarını gəzərək məzar daĢları üzərindəki yazıları oxumuĢ,
dəfn olunmuĢ Ģəxsiyyətləri müəyyən etmiĢ və onların həyat və fəaliyyəti
haqqında əsər yazmıĢdır. Müəllif əsərin giriĢ hissəsində belə yazır: «Digər bir
Ģəxs tərəfindən bu məsələni araĢdırmağa təĢəbbüs göstərilmədiyi üçün mən
Təbriz və onun ətrafında yerləĢən məqbərələr, həmin məqbərələrdə dəfn
olunmuĢ Ģəxsiyyətdər haqqında əsər yazmaq qərarına gəldim».
Biz ilk dəfə bu əsər vasitəsilə Kəmaləddin Behzadın Heratda deyil,
Təbrizdə vəfat etdiyini və orada dəfn olunduğunu müəyyənləĢdirə bildik.
Əsərdə Təbrizin memarlıq tarixinə aid maraqlı material vardır.
Ġlk dəfə tədqiqata cəlb etdiyimiz digər mənbələrdən biri də
Xondəmirin oğlu Mahmudun «Tarix-i ġah Ġsmayıl və ġah Təhmasib» əsəridir
[49]. 1555-ci ilə qədər olan hadisələri əhatə edən bu əlyazmada Xorasanda baĢ
verən hadisələrə geniĢ yer verilməsinə baxmayaraq, Təbrizə aid bəzi faktik
məlumatlara da təsadüf olunur.
Təbrizin iqtisadi və ictimai məsələlərinə dair maraqlı məlumat verən
və ilk dəfə Sovet tarixĢünaslığında tədqiqata cəlb etdiyimiz mənbələrdən biri də
Mahmud Nətənzinin «Nəqavət əl-asar fi zikr-ül əxyar» («MəĢhur adamların
xatirələrinə aid əsərlər») əsəridir [50]. Mahmud h. 938 (1531-32)-ci
ildə anadan
olmuĢ, h. 998 (1589-90)-ci ildə qeyd olunan əsəri yazmağa baĢlamıĢdır. Əsər
ġah Təhmasibin (1524-1576) hakimiyyətinin son illərindən I ġah Abbasın
(1587-1629) hakimiyyətinin on birinci ilinə qədər (h. 1007/1598-99) baĢ verən
hadisələri əhatə edir. Müəllif 69 yaĢında ikən bu əsəri tamamlamıĢdır. Əsərin II
cildində I ġah Abbasın hakimiyyətinin on birinci ilindən sonrakı hadisələr də