230
iqtidardan uzaqlaĢdırmağa çalıĢırdı. ġah Abbasın qızılbaĢlarla düĢmənçiliyində
Ġran (Mazandaran) etnik ünsürlərinə mənsub anasının qatillərindən qisas almaq
niyyətini də istisna etmək o lmaz. Onun əmri ilə nəinki ayrı-ayrı əmirlər, hətta bəzi
qızılbaĢ tayfaları bütövlüklə (məsələn, Təkəlilər) qətlə yetirildilər.
Səfəvilər dövlətin i ağır vəziyyətdən çıxarmaq üçün ġah Abbas geniĢ
islahatlar keçirmək məcburiyyətində qalmıĢdı. Öz əhəmiyyətinə görə bunlar
arasında ən vacibi hərbi islahatlar idi. Dövlətin üst təbəqəsində Ġran etnik
ünsürünün
güclənməsi
və
qızılbaĢların
(azərbaycanlıların)
mövqeyinin
zəifləməsində bu tədbirlər mühüm ro l oynadı. Əvvəla, qızılbaĢların müstəsna silah
gəzdirmək hüququ ləğv edildi. Kazarma və hərbi düĢərgələrin qapıları öncə hərbi
iĢə, ―layiq olmayan" fars (tacik) etnik ünsürlərin in üzünə geniĢ açıldı. QızılbaĢ tayfa
baĢçısı vəzifəsinin tutulmasında vərəsəlik hüququ aradan qaldırıldı. Bundan sonra
bu vəzifən i Ģahın rəğbət və etimad ını qazan mıĢ hər b ir Ģəxs tuta bilərdi. Beləliklə,
hərbi vahidlərin, tayfaların formalaĢ masında etnik mənsubiyyət, qohumluq prinsipi
əsaslı Ģəkildə sarsıldı. QızılbaĢ əmirlərinin ö zbaĢınalığ ı və mü xalifətindən
qurtulmaq üçün ġah Abbas türk tayfa təəssübkeĢliyinə dayanan qızılbaĢlarda
"Ģahsevənlik" ruhunu canlandıran və "MürĢidi-Kamil" olmaq iddiasında olan
Ģahlarına sədaqətdə davam etməklə, ö z ətrafında birləĢ məyə dəvət etdi.
Ġslahat nəticəsində bilavasitə Ģaha tabe olan nizami ordu yaradıldı. Ordu
aĢağıdakı hissələrdən ibarət id i: ordunun əsas zərbə gücünü maaĢları Ģah
xəzinəsindən ödənilən qullar (qulamani-xasseyi-şərifə) təĢkil ed ird i. Qullar
dəstəsinin baĢında qullarağası dururdu. Qu llar ö z valideynləri, nəsli və d ini ilə hər
hansı bir əlaqəni itirmiĢ, erkən yaĢlarından Ģah sarayında xüsusi tərbiyə almıĢ, hərb
sənətinə yiyələnmiĢ gürcü, ermən i, çərkəz mənĢəli gənclər idi. Bütün varlığı ilə
Ģaha bağlı və ondan asılı olan bu gənclərin sayı 15 minə çatırd ı. Qullar dəstəsindən
öz Ģəxsi xid mətinə və sərkərdəlik istedadına görə fərqlənənləri ġah Abbas ən
yüksək vəzifələrə irəli çəkird i. Belə ki, qullarağası Allahverdi xan (ermən i mənĢəli)
Fars bəylərbəyi, Yusif xan ġirvan bəylərbəyi, Qarçıqay xan (gürcü mənĢəli) Səfəvi
ordusunun baĢ komandanı təyin ed ild ilər.
Süvari qullar dəstəsi ilə yanaĢı, piyada tüfəngçilər korpusu da təĢkil
edilmiĢdi. Onun sayı 12 min nəfərə çatırdı və baĢında tüfəngçi ağası dururdu. Bu
hərbi vahidə mü xtəlif vilayətlərdən xüsusi siyahılarla çağırılmıĢ əhalin in aĢağı
təbəqəsi cəlb edilirdi. Onun əksəriyyəti iranlılardan ibarət id i. ġah Abbas
tüfəngçiağası vəzifəsini də Ġsfahan əyanlarından birinə tapĢırmıĢdı.
Xüsusi topxana və topçular korpusu yaradıldı. Korpusun 500 topu vardı.
Topçular yalnız iranlılardan ibarət olurdu. Onun baĢında topçubaĢı dururdu. Yeni
yaradılan nizami ordunun ümumi sayı 40-50 minə çatırdı.
231
ġah Abbasdan öncə qızılbaĢ ordusunda daimi nizami hissələr yox id i, odlu
silahlardan (top və tüfəngdən) da geniĢ istifadə edilmirdi. ġah Abbas bu sahədə
əsaslı tədbirlər həyata keçird i. O, yaxĢı dərk etmiĢdi ki, Os manlı ordusu ilə uğurlu
müharibə aparmaq üçün ilk növbədə odlu silahla təchiz olun muĢ nizami orduya
sahib olmaq lazımd ır. Bu ordu Ģah xəzinəsi hesabına saxlanılmalı və bilavasitə Ģaha
tabe olmalıdır.
Hərbi islahatlar nəticəsində Səfəvi ordusunda qızılbaĢ tayfalarının xüsusi
çəkisi xeyli azaldı, Ġran etnik ünsürünün rolu isə kəskin surətdə artdı. ġah Abbasın
sarayına gəlmiĢ avropalı səyyah Pyetro della Valle təsdiq edird i ki, " indi Ģah daha
çox tatların (taciklərin) arasında muzd la tutulan tüfəngçilərə və xüsusilə gündən -
günə irəli çəkərək yüksək dövlət vəzifələrinə təyin etdiyi qulamlarına arxalan ır".
1598-c i ildə ġah Abbas Səfəvi dövlətinin paytaxtın ı Qə zvindən Ġsfahana
köçürdü. Əgər Ģahın hərbi islahatları idarəçilikdə Azərbaycan (qızılbaĢ) əyanların ın
rolunun azaldılmasına gətirib çıxardısa paytaxtın Qəzvindən Ġsfahana köçürülməsi
Ģah sarayını əhatə edən etnik mühiti tamamilə dəyiĢdirdi. Bu , Səfəv i sülaləsinin
Azərbaycan xalqın ın orta, aĢağı təbəqələri ilə bərqərar ed ilmiĢ bütün əlaqələrini
sarsıtdı. Məsələ bundadır ki, Təh masib, II Ġsmay ıl və Məhəmməd Xudabəndə
dövründə əsas hissəsini azərbaycanlılar təĢkil edən Qəzvin əhalisi XVI əsrin
sonlarında ġah Abbasın siyasətindən son dərəcə narazı id i.
Səfəvi dövləti paytaxtın ın Ġsfahana köçürülməsi hakim sülalən in dövlət
idarəçiliyində Azərbaycan etnik ünsüründən Ġran ünsürünə meylini əsasən baĢa
çatdıran mühüm siyasi addım idi. Ġsfahanda azərbaycanhların (o zaman
mühacirətdə olan təbrizlilərin) məskunlaĢması üçün xüsusi bölgə - Abbasabad inĢa
edilmiĢdi. Lakin paytaxtın köçürülməsi faktı sübut edirdi ki, Səfəvi dövlətinin
mərkəzi artıq Azərbaycan ərazisi deyildir və azərbaycanlılar Səfəv i dövlətinin
paytaxtında mühacird irlər.
Paytaxtın Ġsfahana köçürülməsində, əlbəttə, strateji, iqtisadi və siyasi
mah iyyətli mülah izələr də mühü m rol oynadı. ġah Abbasın Ġran etnik ünsürünə
üstünlük verməsi onun qədim Ġran Ģahlarını təqlid etməyə çalıĢ masında da özü nü
göstərdi. O, Ġran əhalisinin bəzi qədim adət və ənənələrini bərpa etdi.
Hakimiyyətinin sonlarında ġah Abbas dövlətdə iranlıların mövqeyini daha
da geniĢləndirdi və onu maddi zəmində möhkəmlətdi. ġahın bu siyasəti özünün
aydın ifadəsini xüsusi bir fərmanda tapdı.
Bu fərmana əsasən Ġranın mərkəzi vilayətlərində bəzi dövlət vergiləri ləğv
edildi və ya əhəmiyyətli dərəcədə azaldıldı. Mənbələrdən aydın olur ki, bu mühüm
dövlət aktı "rəiyyətə və kö məksizlərə", yəni xalq kütlələrinə Ģamil ed ilmiĢdi.
Vergilərin ləğv edilməsi və aldılması ço x halda həməsalə (bütün illər üçün)