74
mə za rla rı yanına gətirildi və dəfn edild i. Təbriz əyanlarının Qara Yusifə qarĢı be lə
münasibəti onu göstərir ki, oturaq Ģəhər əhalisi Qaraqoyunlu hökmdarını yabançı
sülalənin nümayəndəsi kimi deyil, yerli Azərbaycan hökmdarı kimi
qiymətləndirird i.
Beləliklə, heç bir müqavimətə rast gəlməyən ġahru x A zərbaycanı zəbt etdi,
lakin Qa raqoyunlu dövləti dağılmadı. Qa la Yusifin böyük oğlu Ġsgəndər ġahruxa
qarĢı inadlı mübarizəyə baĢladı. Qaraqoyunlu tayfaların ı ö z ətrafına yığ mıĢ
Ġsgəndər ƏləĢkert vadisində üç gün davam edən (30 iyu l - 1 avqust 1421) qanlı
döyüĢdə Teymurilər tərəfindən məğ lub olundu. Sayı 50 mindən ço x o lmayan
Qaraqoyunlu qoĢunları sayca 4-5 dəfə artıq olan ġahru xun hərbi qüvvələrinə qalib
gələ bilməzd ilər. Tey murilərin qoĢununda Hindistandan gətirilmiĢ döyüĢ filləri də
vardı. Ağqoyunlu əmiri Qara Os man da öz qoĢunu ilə ġahru xun ordusuna
qoĢulmuĢdu.
ġahru x Təbrizi tərk etdikdən sonra Ġsgəndər yenidən buraya gəldi və
Qaraqoyunlu dövlətini bərpa etdi (1422-1429).
ġahru x Azərbaycana ikinci səfərin i 100 minlik ordu ilə 1429-cu ilin yayında
baĢladı. Qaraqoyunlu Ġsgəndərlə ġahru x arasında həmin ilin sentyabrın 17-də baĢ
vermiĢ Səlmas vuruĢması iki gün davam etdi. Ġsgəndərin qəhrəmanlıq göstərməsinə
baxmayaraq, ġahru xun ehtiyat qüvvələri bu döyüĢü də onun xeyrinə həll etdilər.
ġahru x Azərbaycanda Qaraqoyunluların hakimiyyətini aradan qaldırmağa
qadir olmadığın ı anlamıĢdı. Buna görə də o, Qara Yusifin oğulları arasında gedən
rəqabət və düĢmənçilikdən istifadə etməyi münasib bild i. ġahru x Ġsgəndərə qarĢı
Qara Yusifin ən kiç ik oğlu Əbu Sə idə arxalan mağ ı qərara ald ı. 1430-cu ildə
Qarabağda qıĢlayan ġahru x yanına gə lmiĢ Əbu Sə idi Azə rbaycanın hakimi təyin
etdi. La kin Əbu Səid Azə rbaycan taxtında ancaq 5-6 ay otura bild i. Azə rbaycana
gəlmiĢ Ġsgəndər Əbu Səid i ələ keçirib öldürdü və yenə hakimiyyəti öz əlinə aldı
(1431-1435).
1434-cü ilin ortala rında Ġsgəndər ġirvan üzərinə qarətçi yürüĢ etdi.
ġirvanĢah I Xəlilu llah sığındığı Mah mudabad qalasından ġahruxun yanına öz
adamını göndərdi, ö lkən in görünməmiĢ surətdə viran və qarət edildiy ini ona xəbər
verdi. Xəlilullah eyni zamanda Qara Os mandan da yardım istəmiĢdi. Ağqoyunlu
bəyi dərhal böyük qoĢunla Diyarbəkirdən hərəkət etdi və Ərzuru mu mühasirəyə
aldı.
Teymuri sülaləsi ilə qohum olan Xəlilullahın yardım istəməsi və
Qaraqoyunlu Ģahzadələri arasında baĢ verən münaqiĢələr 1435-c i ildə ġahru xu
Azərbaycana üçüncü dəfə yürüĢ etməyə həvəsləndirdi. Həmin ilin fevralında Reydə
qıĢlayan ġahrux Vanda olan CahanĢahı öz yanına dəvət etdi. CahanĢah ın qardaĢı
75
Ġsgəndərə dəfələrlə itaətsizlik göstərdiyini ġahru x yaxĢı b ilirdi. 1436-cı ilin
may ında ġahru x Qarabağı tərk etdi, Ucana gəldi və burada vassallığı qəbul etmək
Ģərti ilə A zərbaycan hökmdarlığın ı CahanĢaha verdi.
1438-c i ilin baharında CahanĢah bəzi Qaraqoyunlu və ġirvan əmirləri ilə
birlikdə Ərdəbildən Təbrizə hərəkət etdi. Onunla vuruĢ maq üçün Ġsgəndər də
Təbrizdən çıxd ı və Sufiyanı keçərək Həft ÇeĢ məyə gəldi. DöyüĢdən əvvəl
Qaraman lı tayfa baĢçısı Piri bəyin CahanĢahın tərəfinə keçməsi Ġsgəndərin
qələbəyə olan ümidin i tamamilə q ırd ı və onun hərb meydanından qaçmasına səbəb
oldu. CahanĢah Ġsgəndərin gizləndiyi Əlincə qalasmı mühasirəyə aldı. Qala da
Ġsgəndər oğlu ġahqubad tərəfindən qətlə yetirildi.
Ġsgəndərin ölü mündən sonra Qaraqoyunlu taxtında onun qardaĢı CahanĢah
əyləĢdi (1438-1467). ġahru xun ö lü münə qədər CahanĢah özünü onun vassalı kimi
qələmə verir və ġirvanĢahla münasibətlərində düĢmənçilikdən çəkin irdi.
CahanĢahın əsas rəqibi Ağqoyunluların baĢçısı olan Uzun Həsən idi. Onunla
mübarizə gediĢində Qaraqoyunlular ġərqi Anadolun un böyük bir hissəsindən əl
çəkməli oldular.
1440-c ı ildə CahanĢahın Gürcüstana ilk yürüĢündə Ərdəbil Ģey xi Ġbrah im
ġey xĢah və Səfəvi təriqətinin mü rid ləri fəal iĢtirak etdilər. 1441 -ci ildə CahanĢah
Gü rcüstana basqın etdi və gürcü knyazı Vaxtanqın güclü müqavimətinə rast gəldi.
1445-c i ildə CahanĢah Bağdad hakimi olan qardaĢı Ġspəndin ölümündən
sonra Ģəhəri zəbt etdi. Beləliklə, Ġraq-i Ərəb də Azərbaycan Qaraqoyunlu dövlətinə
qatıldı.
ġahru xun ölü mü (1447) CahanĢahın əl-qolunu açdı. O özünü müstəqil
hökmdar kimi aparmağa baĢladı, "sultan" və "xaqan" titulları aldı. Elə bu
za mandan etibarən CahanĢah öz adın a xütbə o xutdurmağa, sikkə vurdurmağa
baĢladı. Ağqoyunlu ordusu ġərqə-Ġraq-i Əcəmə hərəkət etdi və ġahru xun
dövründən münaqiĢələrə səbəb olan sərhəd Ģəhərlərin i (Sultaniyyə, Qəzv in) ələ
keçirməyə çalıĢdı. ġahru xun nəvəsi Məhəmməd Sultan əvvəlcə müqavimət
göstərmək istədi. Lakin ġahru xun CahanĢahı "oğulluğa götürmüĢ" arvadı
GövhərĢad bəyimin vasitəçiliyi nəticəsində düĢmənçilik münasibətlərinə son
qoyuldu; Məhəmməd Sultan CahanĢahın qızın ı a ldı və Ġraq-i Əcə m CahanĢaha
verild i.
Teymurilər dövləti ərazisinin Ģ ahzadələr arasında mübarizə meydanına
çevrild iyini görən CahanĢah fürsətdən istifadə etdi. O, qərbdə (Diyarbəkir
vilayətində) Ağqoyunlularla gedən ağır və mənasız mübarizəni dayandırmaq
qərarına gəld i və əsas diqqətini Ġrana yönəltdi.