90
Azərbaycanda hakimiyyətə gəlmək niyyətləri hərb i qüvvə olmadan mü mkün
deyildir. Buna görə onlar Azərbaycanda, qonĢu ölkələrdə yaĢayan yarımköçəri
tayfaları ö z tərəflərinə çəkmək və onlardan hərbi qüvvə kimi istifadə etmək
qərarına gəldilər. ġamlı, Ru mlu, Ustaclı, Təkəli, ƏfĢar, Qacar, Zü lqədər belə
tayfalardan idi. Onla rın b ir hissəsi Kiç ik Asiyada Osmanlı sultanlarının ha kimiyyəti
altında yaĢayırdı.
XIV-XV əsrlərdə Ya xın ġə rqdə və Orta Asiyada mövcud olmuĢ dövlətlərin
hakim d ini islamın sünni məzhəbi idi. ġiəlik bidətçi cərəyan hesab edilir, Ģiələr isə
təqib olunurdular. Bu vəziyyət məzlu m xalq kütlələri içərisində Ģiəliyin geniĢ
yayılmasına səbəb olur, rəsmi sünniliyə qarĢı n ifrət və qəzəb doğururdu. ġiəlik
yuxarıda adları çəkilən yarımköçəri tayfalar arasında xüsusilə gen iĢ yayılmıĢdı.
Səfəvi Ģey xlərinin bu tayfala rla sıx əlaqələri hələ ġey x Səfi dövründə yaranmıĢdı və
sonralar sabit xarakter almıĢdı. Bu tayfalar " müqəddəs" Səfəvi Ģeyxlərin in
mürĢid liy ini qəbul etdilər və onların " mürid ləri", "dərviĢləri", "sufiləri" hesab
olunmağa baĢladılar. XV əsrin ikinci yarısından etibarən bu tayfalar Səfəvi
Ģeyxlərin in hərbi dəstələrinin əsasını təĢkil etdilər.
Səfəvilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəyə ġey x
Cüneydin (1447-1460) və ġey x Heydərin (1460-1488) təriqət rəhbərliy i dövründə
baĢladılar. O vaxtlar Ərdəbil rəsmən əvvəlcə Qaraqoyunlu, sonra isə Ağqoyunlu
dövlətinin tərkibində olsa da Səfəvi Ģeyxləri artıq Ərdəbildə hakimiyyəti ələ
keçirmiĢdilər.
1449-cu ildə ġey x Cüneydin nüfuzunun artmasından ehtiyatlanan Caha nĢah
Qaraqoyunlu onu Ərdəbildən çıxmağa məcbur etdi. Cüneyd 7 il ərzində Kiçik
Asiyada və Suriyada Varsağ və Zülqədər tayfaları hesabına öz müridlərinin sayını
artırd ı. O, 1456-cı ildə 20 min müridlə Diyarbəkir hakimi Uzun Həsənin yanına
gəldi. CahanĢahla mübarizəyə hazırlaĢan Uzun Həsən Səfəvilərlə ittifaqa girməyi
münasib bildi və bu məqsədlə bacısı Xədicə bəyimi ġey x Cüneydə ərə verdi.
Ərdəbildə Səfəv i təriqətinin rəhbərliy inə CahanĢahın köməy i ilə Cüneydin
əmisi ġey x Cəfər (1449-1470) keçdi. 1459-cu ildə ġey x Cüneyd Ərdəbilə qayıtmaq
istədi, lakin ə misi buna icazə ver mədi. O, b ir dəstə müridlə "çərkə z diyarı"na
qəzavat yürüĢü təĢkil etdi və sonra qıĢlamaq üçün Qarabağa qayıtdı. 1460 -cı ildə
Cüneyd bir daha Dərbənddən Ģimala hərb i səfərə çıxdı. Səfərlər v axtı mürid lər hər
dəfə ġirvandan keçməli olurdular, bu isə ġirvanĢah Fərrux Yəsarı narahat etməyə
bilmə zd i. Bu dəfə ġirvan qoĢunları Cüneydin yolunu kəsdilər. Martın 4-də Sa mur
çayı sahilində baĢ vermiĢ döyüĢdə ġeyx Cüneyd həlak oldu.
ġey x Cüneydin oğlu ġeyx Heydər atasının siyasətini inadla davam etdirdi.
O, Uzun Həsənin qızı AləmĢah bəyimlə evlənərək ö z hökmdar dayısı ilə ittifaqı
91
daha da möhkəmləndirdi. CahanĢah Qaraqoyunlu və Teymuri Əbu Səidlə
mübarizədə Uzun Həsənə kömək etdi. Ağqoyunlu hökmdan 1470-ci ildə ġey x
Heydəri Ərdəbilə gətirdi və onu təriqət rəhbərliyinə qaytardı.
ġey x Heydər döyüĢçülərinə 12 Ģiə imamı Ģərəfinə 12 q ırmızı zolaq lı papaq
geydirdi. Bundan sonra Ərdəbil Ģeyxin in bütün tərəfdarlarını "qızılbaĢ"
adlandırmağa baĢladılar. QızılbaĢlar A zərbaycan dilində "qurban olduğum, sadağa
olduğum, pirim, mürĢidim" , - çağırıĢı ilə döyüĢə girirdilər.
Dağıstana, "kafirlərə" qarĢı cahad yürüĢləri davam edirdi. Zəngin qənimət
ələ keçirmiĢ Ərdəbil Ģeyxləri daha da qüvvətləndilər. 1488-ci ildə ġey x Heydərin
Dağıstana növbəti yürüĢü zamanı ġirvanĢah Fərru x Yəsar Ağqoyunlu Sultan
Yaqubdan kömək istədi. Tabasaranda, ġahdağın kənarında Ağqoyunlu sərkərdəsi
Süley man bəy Bicənoğlunun qoĢunu ilə toqquĢmada qızılbaĢlar məğlub oldular.
ġey x Heydər isə öldürüldü.
Be ləliklə, XV əsrin ikinci yarısında Səfəv i Ģeyxləri Cüneydin və Heydərin
Azərbaycanda dövlət qurmaq cəhdləri boĢa çıxdı.
Bundan sonra Sultan Yaqub Ərdəbili asanlıq la ələ keçird i və ġeyx Heydərin
üç oğlunu (Sultan Əlin i, Ġbrah imi və Ġsmayıh) anaları ilə birlikdə Ġstəxr qalasında
(ġiraz yaxınhğında) dustaq etdi. On lar dörd il yarım burada qald ılar.
Ağqoyunlu taxtını ələ keçirmiĢ Rüstəm rəqib ləri ilə apard ığı mübarizədə
qızılbaĢlardan istifadə etməyi özü üçün əlveriĢli saydı. O, Heydərin övladlarını
həbsdən azad etdi, Ģeyxin böyük oğlunu -Sultan Əlin i Ərdəbilə qaytardı və onu
Ģeyx kimi tanıd ı. Lakin düĢmənlərini qızılbaĢların kö məyi ilə aradan qaldırmıĢ
Sultan Əlin in nüfuzunun artmasından vahiməyə düĢən Rüstəm qoĢununu onlara
qarĢı yönəltdi. 1494-cü ildə Ərdəbil ya xınlığında qızılbaĢlar məğlub oldular, Sultan
Əli isə döyüĢdə öldürüldü. Lakin qızılbaĢ sərkərdələri Səfəv i təriqətinin varisi olan
7 yaĢlı Ġsmayılı əvvəlcə Ərdəbildə, sonra isə Səfəvilərin tərəfdarı və Gilan hakimi,
Karkiya sülaləsindən olan Mirzə Əlinin yanın da gizlətdilər. Ġs mayıl 6 il burada
qaldı. Bu müddət ərzində Səfəvi təriqətin in bütün iĢlərini ġey x Heydərin yaxm
silahdaĢları olan Hüseyn bəy Lələ, Xadim bəy Xü ləfa və Dədə bəy TalıĢ idarə
edirdilər. Onlar yeni çıxıĢlar üçün əlveriĢli fürsət gözləyirdilər. Ağqoyunlu dövləti
daxili ziddiyyətlər və tayfa toqquĢmalan nəticəsində dağılmağa baĢladı. Səfəvi
Ģeyxlərin in irsi xələfi hesab olunan Ġsmayıla xalqın rəğbəti get-gedə artırdı.
Beləliklə, XV əsrin sonunda Səfəvilərin hakimiyyətə gəlməsi üçün əlveriĢli Ģərait
yarandı.
Azərbaycan-Rusiya münasibətləri. Avropa ilə əlaqələr. XV əsrdə
Azərbaycan ġirvanĢahlar dövləti ilə Moskva knyazlığ ı arasında daha geniĢ əlaqələr
yaranmıĢdı. ġirvan tacirləri Dərbənd keçid indən Ģimala g edən karvan yolu və