82
olan Məlik ƏĢrəf (1453-1461) Ağqoyunlu tayfa ittifaqının kö məyinə 50 min
nəfərlik hərbi qüvvə göndərdi.
Əli bəyin və Məlik ƏĢrəfin birləĢmiĢ qoĢunu ilə Əli bəyin qardaĢı Həmzə
bəyin qoĢunları arasında kəskin mübarizə getdi. Günlərlə davam etmiĢ əlbəyaxa
döyüĢlər müttəfiq qoĢunların ın məğlubiyyəti və Diyarbəkirin Həmzə bəyin
qoĢunları tərəfindən tutulması ilə nəticələndi.
Vəziyyətin ağırlığını an layan Əli bəy öz qüvvələrini yenidən təĢkil etmək,
Misir sultanlığı ilə bağladığı müqavilən i möhkəmlət mək məqsədilə Misirə gəldi,
lakin heç bir nəticə əldə etməyərək geri qayıdarkən yolda öldü. Bu zaman Həmzə
bəy sui-qəsd nəticəsində məhv edildi. Əli bəyin oğlu Cahangir Mirzə yaran mıĢ
vəziyyəti münasib hesab edərək Ağqoyunlu tayfalarını bir yerə topladı və
Diyarbəkirdə möhkəmləndi.
XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər
sabitləĢdi. Ağqoyunlular əleyhinə çıxmıĢ qüvvələrə qarĢı mübarizədə Cahangir
Mirzənin qardaĢı Uzun Həsən böyük Ģücaət göstərdi və Ģöhrətləndi. Tezlik lə
Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında daha sıx birləĢərək Cahangir Mirzənin
əleyhinə mübarizəyə qalxd ılar. Bu zaman Cahangir M irzən in əsas qüvvələri
Diyarbə kirdə id i və Uzun Həsən əsas zərbəni öncə Diyarbəkirə vurmağa çalıĢdı.
1453-cü ilin yanvar ayında baĢ vermiĢ döyüĢdə Cahangir M irzənin qüvv ələri
darmadağın ed ild i, ö zü isə Mardinə qaçmaqla yaxasını qurtara b ild i. O, sonralar
qardaĢı Uzun Həsənə qarĢı mübarizədə özünə müttəfiq tap maq məqsədilə
Ağqoyunluların əsas düĢməni olan Qaraqoyunlu CahanĢahla ittifaqa girmək üçün
Təbrizə gəld i.
Uzun Həsənin Ağqoyunlu tayfa ittifaqına baĢçılıq etdiyi ilk dövrlərdə feodal
mübarizələrin in arası kəsilməd i, lakin Ağqoyunlu əyanları Uzun Həsənin böyük
nüfuzu ilə hesablaĢmalı o ldular.
Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu
ittifaq ın ərazisin i Azərbaycan torpaqları hesabına geniĢləndirmək, Azərbaycanın
cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən
Qaraqoyunlulara qarĢı mübarizə aparmaq üçün tədbirlər görməyə baĢladı. O,
əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləĢdirməyə
müvəffəq oldu.
XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə
daha da kəskinləĢdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər
iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə
baĢlamıĢdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaĢadıqları torpaqları
və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan Ģərq hissəsini ələ keçirərək,
83
öz hakimiyyətinə tabe etdi. Bu zaman Qaraqoyunlu CahanĢah böyük qüvvə topladı,
Uzun Həsənə qarĢı hərbi yürüĢ təĢkil etdi. Bundan xəbər tutan Uzun Həsən o ğlu
Xəlil Mirzəni iki min atlı ilə CahanĢahın qarĢısına yolladı. 1467-ci il noyabrın 10-
da MuĢ düzündə hər iki tərəf arasında baĢlanmıĢ döyüĢ CahanĢahın öldürülməsi və
Qaraqoyunlularm məğ lubiyyəti ilə nəticələndi. MuĢ məğlubiyyətindən sonra
Qaraqoyunlular bir daha öz qüvvələrini bərpa edə bilmədilər. Bağdada qədər o lan
geniĢ ərazilər Ağqoyunluların əlinə keçdi.
CahanĢahdan sonra onun oğlu Həsənəli Azərbaycanın cənubunda
Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərdi, lakin buna müvəffəq
olmadı. 1468-c i ildə Uzun Həsən asanlıqla Cənubi Azə rbaycanı və Qa rabağı ələ
keçirdi. Nəticədə Qaraqoyunlu tayfalarının böyük bir hissəsi Ağqoyunlu dövlətinin
tərkib inə daxil oldu. Uzun Həsən Təbriz Ģəhərini yeni dövlətin paytaxtı elan etdi.
Ağ qoyunlu dövlətinin xarici siyasəti. Teymurilər və Osmanlı dövləti ilə
mübarizə. Kiçik Asiyadakı Os manlı dövlətinin yeritdiy i fəal xarici siyasət Cənubi
Qafqazın inkiĢafı üçün mənfi bir amil id i. Uzun Həsən bəylikdə hakimiyyət baĢına
gələrkən (1453) Osman lı türkləri Konstantinopolu fəth edərək Qara dəniz
boğazlarında ağalığa baĢlamıĢdılar. Bu hal Cənubi Qafqazın Balkan ö lkələri ilə
qədim ticarət və diplomatik münasibətlərinin gediĢinə təsir etdi. Osman lı
sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyasəti
Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu.
Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə
cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Os manlı dövlətinin təcavüzünə
qarĢı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu d övrdə
Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalıĢan
Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarĢı böyük hərbi yürüĢ hazırladı və
onların müttəfiqi o lan Trab zon krallığı ü zərinə hücuma keçdi.
Qara dəniz sahilində yerləĢən Trabzon Ģəhəri Avropanın ġərq ölkələri,
Hindistan və Çin lə ticarətində vasitəçi rolunu oynayırdı. Bu Ģəhər Ağqoyunlu
tacirləri üçün də Qara dənizə ən əlveriĢli çıxıĢ yolu idi.
Azərbaycanda hakimiyyətə gəlməmiĢdən xeyli əvvəl Ağqoyunlu bəyləri
Trabzon hökmdarları ilə dostluq, hətta qohumluq əlaqələri yaratmıĢdılar.
II Meh med Ağqoyunlulara zərbə vurmaq məqsədilə öncə Trab zon krallığı
ilə hesablaĢmaq qərarına gəld i. Vəziyyəti anlayan Trab zon hakimi 1457-ci ildə
elçisin i Diyarbəkirə, Uzun Həsənin yanına yolladı, Trab zonu Osmanlı sultanının
hücumundan xilas etmək naminə hər saziĢə hazır o lduğunu bildirdi. Uzun Həsən
bunun əvəzində Kalo Ġoannın gözəlliyi ilə məĢhur olan qızı Katerinanın ona