98
min qulluqçu olmuĢdur. QoĢunu 10 min əyan və nökərlərin arvad-uĢaqları, 5 min
qul qadın, 6 min on iki və daha yu xarı yaĢlı uĢaq, 5 min azyaĢlı və kö rpə uĢaq
müĢayiət edirdi. Orduda mü xtəlif sənətkarlar və peĢə sahibləri, o cümlədən də rzi,
dəmirçi, yəhərçi, çəkməçi və b. vardı. Alverçilər, "bazar əhli" ərzaq tədarükçüləri
və hətta əczaçılar da qoĢuna xid mət ed irdilər. Mü xtəlif yerlərdə "ordu bazarları"
təĢkil o lunurdu və burada qoĢun üçün lazım olan hər Ģey almaq mü mkün idi.
QoĢun nəfır (Ģeypur), nağara, kəbrəkə (böyük nağara), təbil və baĢqa musiqi
alətlərində çalan dəstənin müĢayiəti ilə döyüĢə yollanırdı. Hücu m vaxtı gərranay -
uzun zurna, qələbə qazan ılanda isə, adətən, nağara çalınırdı.
Ordunun sol cinahı cəvanğar (yaxud meysərə), sağ cinahı isə bərənğar
(ya xud meymənə), mərkə zi qul adlanırdı. QoĢunun ön hissəsinə münqəlay deyilirdi.
Orduda mü xtəlif hərbi mənsəblər vard ı. Təvaçilər müharibə gözlən ilən təqdirdə
əyalətlərə gedən, hərbi qüvvə toplayan və ayrı-ayrı qoĢun dəstələri arasında əlaqə
yaradan əmirlər idi. Xəbəraparan qoĢun xid mətçisinə tuğacı deyilirdi. DöyüĢ
zaman ı meydana öncə çıxarılan dəstə çərxçi adlanırdı. Çərxçilər Ağqoyunlu
qoĢununda da mövcud olmuĢdur (Sultan Yaqub 1478-ci ildə rəqib i Xəlillə döyüĢdə
çərxçilərdən istifadə etmiĢdir). DöyüĢ zamanı hərbi qüvvələrin bir hissəsi ehtiyatda
durur, vuruĢmanı müĢahidə edir və lazım olduqda döy üĢ meydanına çıxırdı. Belə
ehtiyat dəstəsinə muçi deyilird i. DöyüĢ baĢlanma zdan əvvəl qoĢunun bir dəstəsi
kəĢfiyyata göndərilirdi və həmin dəstə qarovul adlanırdı. Qarovulun vəzifəsi
düĢmənin vəziyyətini öyrənmək və imkan daxilində əsir ələ keçirmək, yəni "dil"
tutmaq idi.
Qaraqoyunlu və Ağqoyunlu qoĢunları hərbi təĢkilat və təchizat baxımından
nəinki o zaman kı Avropa, hətta Osmanlı və Məmlük (Misir) ordusundan da geridə
qalırd ı. Odlu silah, top və tüfəng Azərbaycanda ilk dəfə Ağqoyunlu ordusunda
istifadə edilmiĢdir. Məlu mdur ki, Uzun Həsən topu və digər odlu silahı
venesiyalılardan cüzi miqdarda ala b ilird i. Tərcanda (1473) Ağqoyunlu ordusunun
osmanlılar tərəfindən məğlub edilməsinin əsas səbəbi orduda odlu silahların
olmaması idi.
IV FƏSĠL
XV ƏSRDƏ AZƏRBAYCANIN
ĠCTĠMAĠ-ĠQTĠSADĠ HƏYATI
Kənd təsərrüfatı və aqrar münasibətlər. XV əsrdə Azərbaycamn iqtisadi
həyatının mü xtəlif sahələri qeyri-bərabər n isbətlərdə inkiĢaf etmiĢdi.
ġirvanın iqtisadiyyatında baĢ vermiĢ yüksəliĢ Avropa səyyahların ın
(xüsusilə ġiltbergerin) d iqqətini cəlb etmiĢdir. 1475-ci ildə ġirvanda olmuĢ
99
Venesiya səyyahı Kontarini ĢirvanĢah mülklərin in səciyyəsini belə vermiĢdir: "Bu
ölkə baĢlıca olaraq gözəl, məhsuldar düzənlikdən ibarətdir və Uzun Həsənin
mü lklərindən daha yaxĢı, daha məhsuldardır". ġirvanda kənd təsərrüfatı
əmtəələrinin ucuz q iy məti venesiyalın ı heyran etmiĢdi. ġamaxı və Dərbənd
arasındakı əra zidə yerləĢ miĢ ġabran, onun ətrafı Kontarin inin diqqətini xüsusilə
cəlb etmiĢdi: " Yolun yarısında biz yaxĢı bir Ģəhərciyə təsadüf etdik. Burada xeyli
meyvənin, xüsusilə alman ın yetiĢdiyinin Ģahidi olduq. Biz əla keyfiyyəti olan
almanın bu cür bolluğuna inana bilmirdik".
Dərbəndilər sülaləsindən olan ilk üç ĢirvanĢahın ( I Ġbrahim. I Xəlilullah və
Fərru x Yəsar) hakimiyyəti illərində ġirvan iqtisadi yüksəliĢ mərhələsində
olmuĢdur. Bu dövrdə ġirvan kəndlilərinin vəziyyəti Azərbaycanın baĢqa
vilayətlərinə nisbətən yüngül idi. Azərbaycanın bu vilayətində kənd təsərrüfatının
yüksək inkiĢaf səviyyəsi daxili siyasi Ģəraitin sabitliy i ilə əlaqədar o lmuĢdur.
Azərbaycamn cənub vilayətlərində viranedici müharibələr və feodal
çəkiĢ mələri davam ed irdi. Bu hadisələr kənd təsərrüfatının inkiĢafına əngəl
törədirdi. Tey mu ri hökmdarların ın yerli əhali hesabına hərbi hissələri təchiz et mək
sahəsindəki soyğunçu tədbirləri, Cəlairi və Qaraqoyunlular arasında baĢ verən
hərbi toqquĢmalar geniĢ əhali kütlələrin i müflisləĢdirirdi.
Mənbələrdən məlu m olu r ki, bu dövrdə ölkənin cənub vilayətlərində
dəhĢətli aclıq və dağıntı hökm sürmüĢ, 1413-cü ildə baĢ vermiĢ aclıq zaman ı
çörəyin qiy məti görün məmiĢ dərəcədə artmıĢdı.
Ağqoyunluların hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi vəziyyətində
müəyyən dirçəliĢ baĢ verdi. XV əsrin 70-ci illərində Cənubi Azərbaycanda və
Ġranın mərkəzi vilayətlərində olmuĢ Kontarini göstərirdi ki, "bu yerlər həyat üçün
zəruri olan mü xtəlif ərzaqla, meyvələrlə zəngindir". Lakin səyyah əlavə edirdi ki,
"Ağqoyunlu dövlətinin ərazilərində ərzaq və baĢqa məhsullar ço x baha idi".
Azərbaycan feodal dövlətlərində monqol hökmdarlığ ı dövründə formalaĢmıĢ
torpaq mülkiyyəti növləri mövcud idi (divani, xassə, mülk, vəqf). Müsəlman və
xristian dini idarələrinə məxsus olan vəqf mü lkləri vəqfi -xeyri adlanırd ı. Sey idlərə,
dərviĢ Ģeyxlərinə, müqəddəs hesab olunan Ģəxslərə məxsus vəqflər isə vəqfi-əhli adı
ilə tanınırd ı.
Əvvəllər mövcud olmuĢ iqta institurunu soyurqal əvəz etməkdə id i (monqol
mənĢəli soyurqamışi istilahındandır və bəxşiş mənasını verir). A zərbaycanda
soyurqallara dair ilkin mə lu matlar XIV əsrin ikinci yarısına, Cəlairilərin
hakimiyyəti dövrünə təsadüf edir. Soyurqal feodallara sultan tərəfindən
bağıĢlanırdı. Hərbi və mülki xid mət müqabilində bağıĢlanmıĢ bu mülklər
feodalların irsi istifadəsində olurdu. Ġqtaya nisbətən soyurqal sahibinin hüquqları