104
Ümu miyyətlə, XV əsrdə Azərbaycan Ģəhərlərinin tərəqqisi ziddiyyətli
olmuĢdur. Bu baxımdan Təbriz istisna təĢkil edirdi.
XIV əsrin birinc i yarısında Təbriz əhalisin in sayına görə Ya xın və
Orta ġərqin bütün Ģəhərlərindən üstün idi.
XV əsrdə isə Təbriz Ģəhəri regional miqyasda mövqeyini bir qədər it irmiĢdi.
XIV əsrin a xırı və XV əsrin əvvəllərində hərbi ə mə liyyatlar nəticəsində
ticarət-sənətkarlıq mərkəzləri və sənətkarlıq xammalın ın cəmləĢdiyi bölgələrdəki
böyük dağıntılar, tranzit yollarında təhlükənin artması A zərbaycanın bir ço x
ticarət-sənətkarlıq mərkəzlərində, o cü mlədən Təbriz, Naxçıvan, Mərənd, Sərab v ə
digər Ģəhərlərdə iqtisadiyyatın zəifləməsinə səbəb olmuĢdu.
XVəsrdə Təbriz, Gəncə, Ərdəbil və ġirvan Ģəhərləri (ilk növbədə ġama xı)
Azərbaycanın mühüm to xuculuq mərkəzləri sayılırd ı. Bakuvi qeyd edirdi ki, Gəncə
sakinləri ipə k qurdunun yetiĢdirilməsində və ipəyin hazırlan masında mahir idi.
Siyasi inkiĢafda nisbi sakitlik və feodal istismarının b ir qədər yu mĢalması
sayəsində
XV əsrin ikinc i yarısından etibarən ġirvanın iqtisadiyyatı daha
böyük sürətlə tərəqqi edird i. ġirvanın ipək parçaları geniĢ beynəlxalq nüfuz
qazanmıĢdı. Bütövlükdə XV əsri to xuculuqda, tikinti iĢində, dulusçuluqda, monqol
iĢğalından sonra yaranmıĢ bəzi sənətkarlıq sahələrində mü xtəlif üslub və texniki
üsulların təĢəkkül tapması və möhkəmlən məsi dövrü hes ab etmək olar. Hülakular
dövlətinin paytaxtı Təbriz və onun ətrafı monqol hakimləri tərəfindən
iĢğal
olun muĢ
ölkələrdən
məcburi
Ģəkildə
gətirilmiĢ
on
minlərlə
sənətkarın toplaĢdığı məkan idi. Bura Ġrandan, Çindən, Kiçik Asiyadan, Suriyadan
və digər ölkələrdən minlərlə sənətkar köçürülmüĢdü. Bu sənətkarlar özləri i lə
rəngarəng bədii və texn iki inĢa üslubu, sənətkarlıq istehsalı vərdiĢlər i də
gətirmiĢdilər. Yerli sənətkarların nailiyyətləri ilə əlaqədar bu üsullar sənətkarlıqda
və incəsənətdə XV əsrdə kamilliyə çatmıĢ yeni istiqamətlərin meydana gəlməsinə
Ģərait yaradırdı.
XV əsr Azərbaycanda xalçaçılığın in kiĢafında mühüm mərhələdir. Bu
dövrdə Azərbaycan xalçalarına böyük tələbat vardı. A zərbaycan xalçaları
beynəlxalq bazara müdaxilə ed irdi. Asiya və Avropa ölkələrində Təbriz və ġirvan
xalçaları xüsusi Ģöhrətə malik id i. Ġran və Türkiyə min iatürçülərinin, Qərbin Ġnt ibah
dövrü rəssamların ın əsərlərində Azərbaycan xalçaları əks olunmuĢdur. Niderland
rəssamı Hans Memlinqin 1472-ci ildə çəkd iyi məĢhur "Məryəm ana uĢaqları ilə"
əsərində Quba-ġirvan tipli xov lu Azərbaycan xalçası təsvir edilmiĢdir.
Azərbaycanda dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Təb riz ustaları
Azərbaycanda, Ġranda, Kiçik Asiyada, Misirdə və ġərqin digər ö lkələrində saray,
105
dini və mülki tikililəri bəzəyən göy, mavi, ağ və firuzəyi rəngli tikinti materialı
yaradırdılar.
Sa xsı mo za ikan ın inc ilə rindən biri hesab olunan "Göy məscid" bir ço x
səyyahları heyran edirdi. DəməĢqdəki Əl-Təbrizi məqbərəsinin (1423-cü ildə
tikilmiĢdir), Ədirnədəki Murad iyyə və Türkiyədəki " YaĢıl came" məscidlərin in
bədii tərtibatı Təbriz ustaların ın əməyin in nəticəsidir.
Metal ema lının ən böyük mə rkə zləri Təbriz, Ərdəbil, Gəncə və ġama xı
sayılırd ı. Metal emalın ın əsas sahələri misgərlik və dəmirçilik id i. XV əsrdə mis
qablar əhalinin geniĢ təbəqələrinin, əyanların məiĢətində özünə möhkəm yer
tutmuĢdu. Hətta Uzun Həsənin sarayında əsas qab-qacaq misdən idi. Təbriz iri
metaltökmə mərkəzi olaraq qalırd ı. Tey mur sənətkarlığ ın digər sahələrinin
nümayəndələri ilə birlikdə Ģəhərdən mahir metaltökmə ustalarını da aparmıĢdı.
Onların arasında Teymur dövrünün texniki və bədii metaltökmə incisi adlandırılan,
Türküstan Ģəhərindəki "Hacı Əh məd Yasəvi" məscid indəki iki tonluq tunc qazanı
hazırla mıĢ məĢhur usta Əbdüləziz də var id i.
XV əsrdə metal emalı iĢi ġama xıda da inkiĢaf etmiĢdi. ġəhər ə razisindəki
arxeolo ji qazıntılar nəticəsində xeyli miqdarda dəmir ərintisi və ağac kö mürü
qalıqları, dəmirçixana aĢkar edilmiĢdir.
Azərbaycanda ağac emalı və Ģəbəkəli oy ma sahəsində çoxlu mah ir sənətkar
var idi. Bursadakı " YaĢıl came" məscidi (1420) qapısın ın Ģəbəkəli oymasında usta
(xarrat) Əli Təbrizi Hacı Əh məd oğlunun adı həkk o lunmuĢdur. ġirvanda, Xəzər
dənizində kiçik gəmiqayırma sahələri var idi. Venetsiyalı Kontarini XV əsrin 70-ci
illərində Dərbənd və HəĢtərxan arasında üzən yerli gəmilərin təs virin i belə verird i:
"Oradakı gəmilər balıq formasındadırlar... Gəmiləri ağac mıxlarla quraĢdırır və
möhkəm qətranlayırlar..."
Mənbələr XV əsrin A zərbaycan Ģəhərlərində daha çox " möhtərifə" termini
ilə ifadə olunan sənətkar təĢkilatlarının mövcudluğunu qeyd edirlər. Bu sənətkar
təĢkilatları zah irən dini səciyyə daĢıyırdı. Əxi və Sufi təĢkilatları onlara güclü təsir
göstərirdi. Əxilər və sufilər də bu təĢkilatların üzvü kimi fütüvvətnamələrdə (əxi,
sufi traktatla rında) ə ks olun muĢ ayinləri icra edird ilər. XV-XVI əsrlərin qovĢağında
əxilərin siyasi və təĢkilat müstəqilliy inin tənəzzülü sənətkar təĢkilatlarının əxilərin
qəyyumluğundan azad olmasına, sonralar isə onların daha müstəqil inkiĢaf
etməsinə gətirib çıxard ı. Lakin buna baxmayaraq, sənətkar təĢkilatları əxilərin
təĢkilat quruluĢundan və ənənələrindən çox Ģey əxz etmiĢdilər.
XV əsrin sonunda Teymur imperiyasının meydana gəlməsi asılı ölkələrin (o
cümlədən Azərbaycanın) pul tədavülündə dönüĢə səbəb oldu.