108
Din i-ideoloji mərkə zlərdən biri xanəgahlar idi. Xanəgahlar monqol
hökmdarlarına islamın qəbul etdirilməsində böyük rol oyna mıĢdır. Xanəgah
Ģeyxlərin in xalq kütlələri arasındakı nüfuzundan ehtiyat edən El xanilər və Qızıl
Orda hökmdarları A zərbaycanda elmi, fəlsəfi fikir tarixində mühü m ro l oynamıĢ
Pir Hüseynin (XI əsr) xanəgahını dəfələrlə ziyarət etmiĢlər. Monqolların Pir
Hüseyn xanəgahına xüsusi diqqət yetirmələri minarənin giriĢ qapısı üzərindəki
dirilməsi sahəsində bəzi tədbirlər gördü. Onun dövründə köçəri ənənələrinin
itirilməsi, mərkəzi dövlət hakimiyyətinin oturaq əhaliyə arxalan ması prosesi
gedirdi. Bu proses hələ Qaraqoyunlu CahanĢahın hakimiyyəti dövründə hiss
edilməyə baĢlanmıĢdı. Uzun Həsən hərbi-tayfa əyanların ın separatizmini
zəiflətmək, ərazicə geniĢ olan dövlətini gücləndirmək üçün b əzi maliyyə və
inzibati islahatlar həyata keçirməyə təĢəbbüs göstərirdi.
Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl
məlu mat verilməmiĢdir. Onun tərtib etdiyi "Qanunnamə" nin mətni b izə gəlib
çatmamıĢdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən padĢah qanunları" və
ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlu matlarına
əsasən mühakimə yürütmək mü mkündür. Ağqoyunlular dövlətinin Osmanlı
imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mard in, Urfa, Ərzincan, Xarput və s.) qərb
ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr
Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araĢdırmaq baxımından
əhəmiyyətlidir.
Uzun Həsənin islahatının ümu mi xarakteri haqqında "Tarix əl-Qiyasi" də
deyilir: "Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı
ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaĢmad ılar. Su ltan tamğanı
yarıbayarı azaldaraq iyirmidə bir dirhəmə çatdırmıĢdı... O, bütün ölkədə yığılan
vergilərin həc mini dəqiq ləĢdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və
Ģikayətlərə aid "Qanunnamə" də tərtib etdirmiĢdi. O, günahkarları sərt Ģəkildə
cəzalandırmağı tələb edird i. Sultan "Qanunnamə'ni icra ed ilmək üçün dövlətin
bütün vilayətlərinə göndərmiĢdi".
Uzun Həsənin tamğanı ləğv etmək cəhdi zəngin gəlir mənbəyini itirmək
istəməyən əmirlərin güclü müqaviməti ilə qarĢılaĢdı. Buna baxmayaraq, tamğa
məhsulun dəyərinin 5 faizi həcmində (yəni 1/20) alın mağa baĢlandı. Bu radan belə
bir nəticəyə gəlmək olar ki, islahata qədərki dövrdə həmin vergi 1/10 həcmində
alın mırdı. Digər vergilərin də həcmi dəqiqləĢdirildi. Məsələn, torpaq vergisi
azald ılaraq məhsulun həcminin 1/6-i qədər oldu.
109
Uzun Həsən feodal özbaĢınalığını məhdudlaĢdırmaq və vergi lərin yığılması
zaman ı sui-istifadə hallarını aradan qaldırmaq la iqtisadiyyatın inkiĢafına təkan
verdi.
Ağqoyunlu hökmdarı Yaqub da müə mmalı Ģəkildə həlak oldu (1490).
Sonuncu Ağqoyunlu padĢahlarından Gödək Əh mədin dövründə, 1497-ci ildə vergi
islahatını həyata keçirməyə yenidən cəhd göstərildi. Əh məd Uzun Həsənə qarĢı
üsyan qaldırmıĢ və Türkiyəyə qaçmıĢ Uğurlu Məhəmmədin oğlu idi. Uğurlu
Məhəmməd Sultan Mehmedin qızı ilə evlən miĢ və bu izdivac nəticəsində Əhməd
doğulmuĢdu. O, Sultan Bayazid in sarayında mükəmməl təhsil almıĢ və Osmanlı
hökmdarın ın qızlarından biri ilə evlən miĢ di. Əh məd Uzun Həsənin nəvələri o lan
Baysunqurla (Yaqubun oğlu) Rüstəm (Maqsudun oğlu) arasında Ģiddətli mübarizə
getdiyi zaman Azərbaycana gəlmiĢdi.
Əh məd ruhanilərə və mü lki idarə baĢçılarına arxalanmaq la hərbi-feodal
əyanlarını zəiflətməyə çalıĢırd ı. Bu dövrdə Osmanlı Tü rkiyəsində dövlət
hakimiyyətinin mərkəzləĢdirilməsi sahəsində böyük uğurlar qazanılmıĢdı və
əmirlər Əh məd i " Ru m padĢahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırırd ılar.
Xandəmir yazırd ı ki, Əh məd rə iyyətə və əkinçilərə ədalət qaydalarının tətbiq
olunduğunu elan etdi. O, "Ģəriətin himayə bayrağını qaldırdı və hökm verd i ki,
vergilər Ģəriətə uyğun surətdə qoyulsun, vəzirlər, divan məmurları kəndlilərə
Ģəriətdən xaric b ir d inar və bir man (buğda) da almaqla əziyyət verməsinlər,
rəiyyəti divan vergilərindən azad bilib, heç kəsi ixracat və Ģiltaqatla incitməsinlər".
Sonra onun fərmanı ilə mü lk sahiblərinin soyurqal hüquqları ləğv olundu, çalma
sahibləri (ərbabi-əmaim) vergilərdən azad edildilər. Əh məd sələflərinin hərbi-
feodal əyanlara vermiĢ olduqları imtiyaz fərman larını qanunsuz elan etdi. O,
bununla xəzinəni zəngin ləĢdirməyə çalıĢır, vergiləri azaltmaq üçün zəmin yaratmaq
istəyirdi. Onun islahatı tayfa əmirlərinə qarĢı yönəldilmiĢdi, ruhanilərin isə
soyurqalları saxlanılmıĢdı. Feodal sinfinin qabaqcıl nümayəndəsi kimi Əh məd baĢa
düĢürdü ki, kəndlilərin vəziyyətini yüngülləĢdirmədən Ģəhər iqtisadiyyatını və kənd
təsərrüfatını yüksəltmək mü mkün deyildir.
Monqol hakimləri tərəfindən tətbiq olunmuĢ vergi və mükəlləfiyyətlərin
ləğv edilməsi, islama, Ģəriətə qayıtmaq ideyaları xalq kütlələri arasında geniĢ
yayılmıĢdı. Əh mədin, həmçin in onun sələfləri olan Yaqubun və Uzun Həsənin
islahatları bu ideyaları təmin etmək istəyirdi. O, bu siyasəti həyata keçirərkən
mərkəzi dövlət aparatın ın möhkəmləndirilməsində maraqlı o lan ruhanilərə və mü lki
bürokratiyaya da arxalanırdı. Gü man etmək olar ki, Uzun Həsənin dövründə xalq ın
vəziyyəti b ir qədər yüngülləĢ miĢdi.