126
Min il mövcud olmuĢ ġirvanĢahlar dövlətinin tarixinə dair əsərlər və yazılı
sənədlər dövrümüzə qədər çatmamıĢdır. Tarixçi Qazi Əh məd Qu min in "Xülasət ət -
təvarix" əsərində verdiyi məlu mata görə, 1538-ci ildə sonuncu ĢirvanĢah gənc
ġahru x Buqurd qalasında təslim olarkən Səfəvi qoĢunları ġirvanĢahların həmin
qalada saxlan ılan zəngin dövlət xəzinəsini, kitab xana və sənədləri ələ keçirmiĢdi.
Təəssüf ki, bunlardan heç biri zəmanəmizə qədər çatmamıĢdır. Lakin ġirvanĢahlar
ərazisində, xüsusilə Bakıda, AbĢeronda qalmıĢ kitabələr bu dövlətin inzibati
quruluĢu haqqında dəqiq məlu mat verir.
Məhəmməd Naxçıvaninin təsvir etdiyi Elxan ilər dövlətindəki vəzifələrin
mövqeyi, səlahiyyəti ġirvanĢahlar dövlətində mövcud olmuĢ kitabələrdə öz əksini
tapmıĢdır: baş sədr ĢirvanĢahdan sonra dövlətdə üçüncü Ģəxsiyyət idi.
XIV əsrin ikinci yarısından sonra baĢ komandan vəzifəsi məlik ül-üməra
istilahı ilə qeyd olunmuĢdur. Bakıda, ĠçəriĢəhərdəki Cü mə məscidinin minarəsinə
hörülmüĢ, məscidin bərpası ilə əlaqədar kitabədə Fəxrəddinin oğlu məlik ü l-ü məra
ġərəfəddinin (709/1309-10), Əmircan (Xilə) məscidinin kitabəsində isə sahib əl-
əzəm (vəzir) Fəxrəddinin digər oğlu,
əmirhac vəzifəsində çalıĢ mıĢ Nizaməddin in
adı çəkilir (730/1329-30).
Kitabələrdə əks olunmuĢ saraydakı vəzifələrdən biri də hacibdir. Hacib
bəzən sipəhsalardan sonra gələn hərbi vəzifə kimi qiy mətləndirilirdi. Hacib
hökmdarın xüsusi hərbi dəstəsinin ən yüksək rütbələrindən sayılırdı və onun adı
qoĢun baĢçısından sonra gəlird i.
XII-XV əsrlə rin kitabələ ri ġirvanda böyük sədr, sədr vəzifə lərinin olduğunu
və 8 vəzifə sahibinin adların ı qeyd edir.
Pir Hüseyn xanəgahının ġərq baĢtağındakı kitabədə (641/1273 -74) sədr əl-
kəbir (böyük sədr Həsən b. Məhəmməd b. Hüseyn əl-Bav idinin, ĠçəriĢəhərdəki
ġəfıu lla məscidin in kitabəsində (700/1300) Nəsirəddin GuĢtəsb b. Hüseynin
(hacib), ĠçəriĢəhərdəki " Gilək" məscidinin kitabəsində (708/1309) baş sədr (sədr əl-
müəzzəm) Əmin əddin Comərd Gərayın, Nardaran piri ko mpleksindəki məscid
kitabəsində (765/1364) sədr əl-əzəm Xacə Hacı Həmzə Qutlu Mahmud
ġahabadinin, Mərdəkandakı "TubaĢahi" məscidinin kitabəsində (744/1372) baş
sədr Hacı Bahəddin Xacə Nu rəddinin, ĠçəriĢəhərdə qazıntıdan tapılmıĢ kitabədə
(785/1383) sədr əl-müəzzəm Key xosrovun, sədr (sədr əl-möhtərəm) Xacə
Zeynəddin, Mövlana ġəhabəddin əd-Damqanin in, ĠçəriĢəhərdəki məscid
kitabəsində (818/1415-16) Xacə Əmir Ģah Xacə Hacı Yəqubun adları çəkilir. BaĢ
sədr ġirvanĢahlar dövlətində ali ruhani vəzifə idi. O, bütün vəqf əmlakın ı idarə
edirdi.
127
Azərbaycan ərazisində dövrümüzədək qalmıĢ bir sıra kitabələrin
öyrənilməsi göstərir ki, sufilik Azərbaycanda ən geniĢ yayılmıĢ sosial-ideoloji
cərəyanlardan biri o lmuĢdur. Kitabələrə əsasən sufi təĢkilatların ın mərkəzləri,
onların mürĢidləri aĢkar edilmiĢ və həmin mərkəzlərin fəaliyyətinin xronoloji
çərçivəsi, təsir sahəsi və islam dünyası ilə sıx mədəni-ideoloji əlaqələri
müəyyənləĢdirilmiĢdir.
Din i-ideoloji mərkə zlərdən biri xanəgahlar idi. Xanəgahlar monqol
hökmdarlarına islamın qəbul etdirilməsində böyük rol oyna mıĢdır. Xanəgah
Ģeyxlərin in xalq kütlələri arasındakı nüfuzundan ehtiyat edən Elxanilər və Qızıl
Orda hökmdarları A zərbaycanda elmi, fəlsəfi fikir tarixində mühü m ro l oynamıĢ
Pir Hüseynin (XI əsr) xanəgahını dəfələrlə ziyarət etmiĢlər. Monqolların Pir
Hüseyn xanəgahına xüsusi diqqət yetirmələri minarənin giriĢ qapısı üzərindəki
kitabədən aydın görünür. DaĢ kitabədə monqolların xanəgaha vəqfləri, oranın
abadlaĢdırılmasına fikir vermələri haqqında məlu mat vardır. Kitabədə deyilir:
"Adil hökmdar Munke Buqanın vaxtında görkəmli ġirvan Ģeyxi Pir Hüseyn
xanəgahında bu minarə bina olundu. Bina A llah ın kö məkliy i ilə tikildi. Arqun
ağanın diqqəti və daimi vəqfləri hesabına tikild i. Əgər minarə bundan sonra
təxribata uğrasa, həmin gəlir hesabına təmir olunsun". Lakin minarə üzərindəki
digər kitabələrə əsasən demək olar ki, o, Arqun ağanın caniĢinliyi dövründən əvvəl
ġirvanĢah II A xsitan, III Fərru xzad vaxtı 654/1256-cı ildə bina o lunmuĢ, II GərĢasb
Axsitan vaxtında (693/1294) da bərpa edilmiĢdir. Digər kitabələrdə minarənin
me marı ġə msəddin Məhəmməd Əbülabbas, Mahmud Ġbrah imin adları qeyd
olunmuĢdur. Kitabələrə əsasən demək olar ki, Ordubadda Əbu Səid Əbül-Xeyrin
yeddi arxa övladlarmdan biri - Əbu Səid adlı Ģeyxin xanəgahı Məlik Ġbrah im
qəbiristanlığında yerləĢmiĢdi. Məzar daĢında "Rəhmli və mərhəmətli Allahın
adıyla. Bu qəbir xalqın mürĢid i, həqiqət sahiblərin in nümunəvisi, dünyanın və
dinin tacı, ġey x Əbu Səid adıyla tanmmıĢ xorasanlı Əbu Səid Əbül-Xeyrin -Allah
onun əziz ruhunu müqəddəsləĢdirsin - yeddi arxa övlad larından olan
Ģeyxülislamındır... Ölü m tarixi 21.XII.1357-ci ild ir...".
Ordubad bölgəsinin Xanağa kəndində də sufi xanəgahı olmuĢ dur. Kəndin
adı məh z xanəgahla əlaqədar yaran mıĢdır. Lakin xanəgah komp leksindən qədim
tikililər qalmamıĢdır. Ziyarət yerindəki baĢdaĢıların ın tarixi 707 (1307-1308) və
1010 (1601-1602)-cu illə rdir.
Naxçıvandakı Əlincə qalası ətəklərində uyuyan görkəmli Ģəxsiyyətlərlə
əlaqədar ġey x Xorasan xanəgahının tarixi haqqında dəqiq məlu matımız yo xdur.
Bəzi tədqiqatçılar xanəgahı Teymu rilərə qarĢı A zərbaycanda baĢ vermiĢ
hürufilər hərəkatı və onun Ģeyxi, görkəmli ədib və filosof Fəzlullah Nəimi ilə