130
əlyazmasına (hər ikisi VaĢinqtonun Frir qalereyasında saxlanılır) çəkilmiĢ
miniatürlərdə ö z əksini tap mıĢdır.
XV əsrin i k in c i yarısında rəssamlar, kitab sənəti ustaları Uzun Həsənin
(sonralar Sultan Yaqubun) Təbrizdəki və ġirvanĢahların ġa ma xıda kı saray
kitab xanasında cəmləĢmiĢdilər. Bu dövrün miniatürlərlə bəzədilmiĢ əlyazma ları
nadirdir. Hidayətin "Divan"-ının əlya zmasına çəkilmiĢ miniatürlər 1478-c i ilə
aiddir (Dublində, Çester Bitti kitab xanasındadır). Uzun Həsənin oğlu Sultan
Xəlim tərəfindən tərtib edilmiĢ bu əlyazması Azərbaycan dilindədir və əlyazmaya
miniatür əlavə olun muĢdur.
Bu dövr Təbriz məktəbinin, habelə Yaxın və Orta ġərqin incilərindən biri
Nizami "Xəmsə"sinin 1481-ci ildə tərtib edilmiĢ əlyazmasıdır (o əlyazmanı saray
xəttatı Əbdürrəh im əl-Yaqubi tərtib etmiĢdir və hazırda bu əsər Ġstanbulun
Topqapı mu zeyindədir). Ġki rəssam ġey xi və Dərv iĢ Məhəmməd bu əlyazmanı 19
miniatürlə zəngin ləĢdirmiĢdi. Özünün quruluĢu və kolorit həllinə görə bu rəsmlər
XIV əsrin əvvəllərinin min iatürlərindən xüsusilə seçilir.
XV əsrdə Təbriz məktəbinin təsiri altında Azərbaycanın digər inzibati-
mədəni mərkəzlərində də miniatür rəssamlığ ı in kiĢaf edirdi. 12 məĢhur ġərq
Ģairinin əsərlərinin əlyazmasının toplusu olan ġamaxı "Məcmuə"sindəki
miniatürlər ġirvan məktəbinin parlaq nümunələrid ir. 1468 -ci ildə yerli xəttat
ġərəfəddin Hüseyn Sultani tərəfindən tərtib edilmiĢ "Məcmuə" 8 min iatürlə
bəzədilmiĢdir (əsər Londonda, Britaniya muzey ində saxlanılır). Min iatürlərdə
gerçək həyatın mü xtəlif səhnələri əks etdirilmiĢdir. Bakı rəssami Əbdülbaqi
Bakuv inin mü xtəlif vərəq lərdə çəkd iyi 2 min iatür böyük maraq doğurur
(Ġstanbulda, Topqapı muzeyində saxlanılır). Bu min iatürlərin müəllifi "Siyah
qələm" adlanan üslubun mahir ustası kimi məĢhurlaĢ mıĢdı.
XV əsrin ikinci yarısında, xüsusilə Sultan Yaqubun hakimiyyət dövründə
Təbriz yenidən bütün müsəlman ġərqin in mühüm siyasi və mədəni mərkə zinə
çevrild i. Bu zaman miniatürlərlə bəzədilmiĢ oxlu əlyazması tərtib edildi. Xüsusi
elmi ədəbiyyatda bu əsərlər "türkman məktəbi"nə mənsub olan nümunələr kimi
təqdim olunur. Lakin qeyd etmək vacibdir ki, bu əlyazmaların əksəriyyəti Təbriz
mə ktəbinə mə xsusdur.
Bu dövrdə sənətkarlığın güclü yüksəliĢi xüsusilə nəzərə çarp ırdı.
Azərbaycan Ģəhərlərində mü xtə lif parçalar, xalçalar, metal və saxsı məmulatı
hazırlan ırdı. Ölkən in sənətkarlığında Gəncə, Bərdə, Beyləqan, Naxçıvan, ġamaxı,
Bakı, Təbriz və Ərdəbil Ģəhərləri aparıcı mövqe tutmaqda id i.
XIII-XIV əsrlərdə Azə rbaycanda geniĢ yayılmıĢ dekorativ-tətbiqi incəsənət
növləri arasında keramika aparıcı yer tuturdu.
131
Müəyyən olunmuĢdur ki, XIII-XIV əsrlərdə Azərbaycan ərazisində bir neçə
saxsı istehsalı mərkəzi vardı. Bu mərkəzlərdə həm məiĢət təyinatlı məmulatlar,
həm də binaların ü zlən məsi üçün yüksək keyfiyyətli kaĢılar hazırlan ırd ı. Bu dövrdə
Azərbaycan dulusçuluq sənətinin ən zəngin sahəsini mayetutumlu saxsı istehsalı
təĢkil etmiĢdir. Digər ġərq ölkələrində olduğu kimi, Azərbaycanda da dulusçuluq
məmu latı minalan ırd ı (bu əməliyyat hazırlanan məhsulların möhkəmliyin i artırmaq
məqsədilə aparılırdı).
Dekorat iv-tətbiqi incəsənətin digər növlərində olduğu ki mi, dulusçu ustalar
da yaradıcılıq prosesində gerçək təbiətdən ilhamlan ır, artıq qərarlaĢ mıĢ bədii
ənənələri təkmilləĢdirirdilər. Sənətkarları əhatə edən bütün gerçəklik (bitkilər,
heyvanlar, quĢlar, mü xtəlif məiĢət əĢyaları, memarlıq elementləri və s.) bu dövrdə
hazırlan mıĢ saxsı məmu latı bəzəklərində özünün ümumiləĢdirilmiĢ ifadəsini
tapmıĢdı.
Saxsı ustaları mürəkkəb süjet kompozisiyalarını daha çox və böyük ustalıqla
təsvir edirdilər. Lakin müraciət olunan mövzu dairəsi geniĢ deyildi. Daha ço x təsvir
olunan mövzulara ov səhnələri aid idi. Firdovsinin və Nizamin in əsərlərindəki
motiv lər də ustaların diqqətini cəlb edir, bu isə saxsı məmu latının dekorativ
tərtibatında öz əksini tapırdı.
Ustaların yaradıcılıq təxəyyülü nəinki saxsı məmu latın ın hazırlan ması və
bəzədilməsində, habelə daĢın bədii baxımdan emal o lunmasında özünü büruzə
verird i. AbĢeron yarımadasında bədii oymaya dair xeyli maraqlı abidə mühafizə
edilir. XIII-XIV əsrlə rə aid olunan bu abidələrə sandıq Ģəkilli qəbirüstü daĢlar
aiddir.
Həmin sənduqələr gözəl həndəsi və nəbati naxıĢlarla bəzədilmiĢdir. Öküzün
qabarıq təsvirlərinə malik olan daĢ lövhələr də bu abidələr qisminə daxildir. Lakin
"Bayıl daĢları" adı ilə məĢhurlaĢmıĢ mü xtəlif vaxtlarda Xəzər dənizinin
dərinliklərində, Bakı körfəzində aĢkar olunmuĢ oyma, yonma daĢ nümunələri daha
maraqlıd ır. Bu qabarıq lövhələr üzərində daĢın daxilinə sirayət etdirilmiĢ yazılar
mövcuddur. Ərəb qrafikası əsasında həkk olunmuĢ bu yazılara nəbati naxıĢlar, insan
və heyvan təsvirləri ilə əhatə edilmiĢdir. "Bayıl daĢları" arasında realist ifadə tərzi ilə
fərqlənən portret təsvirləri xüsusilə diqqətəlayiqdir. Tədqiqatçılar ehtimal edirlər ki,
bu kiĢi və qadın təsvirləri aid olduğu dövrün məĢhur Ģəxsləridir. Azərbaycanın baĢqa
ərazilərində də "Bayıl daĢları"na bənzər nümunələrə təsadüf edilmiĢdir. Bunlara ilk
növbədə Ağdam bölgəsinin Xaçındarbat kəndindəki məqbərənin üzərində oyulmuĢ,
1314-cü ilə aid edilən mü xtəlif heyvan təsvirləri ilə (öküz, mara l, Ģir, bəbir və s.)
bəzədilmiĢ nümunələr daxild ir.