128
əlaqələndirirlər. Hələlik bu barədə dəqiq tarixi məlu mat yo xdur. Yalnız xanəgahın
sufilərə məxsus olduğunu göstərən kitabələr mövcuddur.
Ko mpleksdə konstruktiv memarlıq formasına görə XII-XIII əsrlərə aid
edilmiĢ türbə binasının qapısı üzərindəki kitabənin axırıncı sətrindəki sözlər və
tarix daĢ ovulub töküldüyü üçün qalmamıĢdır. Ərəbcə yazılmıĢ kitabənin tərcüməsi
belədir: "Bu müqəddəs, mübarək məqbərənin tikilməsinə öz xüsusi malı hesabına
əmir isfəhsailar, qüdrətli, böyük alim, adil, dinin və dövlətin xoĢbəxtliyi, islamın
gözəlliyi, hökmdarların və sultanların qılıncı, hər iki müqəddəs yerin (Məkkənin və
Mədinənin) Ģöhrəti, Hacı Zəvvarın və iki müqəddə mübarək məkanın dayağı Uluq
Qutluq Lələ bəy əs-Səfvəti (sufi)i Allah onun kölgəsini əsirgəməsin - bu imarətin
memarı hörmətli alicənab Xace Cəmaləddindir..."
Türbəni tikdirən Ģəxsin çox yüksək titulları, ləqəbləri onun baĢ sərkərdə, alim
olduğunu göstərir. Lakin türbənin kimin üçün tikdirdiyi bir müəmma olaraq
qalmaqdadır.
"ġeyx Xorasan" dedikdə, bəzi tədqiqatçılar bu adın GünəĢ mənasında
Fəzlu llah Nəimiyə verildiyini söyləyirlər. Mənbələrdəki məlu mata görə, Teymurilər
onu Əlincə qalasına qədər təqib edib, oralarda edam etmiĢlər. Ço x mü mkündür ki,
onu yerli əhali gizlicə basdırdığı üçün qəbri məlu m olmamıĢdır.
Xanəgahın sufizmlə bağlılığını isə ikinci türbə üzərindəki kitabə və orada dəfn
edilmiĢ alimin, Ģeyxin vaxtilə Naxçıvanda sufiliyi yayan mürĢidlərdən olduğu bir daha
sübut edir. Ərəbcə yazılmıĢ kitabənin məzmunu belədir: "Bu cənnət (meqbərə)
səxavətli, kamil, mükəmməl alim, Ģeyx, hacıların və iki müqəddəs məkanın (Məkkənin
və Mədinənin) iftixarı, xalq lar içərisindəki tayfaların, sufi cəmiyyətlərinin mürĢidi,
Allahı tanıyanların Ģeyxi Hacı Lələ Məlikindir. Tikinti əzəmətli, kəramətli xatun Xond
Bikə xatunun - onuri isməti artıq olsun - səyi ilə 901 (1495-1496)-cı ildə tamam oldu".
Türbəni tikdirmiĢ Xond Bikə xatunun birinci türbədə dəfn edilmiĢ Qazi Məcdəddinin
qızı Xond Bikə olduğu güman edilə bilər. Kitabədə adı çəkilən ġey x Hacı Lələ
Məlik böyük sufi Ģey xi olmuĢdur.
Kitabələrə görə, sufi xanəgahının ġamaxının cənub-Ģərqindəki Göylər
kəndində, qədim ġamaxı-Cavad-Ərdəbil yolu üzərində də fəaliyyət göstərdiyi
müəyyən edilmiĢdir. Xa lq arasında "Piri Mərdəkan" adı ilə Ģöhrət tapmıĢ və
memarlıq tarixinə daxil olmuĢ xanəgah kompleksindən ancaq türbə binası salamat
qalmıĢdır.
Türbədə məzar üzərində qoyulmuĢ baĢdaĢı və divara hörülmüĢ kitabələr
abidənin düzgün adını və təyinatını iĢıqlandırır. BaĢdaĢında süls xətti ilə ərəbcə
yazılmıĢdır: "Rəh mli və mərhəmətli A llahın adıyla. Bu qəbir Ģeyx, imam, ən böyük
alim, mömin Tahir Tac I Hüda Mədəkani ibn Əlin indir. A llah ona rəhmət eləsin".
129
Bunu əhatə edən haĢiyədə, ayrı-ayrı xonçalar içərisində 13 dəfə Allah" sözü
yazılmıĢdır. Epitafiyanın tarixi yoxdur. Lakin qapıdan giriĢ yerində, sol divara hörülmüĢ
kitabəyə əsasən onun tarixini müyyənləĢdirmək mü mkündür. Ġki sətirlik kitabənin
salamat qalmıĢ hissəsi belədir: "...ən böyük padĢah, xaqan... Fərru xzad ibn Fazil əl-
müvəhhid (yeganə bilikli) Mənuçehr...".
Kitabənin paleoqrafik xüsusiyyəti, türbənin konstruktiv-memarlıq forması imkan
verir ki, kitabədə adı çəkilən ĢirvanĢahın III Mənuçehrin oğlu Fərruxzad olduğunu qəbul
edək. O, 600 (1203-1204)-cü ildə vəfat etmiĢdir. Deməli, türbə ġirvanĢah Fərruxzadın
əmri ilə tikilmiĢdir.
Alim Tac əl-Hüdanın "mömin", "Ģeyx" titullarına və "imam" vəzifəsinə görə
onun xanəgah imamı olduğunu söyləmək mü mkündür. ġeyxin Mərdəkanla heç bir
əlaqəsi yoxdur. O, Cənubi Azərbaycanda, Həsənabadın 27 kilometr cənub-Ģərqində
yerləĢmiĢ Mədəkdəndir. Tac əl-Hüda Mədəkaninin ġirvanda yaĢayıb fəaliyyət
göstərməsi təsadüfi deyildi. ġamaxı "Dar ül-ədəb"ində və "ġairlər məclisi"ndə
dövrün görkəmli Ģair və ədibləri, alimlər toplaĢmıĢdılar. Görkəmli alim, həkim və
filosof Kafiəddin Ömər ibn Osman (Xaqaninin əmisi), Ģair və mütəfəkkir Xaqani
ġirvani məhz bu dövrdə ġamaxıda yaĢamıĢ, elm və ədəbiyyat aləminə tükənməz incilər
bəxĢ etmiĢlər. Kafiəddin ibn Ömər ibn Osman "Yerin və insanların günəĢi" adını
almıĢdı. Onun davamçıları da "DədəgünəĢ nəsli" kimi Ģöhrət tapmıĢdılar. ġamaxı
bölgəsinin DədəgünəĢ kəndi adını ondan almıĢdır. Deyilənə görə, DədəgünəĢdə
Kafiəddinin yaratdığı Tibb Akademiyası uzun müddət fəaliyyət göstərmiĢdir.
DədəgünəĢdən aĢağıda yerləĢmiĢ Məlhəm kəndində vaxtilə kükürdlü su və palçıq
yataqları olmuĢdur. Həmin təbii məlhəmlər DədəgünəĢin müalicə içində böyük rol
oynamıĢ və onun xalq arasında "Yerin və insanların günəĢi" adlanmasının əsil
səbəblərindən biri olmuĢdur. DədəgünəĢdə Kafiəddin adını əbədiləĢdirən ziyarətgah
yaranmıĢ və bu gün də fəaliyyət göstərməkdədir. "Piri Sultan DədəgünəĢ" adlanan
məqbərə binası iki otaqdan ibarətdir. Otaqlardan birində iki məzar vardır. Birinin
qəbir daĢı üzərində Ərəbcə yazılmıĢdır: "Bu məqbərə mərhum, bağıĢlanmıĢ, xoĢbəxt
ġəhid, əhalinin iftixarı, yüksək mövqelərin və böyüklərin görkəmlisi, mö minlərin
qulu, Allah yolu gedənlərin.. həqiqət axtaran övliyaların rəisi, DədəgünəĢ
övladlarından olan Ģeyx Məhəmməd ibn Ģeyx Dədə Qulunundu r- Allah onların
günahlarını bağıĢlasın. Allah onların dərəcələrini yüksəltsin. Min on birinci il tarixdə.
(1011-1602-03).
Azərbaycan miniatüründə baĢ verən keyfiyyət dəyiĢmələri və üslubun
formalaĢmasının təkamü lü "Cami ət-təvarix" əsərinin 1310-1415-ci illər
əlyazmalarına çəkilmiĢ min iatürlərdə (Paris Milli kitab xanası), Sultan Əh məd
Cəlairin in "Divan"ına (1405-1410-cı illərdə) və Nizaminin "Xosrov və ġirin"