123
Tərk eyləməzəm mən ol günahı.
Nəsimi öz yaradıcılığı ilə A zərbaycan ədəbiyyatına qiymətli yeniliklər
gətirmiĢ, milli poeziyanın in kiĢafında mühüm rol oynamıĢdır.
XV-XVI əsrlər A zərbaycan xa lqın m siyasi, iqtisadi, mədəni həyatında yeni
yüksəliĢ dövrüdür. XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı əsasən doğma d ildə
inkiĢaf etməyə baĢladı.
XV əsrdə Azərbaycanın ictimai və mədəni həyatında görkəmli ro l oynamıĢ
Ģəxsiyyətlərdən biri də Ģair Cahanşah Həqiqidir. Qaraqoyunlular dövlətinin banisi
Qara Yusifin üçüncü oğlu CahanĢah 1397 (h.800)-ci ildə Xoy Ģəhəri yaxın lığında
doğulmuĢdur. Həqiqi Ģerə, musiqiyə, fo lklora böyük həvəs göstərmiĢ, dövrünün
mütərəqqi Ģəxsləri ilə yaxın əlaqə saxlamıĢ, elmə və maarifə rəğbət bəsləmiĢdir.
ġair klassik Ģerimizin ənənələrini davam etdirmiĢ, ö z lirik qəhrəmanını incə
ifadələr, gö zəl təĢbihlər, rəngarəng bədii boyalarla təsvir etmiĢdir:
Çəməndə sərv qədintək çinar görməmiĢəm,
Rüxin kimi sənəmi-gülüzar görməmiĢəm,
Fəraqi-dərdi-qəmindən nə fikrim olsa mənim,
Çü sən təki sənəmi-qəmgüsar görməmiĢəm.
ġair 1467-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən döyüĢdə
öldürülmüĢdür. Onun oğlu Pirbudaq da Ģair idi.
Orta əsr təzkirəçilərinin verd iyi məlu mata görə, Nemətullah Kişvəri
Qəzv ində anadan olmuĢ, lakin Təbriz Ģəhərində yaĢamıĢdır. Əsərlərindən məlu m
olur ki, Ģair Ağqoyunlu hökmdarı Sultan Yaqubun diqqətini özünə cəlb etmək
istəmiĢdir:
Qələndər KiĢvəridir bir süxəndan,
Sü xənguyadır üĢtə kuyi-meydan.
Onun hər beytidir b ir dürri-qəltan,
Qulaq asmaz ona Yəqub Sultan,
Məni bu qayğı öldürdü, mədəd hey.
BaĢqa bir Ģerində isə Ģair Sultan Yaqub dövrünü (1478-1490) arzulamıĢdır.
KiĢvəri Nəsimi irsinə bağlı olmuĢ, lakin məhəbbət mövzusuna daha artıq
mey il etmiĢ, təriqətçilik təsirindən uzaq olmuĢdur.
124
KiĢvərin in Ģeirlərində "dəli" əvəzinə "tilbə", " xəstə" əvəzinə "sayru",
"sərxoĢ" əvəzinə "əsrük", "piyalə" əvəzinə "əyaq" kimi qədim Azərbaycan sözləri
çox iĢlən ir. Həmin sözlər sonrakı dövrlərdə ədəbi d ilimizdə ərəb və fars kəlmələri
ilə əvəz ed ilmiĢdir.
XIII-XV əsrlərdə ədəbi inkiĢafın uğurlarını be lə yekunlaĢdır maq ola r: bu
dövrdə sxolastika, saray Ģeri, qəsidəçilik və mədhiyyəçilik zəiflədi, ġəbüstəri,
Nəimi, Əvhədi, Nəsimi, Həqiqi, KiĢvəri kimi mütəfəkkir Ģairlərin yaradıcılığ ı ilə
fəlsəfi lirika qüvvətləndi, iĢğalçı müharibələrə, ədalətsizliyə etiraz motiv ləri mistik
formada öz bədii ifadəsini tapdı, ədəbiyyatda Ģəriət ehkampərəstliyi, irticaçı ruhani
ideologiyası tənqid olundu və etiqad sərbəstliyi ideyaların ın tərənnümü
qüvvətləndi.
Epiqraflk abidələr. Tarixi yaradan ata-babalarımızın əli ilə əsrlərin daĢ
yaddaĢına həkk olun muĢ, bizim bu torpağa vərəsəlik hüququmuzu sənədləĢdirən,
xalq ımızın bəĢər tarixində yerini müəyyənləĢdirən, məzmun cəhətdən çox
rəngarəng inĢaat kitabələri, dövlət aktları və ictimai sənədlər, epitafiyalardan ibarət
epiqrafik ab idələr əsrlərin keĢmə keĢlərinə, təbii tə xribatlara sinə gərərək
zəmanəmizə qədər gəlib çıxaraq bir ço x hadisələr haqqında bəzən yeganə, hətta
orijinal məlu mat verir.
Bakıdakı tarixi-memarlıq abidələrin in qoruq muzeyi "ġirvanĢahlar sarayı"
ko mpleksində qabarıq təsvirlərdən, yazılardan ibarət olan ―Bayıl daĢları‖nın bədii
tərtibatı, paleoqrafiyası və daĢların ölçülərinə əsasən demək olar ki, kitabələrin sayı
öncədən ehtimal ediləndən xey li ço xdur. AĢkar o lunmuĢ 700-ə qədər daĢ parçası
əsasında kitabələrin tam mətnini bərpa edib o xu maq mü mkün deyil. Həm də dəniz
dibindən qaldırılmıĢ daĢların yazılarının ço xunu su yuyub tamamilə pozmuĢdur.
Kitabələrin aĢkar olunduğu obyekt ədəbiyyatda "Karvansara", "AtəĢpərəstlər
məbədi", "Sualtı Ģəhər", "Bayıl daĢlan" kimi məlu mdur. Son zamanlara qədər
mübahisəli olan tikintin in təyinatının sirri dünyada misli görünməmiĢ islam
epiqrafik ab idələri içərisində öz bədii tərtibatı, canlı və əsatiri aləmin təsviri ilə
seçilən nəhəng kitabələrdədir.
Bürclü qala hasarını kəmərvari əhatə edən bir sətirlik kitabələrdən birində
deyilir: "Mərhəmətli və rəh mli Allahın adıy la. Bu bina müdrik, ad il Allahın kö məyi
ilə zəfər çalmıĢ, əlaəddünya və əddin ĢirvanĢah, islam və müsəlman ların padĢahı,
hökmdarların və sultanların tacı, Cami Əfruddinin varisi Əbülmü zəffər ġirvanĢah
Fəribürz , GərĢasb, Fərru xzad, Salar, Yəzid, Əh məd, Məhəmməd, Məhəmməd
Məzyəd əĢ-ġeybaninin hakimiyyəti vaxtında, Məhəmməd Mustafa Əleyhüssəlamın
hicrətindən sonra hicri 630 (1232-1233)-cu ildə bina ed ilmiĢdir".
125
Ġkinci kitabədə ġirvanĢahların Ģəcərəsi eyni ilə təkrar olunmuĢdur. Bu kitabə
ġirvanĢah Fəribürzün oğlu ġirvanĢah Axsitanın adı ilə baĢlanmalıdır. Çünki qalada
tikinti və bərpa iĢləri onun döv ründə də davam et miĢdir. Hə min kitabə bədii
tərtibatına görə bütün Bayıl qəsri yazılarından fərqlənir. Xəttat-həkkak yuxarı
hissədə qalmıĢ geniĢ boĢluğu cürbəcür əsatiri və canlı təsvirlərlə doldurmuĢdur ki,
bu da abidəyə əsrarəngiz və gözəl görkəm vermiĢdir. Burada eyni kökdən sağa və
sola ayrılan hissələrdə verilmiĢ taclı insan baĢları, həmin formada təsvir olun muĢ
bəbir, çalağan baĢları ġirvanĢahlar Ģəcərəsinə, bu sülalədən olan hökmdarların
baĢçılıq etdiyi 1000 illik tarixə malik o lan dövlətin yenilməzliyinə iĢarədir. Bu
tikinti müharibə ərəfəsində hərbi istehkam, sülh zaman ı isə ticarət -liman məntəqəsi
kimi xid mət etmiĢdir.
ġirvanĢahlar dövlətinin hərbi qüdrətini, iqtisadi-ictimai inkiĢafın ı göstərən
tikililər arasında Mərdəkan qalasının kitabəsi də maraq lıd ır. Kitabədə qalanın
"müdrik, ad il Allah tərəfindən kömək olun muĢ mü zəffər islam və müsəlman ların
bəzəyi, din in mübarizi GərĢasb, Fərru xzad, Mənuçehr vaxtında hicri 600 (1203-
1204)-cü ildə" bina olun ması haqqında mə lu mat verilir. Kitabədə "dinin
müdafiəçisi", "müdrik", "dinin və dövlətin ulduzu", "sipəhsalar" və baĢqa bu kimi
epitetlərlə səciyyələndirilmiĢ Əl-Əmir Ġshaq Kakili qala sahibi kimi qeyd
olunmuĢdur.
AbĢeronda mövcud olan 30-dan çox qalanın baĢ komandanlar və hərbi
sərkərdələr tərəfindən tikilməsini təsdiq edən kitabələr, bütün qalaların ġirvanĢahlar
dövlətinin vahid müdafiə sisteminə daxil o lmasım sübut edir.
ġirvanĢahlar dövlətinin XIII-XV əsrlərdə qüdrətli bir dövlət olması, onun
Ģimal sərhədlərinin Cənubi Dağ ıstanda Samur çayına qədər gedib çıxması, Dərbənd
qala divarla rın ın möhkə mləndirilməsi, orada bərpa iĢlərinin aparılması, A xtıda,
Za xurda istehkam xara kterli bürclə rin bina edilməsi haqqında xəbər verən kitabələr
az deyildir.
ġirvanĢahlar dövlətində ĢirvanĢahdan sonra ikinci əsas vəzifə hesab olunan
sipəhsalar (baĢ komandan) vəzifəsinə hökmdarların qohumları təyin olunurdu. Bu
fikri indi "Qız qalası" ilə üzbəüz sərgidə nümayiĢ etdirilən baĢ komandan "Əmir əl-
əzəm əl-ələm əl-əkrəm", "Dəstur əl-ü məra fı-aləm" Təh murəs ġey x Bəh lulun çox
nəfis bədii tərtibata malik sənduqə formalı məzar daĢının kitabəsi sübut edir.
Təhmurəs (vəfatı cu mada əl-axır 863/5. IV-4.V.1459) ġirvanĢah I Xəlilu llah ın
əmisi oğludur. Onun hakimiyyəti dövründə sarayda baĢ komandan vəzifəsini
daĢımıĢ və döyüĢdə Ģəhid olmuĢdur. Təhmurəs in atası ġey x Bəh lul isə ġirvanĢah I
ġey x Ġb rahimin qardaĢı idi.
Dostları ilə paylaş: |