114
Mədrəsələrdə dini təlim əsas yer tuturdu. Lakin bununla y anaĢı, ədəbiyyat, tarix,
coğrafiya, riyaziyyat, nücum, məntiq, fəlsəfə dərsləri də keçirilirdi.
Artıq XIII-XV əsrlərdə Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "ġeyx
Kəmaləddin Xocəndi", "DəməĢqiyyə", "Qazi ġey x Əli", "Məqsudiyyə",
"Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri məĢhur idi. ġənbi-Qazandakı "ġəfeiyyə"
və "Hənəfiyyə" mədrəsələri, Bakıda ġirvanĢahlar sarayının "ġah məscidi"
yanındakı mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə ġey x Səfi məqbərəsi
nəzdindəki "Darül-irĢad", Dərbənd məhəllə məscidi yanındakı məd rəsə, Rəbi-
RəĢididə 500 nəfərə qədər ustadın çalıĢdığı ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.
Mədrəsələrdə Azərbaycanın məĢhur münəccimi, riyaziyyatçısı, tarixçisi Xacə
Nəsirəddin Məhəmməd Tusinin "Ədəb əl-mütəllimin və mühəssilin" ("Müəllimlər
və tələbələr üçün ədəb qaydaları") adlı əsərində sadə və ümumi tərzdə Ģərh edilmiĢ
qaydalara riayət edilməsi qarĢıya qoyulurdu.
Bağdadın "Nizamiyyə" mədrəsəsindən sonra XIV əsrin əvvəllərində
Təbrizin Ģimal-Ģərqində yerləĢən Rəbi-RəĢid idə təsis edilmiĢ Darülfünun Yaxın və
Orta ġərqin ən böyük ali təhsil müəssisəsi sayılırdı. Həmin elmi müəssisədə 7 min
tələbə təhsil alırdı. Tələbələrin min nəfəri Rəb i-RəĢididə, 6 min nəfəri isə Təbrizin
özündə yaĢayırdı. On ların Rəbi-RəĢididə qaldıqları yer "Tələbə məhəlləsi"
adlanırdı.
Çindən, Hindistandan, Misirdən və Suriyadan Darülfünuna cəlb edilmiĢ 50
görkəmli alim tədris iĢi ilə məĢğul olur, həmçinin xəs tələri müalicə edirdi.
Darülfünunda təbiətĢünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat
Ģöbələri var idi. Təbabəti tədris edən hər müdərrisin 12 tələbəsi o lurdu. Təbabət
Ģöbəsində təhsil müddəti 5 il idi. Təhsilini bitirmiĢ tələbədən bir il ərzində Rəbi -
RəĢididə xəstələri müalicə etmək tələb olunurdu. Bu müddət ərzində tələbənin
aldığı ixtisasın keyfıyyəti hərtərəfli yo xlanılır, xəstələri müalicə etmək qabiliyyəti,
tibb sahəsində ustalığı müəyyənləĢdirildikdən sonra həkim iĢləmək üçün ona
icazənamə verilirdi. 5 ildən sonra yeni müdavimlər qəbul olunurdu. Təbabət
Ģöbəsinin tələbələri aldıq lan ixtisas üzrə Rəbi-RəĢididə yerləĢən "Dar üĢ-Ģəfa"da
("ġəfa evi") təcrübə iĢi aparırdılar. Təbabətdən dərs deyən həkim-müəllimlər üçün
Rəbi-RəĢididə ayrıca məhəllə salın mıĢdı. Məktəblər, mədrə-sələr və ali təhsil
müəssisələri nəzd ində kitab xanalar fəaliyyət göstərirdi. Alimlər tərəfindən
yazılmıĢ, məĢhur xəttatlar tərəfindən üzü köçürülmüĢ, mü zəhhiblər və nəqqaĢlar
tərəfindən haĢiyələrlə bəzədilmiĢ kitabların sayı vəqf hesabına artırd ı.
Rəbi-RəĢididə elmin mü xtəlif sahələrinə dair 60 min nüsxə kitabın
saxlan ıld ığı böyük bir kitab xana var idi.
115
Tarixçi Vəssaf ġənbi-Qazandakı iki böyük kitab xananı "Qiy mətli kitablar
xəzinəsi" adlandırmıĢdı.
Təbriz, Ərdəbil, Bakı, ġamaxı və Gəncədə də böyük kitab xanalar vardı.
Bakıdakı ġirvanĢahlar sarayında, Ərdəbildəki ġey x Səfi məqbərəsinin
kitab xanasında elmin mü xtəlif sahələrinə aid yüzlərlə kitab toplanmıĢdı. Təbrizdə
Ağqoyunlu hökmdarı Uzun Həsənin və Sultan Yaqubun saraylarında da b öyük
kitab xanalar fəaliyyət göstərmiĢdir.
Məktəb və mədrəsələrdə ərəb və fars dilləri ilə yanaĢı, Azərbaycan dili də
səslənirdi. Təsadüfi deyildir ki, XIII-XV əsrlərdə A zərbaycan dilində bir sıra
əsərlər yazılmıĢ və onlardan bəzisi fars dilindən Azərbaycan dilinə tərcü mə
edilmiĢdir.
Yaxın və Orta ġərqin ən məĢhur rəsədxanası A zərbaycan alimi Xacə
Nəsirəddin Məhəmməd Tusinin (1201-1274) göstəriĢi və iĢtirakı ilə 1259-cu ildə
Marağa ətrafında, yüksək bir yerdə təsis edilmiĢdi. Onun nücum elminə dair "Zic
Elxan i" ("Elxan i cədvəlləri") əsəri səyyarələrin (planetlə rin - uldu zla rın. - məsul
red.) və digər səma cisimlə rin in öyrənilməsinə həsr olunmuĢdu. Alimin
yaradıcılığ ında "Əxlaq i-Nasiri", "Əxlaqi-möhtəĢəmin", "Övsafül-əĢrəf‖, "Risaleyi-
fəlsəfi", " Qəvaidi-elmi-tibb" adlı fəlsəfi, əxlaqi, məntiq i, riyazi əsərlər mühü m yer
tutur. Görkəmli alimin maliyyə məsələlərinə, mus iqiyə və s. sahələrə aid sanballı
əsərləri də vard ır. Alim Orta ġərqdə məĢhur nücum və riyaziyyat məktəbin in
əsasını qoymuĢ və sonralar bu məktəbin bir ço x nümayəndələri görkəmli alim kimi
geniĢ Ģöhrət qazanmıĢlar. Marağa rəsədxanasının təsisində mühüm xid mətləri
olmuĢ Marağalı Fəxrəddin, ġirvanlı ġəmsəddin bunlara misal göstərilə b ilər.
Marağa rəsədxanası böyük elm və tədris ocağı idi. 50 ilə yaxın fəaliyyət
göstərmiĢ bu rəsədxanada Yaxın və Orta ġərq ölkələrindən, Çindən gəlmiĢ
tədqiqatçılar elmi axtarıĢlar aparırd ılar. Nəsirəddin Tusinin rəhbərliyi ilə burada
təĢkil edilmiĢ ali təhsil müəssisəsində onlarca xarici tələbə təhsil alırd ı. Tusinin
baĢçılığı ilə bir sıra qiy mətli kitablar yunan dilindən ərəb və fars dillərinə tərcü mə
olunmuĢdu. O, nücuma və həndəsəyə aid tədris kitabları da tərtib etmiĢdir. Alimin
"Evklid in həndəsi üsulları kitabı"ndan uzun müddət tədris vəsaiti kimi istifadə
olunmuĢdur.
Xacə Nəsirəddin Məhəmməd Tusi vəfat etdikdən sonra rəsədxananın iĢi
onun övladları Sədrəddin Əli və Əsiləddin Həsən tərəfindən (1317-ci ildə vəfat
etmiĢdir) davam etdirilmiĢdir.
XIV əsrin əvvəllərində ġənbi-Qazanda da əzəmətli bir rəsədxana tikilib
istifadəyə verilmiĢdi. Böyük elmi mərkəz sayılan bu rəsədxana Marağa rəsədxanası
üslubunda Qazan xan ın təĢəbbüsü ilə tikilmiĢ və dəqiq cihazlarla təch iz edilmiĢdi.