132
Azərbaycan ərazisində dəmirin, misin, qızılın və digər metalların mövcudluğu
bu əsrlərdə daha bir dekorativ-tətbiqi incəsənət sahəsinin metalın bədii emalının
geniĢ surətdə yayılması üçün əlveriĢli Ģərait yaratmıĢdı. Bu dövrün metal məmulatı
nümunələri həm ölkəmizin muzey kolleksiyalarında, həm də xarici ö lkələrdə kifayət
qədərdir (mü xtəlif boĢqablar, qazanlar, küplər, Ģamdanlar, quĢ, inək və s. Ģəkilli
fiqurlar). Həmin nümunələr həm dekorativ, həm də utilitar (məiĢət) təyinatlıdır.
Mənbələrdən məlu mdur ki, XIII-XIV əsrlərdə Azərbaycanda metal
məmu latın ın hazırlan masın ın mühü m mərkəzləri Gəncə, Bərdə, Naxçıvan, ġamaxı,
Təbriz və Ərdəbil olmuĢdur.
Orta əsr mənbələrində metal məmulatının hazırlan ması ilə məĢğul olan
sənətkarlıq emalatxanaları karxana adlanırdı. Məsələn, Təbriz Ģəhərində zərgərlərin və
dəmirçilərin karxanası olması haqqında məlumat verilir. Həmdullah Qəzvini də
Naxçıvanın, Gəncənin mis və dəmir mədənlərin i qeyd edir.
Son onilliklərdə ġirvanda (Bakı, ġamaxı və s.), Naxçıvanda, Mil düzündə
(Örənqala, Qəbələ) aparılmıĢ arxeoloji qazıntılar nəticəsində xeyli maraqlı və
özünəməxsus fiqurlu, maye tutumlu dulusçuluq məmulatı aĢkar edilmiĢdir. XIII-
XIV əsrlərdə Azərbaycanda hazırlan mıĢ fiqurlu qablar böyük elmi maraq kəsb edir.
Çünki bu material "müsəlman ġərqində heykəltəraĢlıq nümunələrinin
olmaması" haqqında köhnə baxıĢı rədd edir.
Ġndiyədək Azərbaycan sənətkarları tərəfindən metaldan hazırlanmıĢ xeyli
fıqurlu məmulat bizə gəlib çatmıĢdır. Lakin bunlar içərisində ən qiymətlisi 1206-cı ildə
istehsal edilmiĢ, hazırda Sankt-Peterburqdakı Ermitaj kolleksiyasında saxlanılan
bürünc su qabıdır. Ġnək, buzov və bəbir fiqurlarından ibarət kompozisiyalı,
özünəməxsusluğu ilə fərqlənən bu qabı ġirvan sənətkarı Əli ibn Məhəmməd
hazırlamıĢdır. Hər üç fiqurun üzərini bəzəyən rəsmlər qabın xüsusilə seçilən
məziyyətlərindən biridir. Fiqurlar üzərində ov, ziyafət, nərd oyunu və s. kimi
səhnələr, ornamentli motivlər təsvir edilmiĢdir.
XIII-XIV əsrlərdə Azərbaycan ustaları su və Ģərbət saxla maq, xörək biĢirmək
üçün nəzərdə tutulmuĢ iri bürünc, tökmə qazanlar hazırlanması sahəsində böyük
uğurlar qazanmıĢdılar. 1399-cü ildə Əbdüləziz ibn ġərifəddin Təbrizinin hazırladığı
nadir bürünc qazan metaltökmə texnikasının möcüzəli nümunəsi hesab olunur. Bu
qazan Əmir Teymurun Xoca Əhməd Yasəvi məscidinə peĢkəĢi idi. Qazanın ağırlığı
2000 kiloqram, hündürlüyü 158,3 santimetr, diametri 243,4 santimetrdir. Hazırda bu
qazan Sankt-Peterburqda, Ermita jda saxlanılır.
Qoyunçuluğun mövcudluğu, gözəl təbii boyaq maddələrinin və bitkilərinin
olması bu dövrdə xalçaçılığın da inkiĢafı üçün əlveriĢli imkanlar yaratmıĢdı.
Azərbaycan xalçaları nəinki daxili tələbatı ödəyir, habelə digər ölkələrə də geniĢ
133
surətdə ixrac edilirdi. Azərbaycan xalçalarının bu dövrdə ölkədən kənarda geniĢ
yayıldığını görkəmli Qərbi Avropa və ġərq rəssamlarının əsərlərindəki xalça təsvirləri
də təsdiq edir.
XV əsrdə baĢlıca olaraq Ģəhərlərdə cəmləĢmiĢ yerli sənətkarlar məiĢət
tələbatını ödəyən və bədii əhəmiyyət kəsb edən müxtəlif dekorativ incəsənət əĢyaları
hazırlayırdılar. Bu dövrdə Azərbaycan ustaları bedii metal emalı sahəsində daha
yüksək səviyyəyə çatdılar. Metaldan silah, məiĢət avadanlığı, mü xtəlif səciyyəli elmi
cihazlar hazırlanırdı. Elmi c ihazların hazırlanması iĢində ġirvan ustaları daha böyük
uğurlar qazandılar. Bədii metal emalının ġirvan məktəbinə məxsus olan bir nümunəsi
(bürünc üstürlab) hazırda ABġ-da, R.Xararin in Ģəxsi ko lleksiyasındadır. Bu üstürlab
həm astronomik alət, həm də maraq lı tətbiqi incəsənət nümunəsi kimi diqqəti cəlb
edir.
Bu dövrdə monumental-dekorativ saxsı istehsalı yüksək inkiĢaf
mərhələsində idi və dulusçuluq məmu latı istehsalının aparıcı sahəsini təĢkil
edirdi. Məscid, xanəgah və məqbərələrin daxili, xarici hissələrinin dekorativ
tərtibatında bu istehsal növündən geniĢ istifadə olunurdu. Bu baxımdan 1465-ci
ildə Təbrizdə tikilmiĢ "Göy məscid" diqqəti cəlb edir. Burada mü xtəlif tipli,
ölçülü, rəngli, təsvirli kaĢılar iĢlənmiĢdir. Məscidin bəzəyində mavi və göy rəngli
kaĢılardan daha çox istifadə edilmiĢdir (məh z buna görə də o, " Göy məscid" adı
ilə tanınır).
XIII-XV əsrlə rdə Azə rbaycanda musiqiçilərlə yanaĢı, xeyli musiq i
nəzəriyyəçisi də vardı. Təbriz Ģəhərinin mədəni mühiti Yaxın və Orta ġərq
ölkələrində məĢhur olmuĢ musiqiĢünasları - Xacə Nəsirəddin Tusini, Səfiəddin
Urməv ini, Əbdülqadir Marağayini, Xacə RizvanĢah ibn Zəki Təbrizini, Hafizi və
YusifĢahı yetirmiĢdi. Səfiəddin Urməvi, Xacə RizvanĢah Təbrizi və Əbdülqadir
Marağayi
Azərbaycan musiqi nəzəriyyəsinin ənənəvi, peĢəkar musiqi
məktəblərinin və not yazılıĢı sahəsinin baniləri hesab olunurlar.
Səfiəddin Urməvi (1216-1293) Azərbaycanın Urmiya Ģəhərində anadan
olmuĢ, təhsilin i isə Bağdadda almıĢdır. O, ədəbiyyata, tarixə və xəttatlığa dərindən
yiyələn miĢ, Bağdadda xəlifənin kitab xanasında əsərlərin üzünü köçürmüĢ, məĢhur
alimlərin əsərləri ilə də tanıĢ olmuĢdur. O, əl-Fərabinin və Ġbn Sinanın əsərlərini
tədqiq etmiĢ, onların əsasında fərdi musiqi nəzəriyyəsini yaratmıĢ, 12 muğa mın, 6
avazatın və baĢqa əsərlərin müəllifi o lmuĢdur.
Təqribən XIII əsrin üçüncü rübündə Səfiəddin Urməvi Təbrizə, Elxanilərin
baĢ vəziri, Ģair və ədib ġəmsəddin Məhəmməd Cüveyninin yanına gələrək baĢ
vəzirin böyük oğlu ġərəfəddin Haruna musiqi təhsili verməyə baĢladı. Səfiəddin
burada yazdığı " Risaleye-ġərəfiyyə" adlı əsərin i də ġərəfəddinə ithaf etmiĢdi.