136
XIII əsr tarixçisi Fəzlu llah RəĢidəddinin verdiyi məlu mata görə, demək olar
ki, Babi Yəqubun baĢçılığı altında Qarabağda baĢlanmıĢ xalq hərəkatı artıq dini
çərçivədən çıxıb hərbi-siyasi xarakter almıĢdı. Onun Arranda fəaliyyət göstərən
müridləri ilə əlaqə saxlamıĢ Elxani hökmdarları haqqında RəĢidəddin yazır ki, Sultan
Əhməd Hülaku xanın Kutay xatundan olan yeddinci oğlu Təkudar ġeyx Babi Yəqubun
müridlərinə çox hörmət edirdi.
RəĢidəddin 1282-1284-cü il hadisələrindən bəhs edərkən göstərir ki, Sultan
Əhməd ġey x Babi Yəqub və onun müridlərindən kömək istəmiĢdi. Onun misal
gətirdiyi mənzum parçalardan aydın olur ki, ġeyx Babi Yəqub vəfat etsə də, müridləri
onun iĢini davam etdirirdilər. ġey x Babi Yəqubun kitabədə Ġsmail Qurxərin oğlu
kimi qeyd olunması onun Ġsmaililər hərəkatı ilə də bağlılığı ehtimalın ı doğurur.
Zəngilan bölgəsinin Məmmədbəyli kəndindəki türbə binasının qapısı üzərində
nəhəng daĢ lövhədə oyma üsulu ilə ərəbcə yazılmıĢ kitabə vardır: "Mən bu imarətin
sahibi, yüksək Allahın mərhəmətinə ehtiyacı olan zəif qul Yəhya ibn Məhəmmed əl-
Hacəm Əli Məcdəddinin əli ilə (memar) ramazan (ayı) 704-cü ildə bina olunmuĢdur"
(28.III.-27.IV. 1305). Kitabənin əvvəlində və haĢiyədə Qurandan ayələr yazılmıĢdır.
Kitabədən göründüyü kimi, türbə Yəhya ibn Məhəmmədin xatirəsini
əbədiləĢdirməkdən ötrü tikilmiĢdir. Həmin Ģəxsin Muhiyyəddin Məqr ibn Əndəlusi adı
ilə Ģöhrət tapmıĢ, "Cam-i üs-səğir" adlı əsərin müəllifi Yəhya ibn Məhəmməd
olduğunu güman etmək mü mkündür. O, Xacə Nəsirəddin Tusinin dəvəti ilə Marağa
rəsədxanasında iĢləmiĢdir. Mərhumun atası Əl-Hac da dövlətdə yüksək məqamlarda
olmuĢ kənd onunla əlaqədar "Məmmədbəyli" adını almıĢdır. Türbənin memarı Əli
Məcdəddin Araz və Həkərə çayları hövzəsindəki gözəl memarlıq abidələrini yaratmıĢ
məktəbin banisidir.
Bərdə türbəsi Azərbaycan memarlığının ən gözəl nümunəsi kimi böyük
əhəmiyyət kəsb edir. Abidənin bəzəyində istifadə olunmuĢ müxtəlif tərtibatlı və
xətli kitabələr diqqəti xüsusilə cəlb edir.
Türbənin kufi xətli kitabədən ibarət olan aĢağı kəmərvari hissəsindən yuxarı
biz hissəsinə qədər uzanan silindrvari gövdəsinin adi, qırmızı Ģirsiz kərpiclə
yaĢılımtıl, mavi Ģirli kərpiclərlə düzülüĢündən alınan "Allah" sözünün 200-dən
artıq təkrarı bəzək elementi kimi iĢlədilmiĢdir ki, bu da abidəyə əsrarəngiz bir görkəm
verir. Türbə ü zərindəki digər kitabələrin mətnini Quran ayələri təĢkil edir.
Kitabələrdən birində Əcəmi Naxçıvani məktəbinin davamçısı, memar Əhməd ibn
Əyyub əl-Hafiz ən-Naxçıvaninin adı və 722(1322)-ci il bina tarixi qeyd edilmiĢdir.
Memarın nəfis əsərləri sırasına Naxçıvandan 40 kilometr Ģimal-qərbdə -
Qarabağlar kəndindəki me marlıq tikililəri komple ksi qoĢaminarəli baĢtağ, türbə binası
da daxildir. Təkrar olunan kufi kitabənin mətni budur: "Allahdan baĢqa məbud
137
yoxdur. Məhəmməd Allahın rəsuludur". Abidənin friz hissəsində və baĢtağlardakı
nəsxfl kufi xətli kitabələrin mətnini Quran ayələri təĢkil edir. Minarələr arasında
giriĢ üzərindəki nəsx xətti ilə yazılmıĢ kitabənin qalığında "Bu binanın tikilməsini...
Cahan Kudi xatun əmr etmiĢdir" sözlərini oxu maq mü mkündür.
Kitabələrdə Azərbaycanda sənətkarlar, Ģəhər yoxsulları ilə əlaqədar fəaliyyət
göstərmiĢ Əxi qardaĢlıq cəmiyyəti haqqında da maraqlı faktlar vardır. AbĢeronun
Kürdəxanı kəndində olmuĢ Əxi zaviyəsinin kitabəsində deyilir: "Bu Ģərəfli zav iyənin
əzəmətli Ģeyxlərin nü munəvisi, vahid müdafiənin Ģiri Əxi Nurullah ibn Hacı Əbayilə
üçün tikilməsini səkkiz yüz əlli ikinci ildə (h. 852/1448^9) əmr etmiĢdir". Bakın ın
ĠçəriĢəhər Qala divarındakı iki kitabə (XIV-XV əsrlər), Nardaran pirində dəfn
edilmiĢ Mirzə Məhəmməd ibn Hacı Əxi AĢurun epitafiyası, əhalisi azərbaycanlılar
olmuĢ indiki Ermənistanın Ələyəz kəndindəki Əxi Təvəkkü lün zaviyəsinin (XVI əsr)
kitabəsi də Cənubi Qafqazda Əxi təĢkilatının olmasını göstərir.
ġirvanda sufi cəmiyyətlərindən Xəlvətiyyə də fəaliyyət göstərmiĢdir.
Xəlvətiyyənin abidələri Qubanın Pir Vahid, Xaçmaz bölgəsinin ġıxlar kəndində
qalmıĢdır.
Xəlvətiyyə təriqətinin ikinci Ģeyxi Seyid Yəhya Bakuvi ġirvanĢahlar sarayında
yaĢamıĢdır. Onun məqbərəsi, məscidinin bünövrəsi saray kompleksi abidələri
içərisində əhali tərəfindən "dərviĢ rnəqbərəsi" kimi tanınmaqdadır. ġirvanĢah Fərrux
Yəsarın 879 (l471)-cu il tarixli, bizə qədər gəlib surəti çatmıĢ yeganə fərmanında
GuĢtəsfi və Salyan vilayətlərinə və Mahmudabad Ģəhərinə hakim təyin olunmuĢ
Fərrux Yəsarın böyük oğlu ġamxal Sultan Məhəmməd Qazi bəyə verilən
tapĢırıqlardan ruhanilərin dövləti idarə sistemində nə qədər böyük rol oynadıqları aydın
görünür. ġirvanĢahın fikrincə, " ruhanilər dövlətin sütunlarıdır. Onların köməyi
olmadan rəiyyəti itaətdə saxlamaq mü mkün deyil".
Seyid Yəhya Bakuvidən irĢad almıĢ Mövlana ġeyx Yusif Xaçmaz bölgəsinin
ġıxlar kəndində fəaliyyət göstərmiĢdir. Onun ərəbcə yazılmıĢ "Bəyan ül-əsrar" adlı
fəlsəfi əsəri məlu mdur. Mövlana Yusifdən sonra onun iĢini oğlu Məhəmməd Əmin və
digər müridləri davam etdirmiĢlər. Onun məqbərəsi ġıxlar kəndindədir. Möv lana
Yusifin və onun ayağı altında dəfn olunmuĢ dörd müridin məzar daĢında kitabə
yoxdur. Yalnız oğlunun məzar daĢındakı kitabə belədir: "Bu qəbir Mövlana ġeyx
Yusifin oğlu mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altmıĢıncı il" (860/1455-56-
cı il). Türbədə və ətrafda dəfn olunmuĢ Xəlvətiyyə təriqətinin davamçılarının baĢdaĢıları
yuxarıdan çiyinlərdən qalxan papaqlı baĢ formasında tamamlanır. Papaq
yarımdairəvid ir.
Quba bölgəsinin Pir Vahid kəndindəki "66 övliya" ziyarətgahında da qeyd
edilən formada məzar daĢlarına rast gəlmək olur. Lakin bu abidələr tək-təkdir.