152
təbliğçilərindən biri idi. Bu cərəyanın hürufiliyin, nöqtəviliyin qızılbaĢlığın, "Əliallahi"
təliminin formalaĢmasına təsiri olmuĢdur. XIV əsrdə hürufiliyin mistik-panteist
təmayülünün meydana gəlməsi Azərbaycanın fəlsəfə tarixində əhəmiyyətli hadisə idi.
Hürufiliyin ideya mənbələri ilk növbədə ġərqin bidətçi fəlsəfi təlimləri, xüsusilə sufi
və ismaili fəlsəfəsi olmuĢdur. Onun formalaĢmasında ġərq peripatetizmi də müəyyən
rol oynamıĢdır. Hürufilik fəlsəfəsinə yunan təsiri də məh z ġərq peripatetizmi
vasitəsilə mü mkün olmuĢdur. XIV-XVI əsrlərdə Azərbaycanda, Türkiyədə və Ġranda,
Ġraq və Suriyada, Yaxın və Orta ġərqin digər ölkələrində geniĢ yayılmıĢ hürufiliyin
vətəni Azərbaycan idi. Təlimin banisi və hərəkatın ilk rəhbəri Fəzlullah Nəimi 1387-ci
ildə ilk dəfə olaraq Azərbaycanda yeni cərəyanın baĢlıca müddəalarını bəyan etdi.
Məhz buna görə də hürufilər Azərbaycanı "Sərzəmine-restaxiz" ("OyanmıĢ torpaq")
adlandırırdılar. Bir sıra məsələlərin həllində materializm mövqelərinə meyil,
nisbətən ardıcıl panteizmə əməl olun ması hürufiliyin baĢlıca cəhətləridir.
Hürufilik fəlsəfəsi Allahı gerçək aləmin, dünya təkamülünün məhsulunun -
insan və onun nitqinin içərisində "əridirdi". Hürufilər ərəb əlifbasında olan hərflərə
ilahi, mistik məna verirdilər. Onlar kainatın, aləmin əbədiliyini, gerçəkliyin dərk
olunmasının mümkünlüyünü qəbul edirdilər. Hürufizmin qnoseologiyasının mütərəqqi
tərəfləri idraka israrlı çağırıĢ, idrak prosesində təfəkkürün və nitqin roluna üstünlük
verilməsi və s. idi. Hürufizmin islama və dövrün digər monoteist dinlərinə münasibəti
özünəməxsus səciyyə daĢıyır. O, monoteist dinləri formal olaraq qəbul edir, öz
ehkamlarının təĢəkkülündə bu dinlərin müddəalarından istifadə edir, lakin mahiyyət
etibarilə həmin dinlərin hamısına zidd çıxırdı. Təsadüfi deyildir ki, hürufilik islam
ilahiyyatçıları tərəfindən bidət və allahsızlıq kimi qiy mətləndirildi, təlimin
nümayəndələri isə amansız təqib lərə məru z qald ılar.
Hürufilikdə təlimin mistik tərəfi xüsusi yer tutur. Mistika hərfi və səsi
ilahiləĢdirən hürufiliyin əsasını təĢkil edir.
Əsrlərlə mövcud olmuĢ digər fəlsəfi cərəyanlar kimi tarixən hürufiliyə də
daxili ziddiyyətlər, mübarizə, daxili təkamül xas olmuĢdur. Onun təkamül istiqaməti
xeyli dərəcədə dəyiĢən ictimai-iqtisadi və siyasi, ideolo ji Ģəraitdən asılı id i.
Fəzlullah Nəimi Təbrizi-Astrabadi (1339/40-1402) hürufilik təliminin
yaradıcısı olmuĢdur. 0, 1402-ci ildə Naxçıvanda Əmir Teymurun oğlu MiranĢah
tərəfindən edam edilmiĢdir. Nəimi sənətkarlar zümrəsindən çıxmıĢdı və öz dövrünün
arif Ģəxslərindən biri idi. 0, hürufiliyin baĢlıca müddəalarını ilk dəfə olaraq
"Məhəbbətnamə",
"Cavidane-kəbir",
"ƏrĢnamə"
traktatlarında,
qis mən
"Novmnamə" ("Yuxular haqqında") əsərində, "Ġsgəndərnamə" adlanan fəlsəfi
poemasında izah etmiĢdir. Nəimi təliminin səciyyəvi xüsusiyyəti dünyanın panteist
idrakı sisteminə yeni ünsürün - hərfin daxil edilməsindədir. Hürufilər yazını, nitqi və
153
təfəkkürü ifadə edən hərfləri Allah, dünya və insanla eyniləĢdirirdilər. Nəiminin
təlimində hərf insanın və kainatın (ona məxsus olan bütün əĢya və hadisələrlə birlikdə)
ilahiləĢdirilməsində vasitə roluna malikdir. Allahla, dünya və insanla eyniyyət təĢkil
edən hərf maddidir, oddan, sudan, torpaqdan və havadan ibarətdir. Təlimin baĢlıca
müddəaları bunlardır.
Azərbaycanda hürufilik təliminin ən böyük nümayəndəsi Ġmadəddin Nəsimi
(1369-1417) idi. O, yaradıcılığında mükəmməl bildiyi üç dildən (A zərbaycan, ərəb,
fars) istifadə etmiĢdir. Nəsimi əvvəllər sufiliyə aludə olmuĢdur. Lakin sonralar
hürufiliyə bağlan mıĢ, müsəlman ġərqin in bir sıra ölkələrində bu təlimin geniĢ
yayılmasında iĢtirak etmiĢdir. Nəsimi bu təlimin sıravi təbliğatçısı deyildi.
Hu manist Ģairin yarad ıcılığında mərkəzi yeri Ġnsan tutur. Onuni fikrincə,
son məqsəd və həqiqət Ġnsandır. O, Ġnsana kainatın təcəssümü və yaradıcısı kimi
yanaĢır. Nəsimi Ġnsanı bütün mövcudatın səbəbi hesab edir. "Ġnsan - Allahdır"
tezisin in əsaslandırılması və hərtərəfli inkiĢaf etdirilməsi Nəsimin in poeziyasında
baĢlıca yeri tutur. Nəsimi göstərird i ki, "Allahın insandan kənarda axtarılması
cəhdləri avamlıqdan irəli gəlir və bu cəhdlər əbəsdir". Bu fikirlər Nəsimi
poeziyasının əsas istiqamətini bariz Ģəkildə ifadə edirdi. Onun fikrincə, Ġnsan
"əzəldir, nəhayətsizdir. O, həyatın və ölümün mənbəyidir". Nəsiminin elmi, poetik,
fəlsəfi fəaliyyəti sayəsində XV və sonrakı əsrlərdə hürufilik təlimi ço x geniĢ
yayılır.
Nəimin in ardıcılı, A zərbaycan filosofu Əliyul-Əla "Qiyamətnamə",
"Tövhidnamə", "Kürsünamə" kimi mühü m əsərlərin müəllifi id i. O, hürufilik
fəlsəfəsinin Os manlı Türkiyəsində yayılmasında böyük rol oynamıĢdır.
XV əsrin sonu - XVI əsrin əvvəllərində hürufilik özünün keçmiĢ mü xalifətçi
və inqilab i ruhunu itirməyə baĢladı. Lakin hürufizmin itirmiĢ olduğu bu cəhətlər
nöqtəvilik təlimində yaĢamaqda idi. Azərbaycanda, Ġranda, Türkiyədə və
Hindistanda geniĢ yayılmıĢ bu təlim amansız Ģəkildə təqib edilird i. Məlu mdur ki,
əsasən xalq kütlələrinin iĢtirak etdiy i nöqtəvilik hərəkatın a ziyalılar və hətti hakim
sinfin nümayəndələri qoĢulmuĢdular.
Nöqtəvilik təliminin banisi Mahmud Pasihani Gilani olmuĢdur. O, Fəzlullah
Nəimin in Ģagirdi və ardıcılı id i. Lakin Pasihanin in ba xıĢları Nəimin in görüĢlərindən
kəskin surətdə fərqlən irdi. Pasihani təliminin materialist istiqamətdə olması və ifrat,
aĢkar bidətçiliy i "Ģagirdin" qovulmasına gətirib çıxard ı.
Nöqtəvilər dünyanı əbədi hesab edirdilər, bütün varlığı vəhdətdə görürdülər.
Bu fəlsəfi təlimdə "nöqtə" vəhdəti ifadə edirdi (təlimin adı da bu istilahdan
yaranmıĢdı). Təlimdə nöqtə Yerlə eyniləĢdirilir. Yer daim dəyiĢmədə və