156
nəticəsində tam dəqiqliyi ilə müəyyən olunmuĢdur ki, bu zaman Ģəhərdə ictimai həyat
birdən-birə sönmüĢdür; evlərin bir çoxundakı taxıl ehtiyatı yanıb tələf olmuĢ,
yanmamıĢ taxıl isə bir daha istifadə edilməmiĢdir. Evlərin birində böyük bir təndir
ağzına qədər dən ilə dolu qalmıĢdır. BaĢqa bir təsərrüfat quyusunun içərisindəki çəltik
ehtiyatından da istifadə olunmamıĢ dır. Bir otaqda isə yanmıĢ buğda qalıqları qalın
təbəqə yaratmıĢdır. Bu cür yanmıĢ qalın çəltik təbəqəsi də qonĢu otaqlardan birində aĢkar
olunmuĢdur. Otaqlardan birində böyük üzüm sərgisinin (mövcəlan) yanıb kömürə
döndüyü müəyyən edilmiĢdir. Bütün bunlar həmin yanğınları monqol hərbi yürüĢləri ilə
əlaqələndirmək üçün çox etibarlı arxeo loji dəlillərdir. Ġlk mənbələrdən məlumdur ki,
Beyləqanda monqolların dağıdıcı əməlləri 1221-ci ilin sentyabr-oktyabr aylarına
təsadüf etmiĢdir.
Arxeoloji qazıntıların aparıldığı sahələrdən birində eyni dövrə aid, qəbirsiz və
heç bir dini adətə riayət olunmadan (qibləsiz) uzanmıĢ bir insan skeleti aĢkara
çıxarılmıĢdır. Yanğın təbəqəsində yerləĢmiĢ bu skelet də, güman ki, monqolların
kütləvi qətllərinin qurbanı olmuĢ Ģəxsindir. Həmin qətllər vaxtı həlak olmuĢ baĢqa bir
isanın da skeleti çıxarılmıĢdır. Skelet uçmuĢ qala divarının altında lalmıĢdır. Skeletin
qabırğaları üzərindən Eldəniz hökmdarının zərb etdirdiyi bir-birinə yapıĢmıĢ 13 ədəd
mis sikkə tapılmıĢdır.
Beyləqanın Ģimal-Ģərq qala darvazası məhz monqol yürüĢləri zamanı
dağıdılmıĢdır. Qala bürclərinin dağıdılmıĢ kərpic yığınları arasında və yol yerində
nəzərə çarpan yanğın izləri, yüksək keyfiyyətli Ģirli qab fraq mentləri və Eldəniz
sikkələri bunu əsaslı surətdə təsdiq edir.
ġəhərin sənətkarlar məhəlləsində təsərrüfat s əciyyəli tikinti, 3, 4 və 5 saylı
dulus kürələri, sonuncu su kəmərləri birdən-birə fəaliyyətsiz qalmıĢdır. Təbiidir ki,
Ģəhərdəki evlərin yandırılması onlardakı daha qiymətli dəyərlərin, xüsusilə metal
əĢyaların qarətindən sonra baĢ vermiĢdir. Ġlk mənbədə Ģəhərin məhz talan edilərək
yandırıldığ ı qeyd edilir.
Otaqların döĢəmələrində çoxlu miqdarda Eldəniz sikkəsi səpələnmiĢ halda
qalmıĢdır.
Daha Ģiddətli alov içərisinə düĢmüĢ yerlərdə kərpiclərin də yanıb ĢlaklaĢması
yanğınların gücünü nəzərə çarpdırır. Bu yanğınlar zamanı tələf olmuĢ bir küpün sınığı
arasına düĢmüĢ Eldəniz sikkələri (ikisində 1180—1225-ci illərdə hökmran olmuĢ xəlifə
Ən-Nasirin adı oxunmuĢdur) hadisələrin monqol yürüĢləri ilə əlaqədar olduğunu bir
daha sübut edir.
Son təbəqə üçün digər səciyyəvi xüsusiyyət də ondan ibarətdir ki, mənzillərdən
tapılmıĢ qabların böyük əksəriyyəti sınmıĢ vəziyyətdədir, hətta eyni qabın hissələrinə
mü xtəlif yerlərdə təsadüf edilmiĢdir.
157
Qazıntılar nəticəsində aydın olur ki, monqolların dağıdıcı əməllərindən sonra
Ģəhərdə sənətkarlıq da birdən-birə tarix səhnəsindən çıxmıĢdır. Hər halda, Ģəhərin
içərisində və sənətkarlar məhəlləsində XIII əsrin birinci rübündən sonrakı dövrə aid
olan (adətən, kütləvi Ģəkildə tapılan) saxsı məmulatı aĢkar edilməmiĢdir.
Monqol basqınlarından sonra Beyləqanın bir daha dirçələ bilməməsini, bu
dağıntıların təkcə Beyləqan üçün çox güclü və dəhĢətli olmasında deyil,
ümu miyyətlə, bütün ġərqdə (o cümlədən Azərbaycanda) Ģəhər həyatının tənəzzülə
uğramasında, Ģəhər sənətkarlığının zəifləməsində, oturaq təsərrüfatın pozulması,
köçəriliyin güclənməsində axtarmaq lazımdır. Monqollar Beyləqanı nəinki dağıtmıĢ,
həm də onun bir daha dirçəlməsi üçün yarana biləcək imkanları məhv etmiĢdilər.
Beyləqanda monqol dağıntılarından sonra çox az, həm də olduqca sönük bir həyat
mövcud olmuĢdur. Hər halda, monqolların dağıdıcı yürüĢlərindən sonra Ģəhərdə
nəzərə çarpa biləcək mədəni təbəqə yaranmamıĢdır.
Monqol yürüĢlərindən sonra mədəni təbəqənin sönük olması Azərbaycanın
qazıntı aparılmıĢ baĢqa Ģəhərlərində də (Gəncə, ġamaxı, Bakı və s.) müĢahidə
edilmiĢdir. Məsələn, ġamaxı qazıntıları göstərmiĢdir ki, əvvəlki əsrlərə nisbətən bu
dövrün tikililəri çox sadə, ibtidai vəziyyətdə olmuĢdur, tikintidə hətta yonulmamıĢ
daĢdan istifadə edilmiĢdir.
Bakıda "ġəhri-Səbail", "Bayıl qəsri", "Bayıl daĢları" adı ilə məĢhur olan,
Xəzərin səviyyəsinin aĢağı düĢməsindən sonra üzə çıxmıĢ (ölçüləri 125x35 m) abidədə
apanlmıĢ qazıntılar zamanı da bəzi evlərin yonulmamıĢ və yaxud az yonulmuĢ daĢlardan
tikildiyi müĢahidə olunmuĢdur. Abidənin inĢasının 1235-ci ildə baĢa çatdırıldığı
müəyyən edilmiĢdir. "Bayıl qəsri"nin qala divarları öz tikinti texnikası və material
baxımından XII əsrdə Bakıda "ĠçəriĢəhər"in ətrafına çəkilmiĢ qala divarlarından
əzəmətinə və keyfiyyətinə görə aĢağı səviyyədədir. Burada "Bayıl qəsrinin mədəni
təbəqəsi də olduqca sönükdür; bir neçə gil qazan, bardaq, kasa və çıraq fraqmentləri
tapılmıĢdır. Lakin abidədə nəzəri cəlb edən baĢqa bir cəhət qeyd olunmalıdır. Monqol
dağıntılarından bilavasitə sonra meydana gələn bu abidədə sanki monqol yürüĢləri ilə
heç də hər Ģeyin itirilmədiyini nümayiĢ etdirməyi nəzərə çarpdırmaq meyli özünü büruzə
verir; görünür ki, qala divarlarının perimetri boyunca fonu dərin oyularaq iri ərəb hərfləri
ilə yazılan daĢ lövhələrdən yaradılmıĢ lentĢəkilli frizdə ġirvanĢahlar öz sülalə Ģəcərəsini
verməklə, bu sülalənin hələ davam etdiyini və mövcud olacağını göstərmək istəmiĢlər.
Gü man etmək olar ki, abidənin mühafizəsinə xüsusi diqqət yetirilməsi də bu istəkdən
doğmuĢdur. Hər halda, "Bayıl qəsri" ndə aparılmıĢ qazıntıların nəticələri nəinki dövrün
maddi mədəniyyətini, həm də siyasi həyatını öyrənmək üçün misilsiz əhəmiyyətə
malikdir.