160
Arxeoloji qazıntılar göstərir ki, Yaxın və Orta ġərqin bir sıra baĢqa
ölkələrində olduğu kimi, Azərbaycanda da Ģəhərlərin bərpası və inkiĢafı əsasən XIII
əsrin ortalarından baĢlanmıĢ və bütün XIV-XV əsrlər boyu davam etmiĢdir. Hər
halda, bu zaman mövcud olmuĢ Ģəhərlərdə (Bakı, Qəbələ, Gəncə, ġamaxı,
Naxçıvan və s.) aparılmıĢ qazıntılar gediĢində əldə edilmiĢ materiallar, maddi
mədəniyyət abidələri bu fikri təsdiqləməkdədir. Öncə onu qeyd etməliyik ki, həmin
Ģəhərlərin son orta əsrlərə aid mədəni təbəqələrində biz artıq maddi mədəniyyət
qalıqların ın XIII əsrin ikinci yarısından baĢlayaraq getdikcə çoxaldığının tikinti və
əĢya qalıqlarının monqol dağıntılarından sonrakı ilk illərə nisbətən zənginləĢdiyinin
Ģahidi oluruq. Bu da təsadüfi hal hesab edilməməlidir. Məlumdur ki, əsrin
əvvəllərində köçəri həyat tərzinə üstünlük vermiĢ monqol hökmdarları getdikcə
Ģəhərlərin daimi, daha etibarlı gəlir mənbəyi olduğunu anladılar, yaratdıqları böyük
imperiyanın zəbt olunmuĢ ərazilərində Ģəhərlərin dirçəlib canlan ması üçün hər cür
Ģərait yaratmağa baĢladılar. Bununla bərabər, orta əsrlər boyu köçəri tayfaların
za man-za man Ģəhərlərlə tə masda olması, oturaq həyata meylin güclən məsi
Ģəhərlərin tərəqqisinə müsbət təsirini göstərməkdə id i. Təbiidir ki, bu inkiĢaf heç də
hər yerdə Ģəhərlərin monqol yürüĢləri ərəfəsindəki səviyyəyə çatmasını təmin edə
bilməmiĢdi. Lakin tikinti sahəsində, sənətkarlıqda, ticarətdə, mədəni həyatda bu
canlanma artıq özünü göstərməkdə idi. Qazıntılar zamanı aĢkara çıxarılmıĢ maddi
mədəniyyət abidələri də bunu sübut edir. Belə canlanma xüsusilə paytaxt Ģəhərlərində
özünü daha bariz Ģəkildə büruzə verird i. Məsələn, hələ XIII əsrdə Elxanilər
dövlətinin paytaxtına çevrilmiĢ Marağa Ģəhərində böyük tikinti iĢləri aparılmaqla
baĢlandı. Burada 1359-cu ildə məĢhur Marağa rəsədxanası təsis edildi. Marağada
hazırda "Rəsədxana təpəsi" adlanan sahədə aparılmıĢ arxeoloji qazıntılar zamanı həmin
rəsədxana kompleksinin qalıq ları aĢkara çıxarılmıĢdır. Ümu mi sahəsi 56,5 min
kvadratmetrə bərabər olan bu rəsədxananın mərkəzi dairəvi günbəzinin daxili diametri
14 metrdir. Azərbaycanm görkəmli astronomu Nəsirəddin Tusi tərəfindən əsası
qoyulmuĢ və təqribən 50 il fəaliyyət göstərmiĢ bu rəsədxananın qalıqları zamanın ən
qiymətli maddi mədəniyyət nümunələrindəndir. Xüsusi diqqət mərkəzində olan və
sonralar ġirvanĢahlar dövlətinin paytaxtına çevrilmiĢ Bakı Ģəhərində isə XIII-XV
əsrlərdə bir-birinin ardınca bir sıra mədəni-məiĢət, ictimai, d ini və ticarət əhəmiyyətli
binalar inĢa olunmuĢdur. Bunların ən görkəmlisi XV əsrin 20-80-ci illərində baĢa
çatdırılmıĢ ġirvanĢahlar saray kompleksidir.
XIII-XV əsrlərdə Bakıda inĢa olunmuĢ me marlıq abidələrinin xeyli hissəsi
zəmanəmizə qədər qalmıĢdırsa, müəyyən qis mi vaxtilə məhv olmuĢ və
arxeoloqlarımız tərəfindən qazılaraq aĢkara çıxarılmaqdadır. Elə ġirvanĢahlar sarayı
kompleksinə daxil olan bəzi abidələr də (hamam, ovdan, sərdabədəki qəbirlər və s.)
161
qazıntılar zamanı üzə çıxarılmıĢdır. Qız qalasının ətrafında və ĠçəriĢəhərin digər
sahələrində isə bir sıra maddi-məiĢət, təsərrüfat və dini abidələr qazılıb öyrənilmiĢdir.
Bunlar içərisində Qız qalasının Ģimal-qərbində aĢkara çıxarılmıĢ, memarların bazar,
arxeoloqların isə dini əhəmiyyət daĢıyan müqəddəs yer hesab etdikləri abidə xüsusi
maraq doğurur. O, üç tərəfdən səki ilə və sütunlu tağlarla əhatə olunmuĢ dördbucaqlı
həyət Ģəklindədir. Həyətin ortasında da tək sütun qalığına təsadüf edilmiĢdir.
Abidənin səkilərində və həyətin döĢəməsində qazıntılar nəticəsində xeyli müsəlman
qəbri və yazılı qəbir daĢları tapılmıĢdır. Abidə XIV əsrdə tikilmiĢ və uzun müddət
(XVII əsrədək) ondan müqəddəs yer kimi istifadə olunmuĢdur.
Arxeoloqlar Bakının XIII-XV əsrlərə aid olan bir neçə su və kanalizasiya
xətlərinin qalıqlarını da aĢkara çıxarmıĢlar. Bu dövrdə Azərbaycan Ģəhərlərində kəhriz
su təchizatı mühü m əhəmiyyət kəsb etmiĢdir, ovdanlardan geniĢ istifadə
olunmuĢdur (Bakı, ġamaxı və s.). Kəhriz və ovdan qalıqları Bakıda (Çəmbərəkənd
eniĢində), ĠçəriĢəhərin qoĢa qala darvazaları qarĢısında, Bakı-ġamaxı yolu
istiqamətində (Hüsü Hacıyev küçəsi), Bakı icra hakimiyyəti binası yaxınlığında
aĢkara çıxarılmıĢdır. Relyefdən asılı olaraq kəhrizlərin dərinliyi 3-4,5 metr, eni isə
60-80 santimetrdir. Kəhrizlərin tikintisində, xüsusilə onların üst örtüyündə yonulmuĢ
daĢ lövhələrdən istifadə olunmuĢdur, ovdanlar isə bilavasitə daĢ təbəqədə çapılaraq
düzəldilmiĢ və yaxud yonulmuĢ daĢlarla kirəc məhlulunda hörülmüĢdür.
Çənbərəkənd eniĢində aĢkar olunmuĢ ovdanın divarları və tağbənd örtüyü daĢdan
hörülmüĢdür. Ölçüləri 3,4x2, 5x5 metrə bərabərdir. Bu ovdan dağdan enən və
ĠçəriĢəhərə doğru gedən kəhrizlə birləĢmiĢdir. Metropolitenin "ĠçəriĢəhər" stansiyası
yanında saray hamamının 20 metrliyində aĢkar olunan ovdanın (20x6x4 metr ölçüdədir),
ümumi su tutumu 480-500 kubmetrə bərabərdir.
Bakıda, ĠçəriĢəhərin Ģərq tərəfində qərbdən-Ģərqə uzanan kanalizasiya xətti
aĢkara çıxarılmıĢdır (eni 0,6 metr, dərinliyi 45 santimetr). Kəhriz xətləri quruluĢunda
tikilmiĢ bu obyekt XIV-XV əsrlərə aid edilir.
Həmin əsrlərdə Gəncədə də su təchizatının kəhriz sistemindən geniĢ istifadə
olunmuĢdur. Bu qurğuların möhkəmliyi ondan bəllidir ki, Gəncədə onların bəzisi indi
də fəaliyyət göstərməkdədir.
Qəbələdə isə XV əsrin əvvəllərində "Səlbir"in Ģimal xəndəyində tikilmiĢ
böyük su hovuzu (100x50x4 metr) və ondan "Qala" ya doğru gedən saxsı tünglərlə
(40x11x15,5 metr) quraĢdırılmıĢ su kəməri aĢkara çıxarılmıĢdır. Bu dövrün su
tünglərinə Bakı, ġamaxı, Naxçıvan, Bərdə və ġabran qazıntılarında da təsadüf
olunmuĢdur.
ġabranda aĢkar olunmuĢ bir su kəmərinin 18 tüngdən ibarət hissəsi qalmıĢdır.
Tünglər gəc məhlulu ilə birləĢdirilmiĢdir.