166
üzəri tili üstə qoyulmuĢ biĢmiĢ (köhnə) kərpiclərlə örtülmüĢdür. Eyni tip qəbirlərin 12-
si sənətkarlar məhəlləsində, 6-sı isə "Böyük Ģəhər"in Ģimal-Ģərq qala divarları üzərində
aĢkara çıxarılmıĢdır. Həmin qəbir abidələrinin bir elmi əhəmiyyəti də ondan ibarətdir ki,
onlar Beyləqanın nə zaman, həm də böyük bir ərazidə qəbiristanlığa çevrild iyini
əyani Ģəkildə nü mayiĢ etdirir.
Bakıdakı Qız qalasının qərb tərəfində, məscidin həyətində aparılan qazıntılar
zamanı 50-dən artıq müsəlman qəbri aĢkara çıxarılmıĢdır. Qəbirlərdə bəzən iki Ģəxsin
skeleti olduğu müəyyən edilmiĢdir. Qəbirlərin bir qisminin müvəqqəti səciyyə daĢıdığı
aydınlaĢdırılmıĢdır, belə ki, qəbirlərdəki sümüklərin aparılıb müsəlmanlann müqəddəs
yeri olan Məkkədə dəfn ediləcəyi nəzərdə tutulurdu.
Bakıdakı ġirvanĢahlar sarayında ġirvanĢah Xəlilullahın anası va oğlu üçün 1435-
1436-cı illərdə tikdirdiyi türbədə aparılmıĢ arxeoloji qazıntılar zamanı 7 qəbir aĢkar
edilmiĢdir. Məlum olmuĢdur bu türbədə yalnız Xəlilullahın oğlu və anası deyil, həmin
ailənin baĢqa üzvləri (ġirvanĢah Fərrux Yəmin, Biki, Bəhram, ġeyx Saleh Xəlilullah və
b.) də dəfn olunmuĢdur. Bu qazıntıların əhəmiyyəti hər Ģeydən əvvəl ondan ibarətdir
ki, nəticədə ġirvanĢahların Dərbəndi sülaləsinin ilk nəsil Ģəcərəsini və türbədə dəfn
edilənlərin təvəllüd, vəfat tarixlərini, adlarını və yaĢlarını daha dəqiq müəyyən etmək
mü mkün olmuĢdur.
Eyni sözləri Qəbələ Ģəhərinin "Səlbir" hissəsi haqqında da demək olar. Burada
aparılmıĢ qazıntılar zamanı bir neçə yerdə yerüstü əlaməti olmayan müsəlman qəbirləri
aĢkara çıxarılmıĢdır. Ancaq "Səlbir"in Ģimal-Ģərq hissəsində XIV əsrə aid səkkizguĢəli
bir türbənin qalıqlarına təsadüf edilmiĢdir. Məqbərənin bünövrəsi çaydaĢından, üst
hissəsi isə yonulmuĢ iri daĢdan tikilmiĢdir. Türbədə bir nəfər yaĢlı adam və iki uĢaq dəfn
olunmuĢdur. YaĢlı Ģəxsin qəbri də yonulmuĢ daĢdan çəkilmiĢ və üstü yonulmuĢ daĢ
lövhələrlə örtülmüĢdür. UĢaq qəbirlərindəki skeletlər çürüdüyündən onların vəziyyətini
və istiqamətini müəyyən etmək mümkün olmamıĢdır.
Xaraba Gilanda yerli daĢdan tikilmiĢ səkkizguĢəli türbə-sərdabə aĢkar
olunmuĢdur. Sərdabənin konstruktiv quruluĢu, xüsusilə onun ortasında yerləĢən dayaq-
sütun XV-XVI əsrlərdə də Azərbaycanda türbə tikintisində Əcəmi məktəbi ənənəsinin
davam etdiyini aydın göstərir.
Sikkə qalıqları bu dövr üçün də ən kütləvi tapılan maddi mədəniyyət
nümunələrindəndir. Onlar qazıntılardan təsadüfi torpaq iĢləri gediĢində böyük və kiçik
dəfinələr və yaxud nadir nüsxələr Ģəklində tapılmıĢdır. Bakıda (ĠçəriĢəhərdə) tapılmıĢ
bir dəfinədə 3271 ədəd gümüĢ sikkə olmuĢdur. Sikkələr Qəzvində (XV əsr), Kirmanda
və KaĢanda (XV əsr), Ərdəbildə (XV əsr), ġamaxıda və Təbrizdə (XVI əsr) zərb
olunmuĢdur. Qəbələ Ģəhər yeri yaxınlığında (Böyük Əmili kəndi ərazisində) tapılmıĢ,
XV əsrin əvvəllərində torpağa basdırılmıĢ dəfinədə isə 150 ədəd gümüĢ sikkə
167
olmuĢdur. Bunlardan 55-i əldə edilmiĢdir. Sikkələr ġirvanĢah ġeyx Ġbrahimin (1382-
1417) adından ġama xıda və Dərbənddə, 32-si Qaraqoyunlu Pirbu-dağın (1411-1418)
və Qara Yusifin (1410-1420) adından Bakıda, ġamaxıda və Ərdəbildə zərb edilmiĢdir.
Tək-tək tapılmıĢ sikkələrə isal olaraq Qəbələdən əldə edilmiĢ Elxani sikkələrini
Məhəmməd xanın (XIV əsrin birinci yansı), Əbu Səidin (XIV əsr), Qızıl Orda xanı
ToxtamıĢın (XIV əsr), Cəlairi Su ltan Əhmədin (XV əsr), ġarnaxı ĢirvanĢahı ġeyx
Ġbrahimin (XIV əsrin ikinci yarısı, Bakı), Ġbrahimin oğlu Xəlilullahın (XV əsr), Sultan
Bayazidin (1481-1512, Ġstanbul), ġirvanĢah ġahruxun (XV əsr, ġama xı), Ağqoyunlu
Rüstəmin (XV əsr), Mahmudxan Teymurun (1445), Keran Davudun oğlu Tilxanın (XV
əsr) adından kəsilmiĢ sikkələri qeyd etmək olar. Demək olar ki, təxminən oxĢar vəziyyət
ġamaxı, Bakı, Gəncə Ģəhərlərinə və baĢqa mərkəzlərə də aiddir. Bu Ģəhərlərdə də
əsasən ġirvanĢahların, Elxanilərin, Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların
sikkələri tapılmıĢdır. Həmin sikkələr gümüĢdən, gümüĢ qarıĢığı olan misdən və ən çoxu
isə misdən kəsilmiĢdir. Pulların zərb keyfiyyəti və tərkibi ölkədə yaranmıĢ siyasi və
iqtisadi vəziyyətə uyğun olaraq mü xtə lif Ģəkil almıĢdı.
Çox qiymətli maddi mədəniyyət nümunələri sayılan bu arxeo loji tapıntılar
əsasında Azərbaycanda XIII-XV əsrlərdə mövcud olmuĢ sikkə zərbxanalarını, sikkə
zərbində baĢ verən dəyiĢiklikləri, hakim sülalələrin Ģəcərəsini, hökmdarların adlarını,
hökmranlıq illərini və s. müəyyən etmək, ölkədə pul dövriyyəsinin, siyasi asılılığın
vəziyyətini, xarici əlaqələrin o zamankı mənzərəsini aydınlaĢdırmaq və bir sıra digər
məsələləri həll etmək mümkün olmuĢdur.
VI FƏS ĠL
AZƏRBAYCAN XVI ƏSRDƏ.
AZƏRBAYCAN SƏFƏVĠLƏR DÖVLƏTĠ
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti.
XV əsrin sonunda Azərbaycan ərazisində ġirvanĢahlar və Ağqoyunlu dövlətləri
mövcud idi. Ərdəbil Ģəhərini idarə edən və Səfəviyyə təriqətinin davamçıları olan
feodal nümayəndələri də özünəməxsus "Ərdəbil malikanəsi" yaratmıĢdılar; onlar
Ağqoyun-lulardan asılı id ilər, lakin Ərdəbil və ətraf əraziləri müstəqil surətdə idarə
edirdilər. Azərbaycanda feodal müharibalərindən müsibətlər çəkmiĢ xalq içərisində
vahid dövlət yaratmaq və siyasi çəkiĢ mələrə son qoymaq meyilləri güclənirdi.