162
Qazıntılardan məlum olur ki, XIII əsrin ikinci yarısı və XVI əsr boyu Ģəhərlər
bərpa olunduqca onların bir sıra sənət sahələri də bərpa olunur, tədricən özünün
inkiĢaf yoluna qədəm qoyur və bəzi sahələr (məsələn, kaĢı istehsalı) əvvəlki Ģöhrətinə
qayıdırdı. MetaliĢləmə, xüsusilə onun silahsazlıq sahəsi daha geniĢ vüsət aldı. Alət
istehsalında ənənəvi texniki üsullar yenidən bərpa olundu və xeyli inkiĢaf etdi.
Arxeoloqlar Naxçıvanda, ġamaxıda, Qəbələdə, Əlincə qalada dəmirçi kürələrinin izlərinə,
metal Ģlaklara və s. təsadüf etmiĢlər. Qəbələnin cənub qala darvazası önündə aparılmıĢ
qazıntılar zaman ı dəmirçiliyə və nalbəndliyə aid xeyli material tapılmıĢdır.
Orada at, öküz nallarına daha çox təsadüf olunmuĢdur. Bu dövrdə Ģəhərdə nallı
ayaqqabı geymək də geniĢ yayılmıĢdı. Qəbələ qazınnlarının son orta əsr təbəqəsindən
bizə dəmirdən hazırlan mıĢ dəhrə, dəfnə yarpağına bənzər ox ucluğu, cib bıçağının
tiyəsi, cəftə, toqqa, dördkünc biz, üzəngi, bel nümunələri məlu mdur. Üzük hazırlamaq
üçün daĢ qəlib və sancaq düzəltmək üçün istifadə edilən qalın gil qəlib Qəbələ
zərgərlərindən qalmıĢ yadigarlardır. Metalın bədii iĢlənməsində də irəliləyiĢ özünü
göstərirdi. Xüsusilə rnis qab istehsalının gözəl yazılı və naxıĢlı nümunələri yaradılırdı.
Be lə bir mis qab parçası Qəbələdən tapılmıĢdır.
Memarlıqda bədii daĢiĢləmə və kaĢı sənətkarlığı geniĢ Ģəkildə tətbiq olunurdu.
Kütləvi tikintilərdə inĢaat texnikası müəyyən dərəcədə aĢağı səviyyədə olsa da
(divarların eni daralırdı, hörgü səliqəsi azalırdı, köhnə kərpicdən çox istifadə edilirdi və
s.), yüksək və mükəmməl mühəndis ustalığı ilə ucaldılmıĢ daĢ və biĢmiĢ kərpic
binaların, qala və qəsrlərin, türbələrin qalıqlarına ölkənin bütün ərazisində rast gəlmək
mü mkündür. Xüsusilə qəbir daĢlarının, onların yazı və naxıĢlarının bədii iĢlənməsinə
böyük diqqət yetirilird i.
ġəhər, hətta kənd qəbiristanlıqlarında belə nümunələr (sinədaĢıları,
baĢdaĢıları) xeyli miqdarda indi də qalmaqdadır. Dağ bölgələrində (Laçın, Kəlbəcər,
Gədəbəy, Naxçıvan və s.) qəbirlərin üzərinə qoç daĢ heykəllər qoymaq adəti yenidən
dirçəlir və qısa müddətdə bu sahədə böyük uğurlar əldə edilirdi. ġəhərlərin kütləvi
tikintiləri əsasən yaĢayıĢ evlərindən ibarətdir. Onları, adətən, ocaq qalıqları, təndirlər,
quyular, basdırılmıĢ küplər müĢayiət edir. YaĢayıĢ binalarının divar hörgülərində daĢ
və kərpic cərgələrin bir-birini əvəz etməsi, daĢ və kərpiclərin çəp düzülüĢündən, bəzən
kətillərdən istifadə olunması hallarına rast gəlmək mü mkündür (Qəbələ, Gəncə,
Naxçıvan). Qəbələdə aparılmıĢ qazıntılar zamanı küçə qalıqları da aĢkara
çıxarılmıĢdır. Eni 2,40-4 metr olan, Ģimal-qərbdən cənub-Ģərqə istiqamətlənmiĢ (21
metr) belə küçələrdən biri saxsı qab qırıqları və çınqıl daĢla döĢənmiĢdir. Qalanın
cənub darvazalarında Ģəhərə gedən küçə isə çaydaĢı ilə döĢənmiĢdir.
Dövrün maddi mədəniyyət nümunələri içərisində dulusçuluq sənətinin bərpa
olunduğunu və inkiĢaf etdiyini göstərən arxeoloji materiallara qazıntılarda hər
163
addımbaĢı rast gəlinir. Bu, xüsusilə bəzək və yazı kaĢıları istehsalında özünü daha aydın
Ģəkildə büruzə verir. Yerüstü abidələrlə (Bərdə türbəsi, Qarabağlar tikin t i kompleksi
və s.) yanaĢı, qazıntılar zamanı tapılmıĢ materiallar bu sahənin nəinki XII əsr səviyyəsinə
çatdığını, hətta bəzən onu ötüb-keçdiyini də nümayiĢ etdirir. Dulusçuluğun saxsı qab
istehsalı sahəsində bas veren dəyiĢikliklər tədricən qabların çeĢid mü xtəlifliyinin
bərpa olunması və keyfiyyətinin yaxĢılaĢması ilə nəticələnird i. Qazan küp, səhəng,
bardaq, dolça, aftafa, silbic, nehrə, sərnic, küpə, dopu matra, sərpuĢ, çıraq kimi
ənənəvi istifadə olunan qabların istehsalı davam etdirilir. Bəzi qablara uyğun qapaqlar
da düzəldilirdi. Dövrün sonlarında - XV əsrdə Ģar-konusvari qablar sıradan çıxmağa
baĢlayır. ġirsiz qabların forma və naxıĢlarında bəzi dəyiĢikliklər baĢ verir. Qazanlar
dayazlaĢır, qulpları üçbucaq Ģəkil alırdı. Küplərin çiyin hissəsi daha qabarıq, boğazı
nisbətən uzun düzəldilir, çıraqların qıfvari boğazı n isbətən hündür və genağız olur,
silbiclərin ağız hissəsi daha geniĢ və açıq Ģəkil alır, gövdə isə aĢağıya doğru
geniĢlənirdi və s. ġirsiz qabların naxıĢlanmasında da ənənəvi üsullardan (cızma,
həkketmə, möhürbasma və s.) istifadə olunurdu. Enliboğaz bardaqların çiyin
hissələrinin və matraların qabarıq tərəfinin naxıĢ lanması üçün möhür-qəliblərdən
geniĢ istifadə edilirdi. Qəbələdən belə qəlib nümunələri də tapılmıĢdır. Bu ərazidə
gildən hazırlan mıĢ quĢ formasında olan bir ədəd tütək də aĢkar olunmuĢdur.
ġirli qab istehsalının bərpa olunması və inkiĢaf etdirilməsi sahəsində də uğurlar
qazanılmıĢdı. Qəbələdə bu dövrə aid aĢkara çıxarılmıĢ Ģirli qab biĢirmək üçün istifadə
olunmuĢ dulus kürə nümunələri buna gerçək misaldır. Azərbaycanın baĢqa orta əsr
Ģəhərlərində də (Bakı, Naxçıvan, Gəncə, ġamaxı, ġabran və s.) Ģirli qab biĢirmək üçün
istifadə olunan gil çubuqlar, üçayaqlılar, qabların çıxarları tapılmıĢdır. Bütün bunlar
həmin Ģəhərlərdə yerli Ģirli qab istehsalını təsdiq edən faktik materiallard ır.
Qəbələdə (Qalada) Covurluçayın uçurumu yanında dulus kürələrinin yanaĢı
tapılması XIV-XV əsrlərdə burada dulusçular məhəlləsinin yerləĢdiyini sübut edir.
Kürələrin yanında emalatxana quyusu və külli miqdarda Ģirli qab çıxarları aĢkar
olunmuĢdur. Bu dövrün Ģirli qabları əvvəlki dövrlərin qablarından az fərqlənir. Əsas
kütləni müxtəlif ölçüdə olan kasa və boĢqablar təĢkil edir. Kasaların oturacaqları
hündürdür, ağız kənarı daha geniĢ Ģəklə malikdir. Qabların naxıĢlanmasında əvvəlki
əsrlərdən məlum olan bir sıra texniki üsullar (anqob zolaqlar vurmaq, cızma xətlər
çəkmək, fonu qazıyıb götürmək və s.) bərpa olunurdu. Birrəngli və çoxrəngli Ģirlə saya
örtülmüĢ və naxıĢ çəkilmiĢ qabların istehsalı yenidən davam etdirilirdi. Bu dövrdə ən
çox yaĢıl, Ģabalıdı və sarı rəngli Ģirdən istifadə olunurdu. Kiçik qablarda kobalt Ģiri ilə
vurulmuĢ naxıĢlara da təsadüf edilirdi. Qabların naxıĢlanmasında nəbati motivlər
getdikcə üstün mövqe tutmağa baĢlayırdı. Nadir hallarda olsa da Ģirüstü cızma naxıĢlardan
istifadə edilirdi. Lakin istər qeyd olunan naxıĢvurma üsulları, istərsə də naxıĢ zənginliyi