178
vəzifəsi olan cihad elan olundu. Belə ki, Osman lı feodalları üçün "kafır"
adlandırılan Ģiələri öldürməyə və onların əmlakını qarət etməyə "qanuni" əsas
yarandı. I Səlim Ərdəbil təriqətinin tərəfdarları olan Kiçik Asiya Ģiələrini
qabaqcadan kütləvi Ģəkildə amansızcasına qırdırd ı və arxadan təhlükəsizliy i təmin
etdi (tam olmayan məlu mata görə, 40 minə qədər adam öldürülmüĢdü).
Yü rüĢə baĢlayan Osmanlı ordusu say etibarilə ġah Ġs mayılın qoĢunundan
çox id i. Buna görə də Ġs mayıl ilk mərhələdə düĢmənlə açıq döyüĢdən çəkindi. Onun
göstəriĢi ilə qızılbaĢ sərkərdələri geri çəkildilər, əhalin i köçürdülər, ərzaq və yem
ehtiyatlarını məhv etdilər, su mənbələrin i yararsız hala saldılar. Ġsmay ıl
"yandırılmıĢ torpaq" taktikası ilə Osmanlı ordusunu viran qalmıĢ əraziyə cəlb
etməyə, onları qarĢıdakı q ıĢda çətin vəziyyətə salmağa çalıĢırdı. Lakin bu taktika
özünü qismən doğruldurdu. I Sultan Səlim Osman lı əsgərlərini Ģərqə doğru hərəkətə
məcbur etmək üçün kütləv i edamlardan çəkin mird i.
Əsas döyüĢ 1514-cü il avqustun 23-də Maku Ģəhəri yaxın lığ ındakı Çald ıran
düzündə baĢ verdi. Osmanlı və qızılbaĢ mənbələri qərəzli Ģəkildə öz qüvvələrini
azaltmıĢ, qarĢı tərəfın sayını artırmıĢdır. Ġdris Bidlisinin verd iyi ən dolğun
məlu mata görə, Os manlı ordusunda 100 min, qızılbaĢlarda isə 40 min nəfər
döyüĢçü olmuĢdur. Sultan Səlim yaln ız ordusunun sayına görə deyil, həm də
Avropa tipli hərbi təĢkilatı ilə də Ġsmayıldan üstün idi, osmanlıların sərəncamında
qızılbaĢlarda olmayan böyük top xana vardı. Yen içərlərin və topların atəĢi
qarĢısında Ġsmayılın əsas qüvvəsini təĢkil edən qızılbaĢ süvariləri aciz qaldılar.
Məhz bu amil döyüĢü Sultan Səlimin xeyrinə həll etdi. Salnaməçilərin xəbər
verdiyinə görə, bu döyüĢdə ġah Ġsmayıl və qızılbaĢlar böyük hünər və qəhrəmanlıq
nümunələri göstərdilər. DöyüĢün qızğın çağında ġah Ġsmayıl Osman lı ordusunda
özünün bahadır gücü və igidliyi ilə məĢhur olan Əli bəy Malqucoğlu ilə üz-ü zə
gəldi. ġah Ġsmayıl qılıncla onun baĢına elə bir zərbə endirdi ki, "baĢ dəbilqə ilə
birlikdə iki h issəyə parçalandı, Ģahın qılıncı isə onun sinəsini dəldi". VuruĢ manın ən
faciəli anında, top mərmiləri ġah Ġs mayılın döyüĢçülərini məhv etdiyi bir vaxtda
bəzi q ızılbaĢ sərkərdələri meydanı özbaĢına tərk etdilər. Lakin ġah Ġs mayıl geri
çəkilməd i və döyüĢçülərini topların üzərinə hücuma apardı. O, q ılıncı ilə bir-b irinə
zəncirlən miĢ topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların "divarı"
qarĢısında dayanmağa məcbur o ldu. Çiynindən və əlindən yaralan mıĢ Ġs mayıl atın ın
müvazinətin i itirməsi nəticəsində atla b irlikdə yerə sərild i. Os manlı əsgərləri ona
tərəf atıldılar, lakin ġah Ġsmay ıl, Sultan Əli Mirzə tərəfindən xilas edildi. Su ltan Əli
Mirzə ġah Ġs mayıla həm zahirən, həm də geyimi ilə ço x o xĢayırd ı. O, " mənəm ġah
Ġsmayıl" qıĢqıraraq əsgərləri öz arxasınca apara bildi. Beləliklə, ġah Ġsmayıl 300
nəfər qızılbaĢla mərəkədən çıxıb geri çəkildi.
179
Çaldıran döyüĢündə tərəflərin itkiləri haqqında məlu mat ziddiyyətlidir.
Salnaməçi Bicənin məlu matına görə, vuruĢmada 3 min Os manlı əsgəri və 2 min
qızılbaĢ öldürülmüĢdür, lakin bu, Ģübhəsiz, azald ılmıĢ rəqəmlərd ir. Səfəv ilər
özlərin in bir sıra istedadlı sərkərdələrini - Məhəmməd bəy Ustaclını, Hüseyn bəy
Lələni, Xad im bəy Xülafən i, San Pirə Ustaclını itird ilər. Os manlı sərkərdələrindən
Ru meliya bəylərbəyi Həsən paĢa, Üveys bəy, Malquçoğlu, Süleyman bəy və b.
həlak o ldular. Sultan Səlimin ə mri ilə əsir düĢmüĢ qızılbaĢlar amansızcasına qətl
edildilər. Su ltan Səlim M isir sultanına, özbək Ubeydulla xana, Krım xanına qələbə
münasibətilə fəthnamələr göndərdi.
Sentyabrın 6-da Sultan Səlim Səfəvilər dövlətinin paytaxtı Təbrizə daxil
oldu, lakin bir həftədən sonra geri döndü. QıĢın ya xın laĢması, ə rzaq qıtlığı və ən
nəhayət, qızılbaĢ döyüĢçülərinin vətən torpağı uğrunda misilsiz ig idliyi Sultan
Səlimi Azərbaycandan tezliklə çıxmağa vadar etdi. Bundan əlavə, əsgərlər arasında
Ģiə tərəfdarları da az deyild i və onlar Sultan Səlimə qarĢı hətta sui-qəsdə də cəhd
göstərdilər. Su ltan Səlim geri dönərkən, bir neçə min mah ir Təbriz sənətkarını
ailəliklə əsir alıb Türkiyəyə apardı. QızılbaĢ əyanlarının evləri və əmlakı qarət
edildi.
Çaldırandan sonra ġah Ġsmayıl Sultan Səlimlə sülh münasibətləri
yaratmağa cəhd göstərdi. Lakin onun Səlimin ardınca göndərdiyi qızılbaĢ səfirləri
Nurəddin Əbdülvahab, Qazi Ġsa və ġükrulla Muğani həbsə atıldılar. ġah Ġsmayılın
məktubunu gətirən Kəmaləddin Hüseyn bəy və Bəhram ağanın elçiliyi də cavabsız
qaldı. Su ltan Səlimin mövqeyi barıĢ maz id i. Bəzi məlu mata görə o, yeni yürüĢə
hazırlaĢırdı.
Çaldıran məğlubiyyəti Ġsmay ılın hərbi-siyasi nüfuzuna ciddi zərbə vurdu,
bu uğursuzluq onun Kiçik Asiya qızılbaĢlarından özünün müttəfiqi kimi istifadə
cəhdinin puç olduğunu göstərdi.
Osmanlı sultanının təcavüzkar siyasəti ilə ü zləĢən ġah Ġsmayıl Cənubi
Qafqazda öz siyasətini fəallaĢdırdı. Onun Cənubi Qafqaza müdaxiləsi bu
istiqamətdə Os manlı ekspansiyasını dəf etmək üçün öz mövqelərini
möhkəmləndirmək cəhdi ilə bağlı idi. Öz aralarında mübarizə aparan gürcü
çarlarının yardım məqsədilə ona müraciəti müdaxilə üçün bəhanə oldu. QızılbaĢ
Əmiri Div Su ltan Ru mlu Gürcüstana üç dəfə (1516, 1517 və 1521-ci illər) yürüĢ
etmiĢdi. Sonuncu yürüĢ Kaxeti çarı Levanın basqını nəticəsində ġəki hakimi Həsən
bəyin Ġsmayıla kö mək üçün mü raciəti ilə əlaqədardır. 1521-ci ildə Naxçıvana,
Ġsmayılın yanına gəlmiĢ gürcü çarları (Levan, Kvarkvare, Dav id və Manuçar)
ondan asılılığ ı qəbul etdilər. 1519-cu ildə ġəki hakimi Həsən bəy də qərb qonĢuları
ilə mübarizədə yard ımına arxalandığ ı Ġs mayıldan asılılığ ı qəbul etmiĢdi.