164
özündən qabaqkı - XII-XIII əsrin əvvəllərindəki səviyyəyə yüksələ bilməmiĢdi.
Yarımfayans qab nümunələrini son orta əsrlərin qab istehsalında yenilik hesab etmək
lazımdır. Onların istehsalında və naxıĢlanmasında ġərqdən gətirilmiĢ qabların təsiri
hiss olunmaqdadır. Belə qabların na xıĢlan masında kobalt Ģirindən geniĢ istifadə
edilmiĢdir. Əsas motiv nəbati naxıĢlardır.
Nadir hallarda bədii fiqurlu qablara da təsadüf edilir. Məsələn, ġamaxıdan və
Naxçıvandan XV əsrə aid gövdəsi qabarıq, çoxsifətli insan təsvirləri olan bardaq,
ġamaxıdan miniatür ayaqqabı formalı Ģirli qab tapılmıĢdır. Birrəngli (marqanes) Ģirlə
örtülmüĢ bu qablar bədii cəhətdən böyük ustalıqla hazırlanmıĢdır. Bakıdan və
Gəncədən isə boyalı qabların nadir nümunələri əldə edilmiĢdir.
ġirli qabların oturacağı altına möhür basmaq ənənəsi, az da olsa, bu dövrdə də
davam etdirilmiĢdir. Qəbələdən hətta möhür düzəltmiĢ dulusçu ustanın gildən silindr
formalı möhürü də tapılmıĢdır.
ġirli qabları imzalamaq ənənəsi də bu dövrdə hələ qalmaqda idi. Qəbələdən
tapılmıĢ bir badyada usta Alpautun adı ərəb əlifbası ilə yazılmıĢdır.
Bu dövrün təbəqələrində tək-tək fayans və seladon qab nümunələrinə də
təsadüf olunur. Azərbaycanda fayans nümunələrinə daha çox Naxçıvan Ģəhərində rast
gəlinmiĢdir. Hətta burada qırmızı saxsılı Ģirli qabların öz mövqeyini fayans (ağ saxsılı)
qablara verdiyi müĢahidə olunmuĢdur. Əsas qablar metal oksidləri ilə həndəsi, nəbati,
bəzən hər iki motivlərlə naxıĢlanmıĢ kasa və boĢqablardan ibarətdir. Çox halda qırmızı
saxsılı Ģirli qabların naxıĢlarının bu qablarda təkrar verilməsi fayans qabları da yerli
istehsala aid etməyə əsas verir. Naxçıvanda fayans qabların çıxarlarına da təsadüf
edilmiĢdir.
Bu dövrə aid olan seladon qab parçaları Qəbələ qazıntılarından məlumdur.
Onların saxsısı ağdır, daxildən və xaricdən yaĢıl Ģirlə örtülmüĢdür. Qabarıq naxıĢları
vardır. Bəzi qablarda bərpa izləri görünməkdədir. Bu da seladonun əhali arasında
yüksək qiymətləndirild iyin i göstərir.
Həmin dövr təbəqələrindən sümük əĢyalar ço x az tapılmıĢdır. Lakin onlar
yüksək keyfiyyəti ilə seçilir. Bu cəhətdən Qəbələdən tapılmıĢ o x atmaq üçün
istifadə edilən barmaq lıq xüsusi əhəmiyyətə malikdir. Belə barmaqlıqlar ġimali
Qafqazda, Volqaboyu ölkələrində və Orta Asiyada geniĢ yayılmıĢdı. Çini qabların
istifadəsi də bu dövrdən, ən geci XVI əsrdən baĢlanır. Seladondan sonra gil qab ların ən
mü kəmməl növü hesab edilən bu qablar təmiz ağlığına, gilinin saflığına və
biĢirildikdən sonra melodik səslənməsinə görə bütün gil qab növlərindən üstün idi
və indi də bu üstünlüyü saxla maqdadır. Gəncədən, XV əsr təbəqəsindən həmin
qabların Çindən gətirilmiĢ nümunələri tapılmıĢdır. Bunlardan birinin oturacağının
altındakı Çin heroqlifiərindən məlum olur ki, həmin qab Çinin Min sülaləsindən olan
165
Syuan-Denin (1426-1436-cı illər) dövründə istehsal edilmiĢdir. Qabın içərisinə kobalt
Ģiri ilə nəbati naxıĢ vurulmuĢdur. Bundan əlavə, XV əsrə aid olan təbəqədən baĢqa üç
çini qabın; oturacağı və iki qabın divarının yuxarı hissəsi tapılmıĢdır. Bu qablara da
kobalt Ģiri ilə nəbati (üzü m salxımı, göbələk və s.) naxıĢ vurulmuĢdur. Ġki kobalt
naxıĢlı çin i kasa Bakıdakı ġirvanĢahlar sarayının həyətində, XV əsrə aid olan sikkə
ilə birlikdə tapılmıĢdır. Çin mənĢəli bu qabların bir neçə nümunəsi ġamaxı
qazıntılarından da əldə edilmiĢdir. On ların birində uçan quĢlar təsvir olunmuĢ,
digərlərində isə dəniz bitkilərinə oxĢar rəsmlər vardır və s.
Qəbir abidələri əvvəlki əsrlərdə olduğu kimi, XIII-XV əsrlərdə; də əsasən
müsəlman qəbirlərindən və qəbirüstü abidələrdən (sinədaĢıları, baĢdaĢıları, qoç
daĢları və türbələr) ibarətdir. Həmin abidələrin böyük qismi yer üstündə zəmanəmizə
qədər qalmıĢ, epiqrafika və memarılıq üzrə mütəxəssis alimlərimiz tərəfindən tədqiq
olunmuĢdur. Arxeoloji qazıntılar zamanı aĢkar olunmuĢ qəbir abidələri həmin maddi
mədəniyyət nümunələrinin zənginliyini bir daha nümayiĢ etdirir. Bu abidələrin
hamısını əhatə etmək imkan daxilində olsa da, bəzi nümunələr göstərmək kifayət
edər, çünki bunlar da əksər hallarda yerüstü abidələrlə eyni səciyyəvi xüsu -siyyətlərə
ma likd ir.
Bu baxımdan Beyləqanın sənətkarlar məhəlləsində aĢkar edilmiĢ XIII əsrin
ikinci yarısına - XIV əsrə aid türbələri qeyd etmək olar. XIII əsrin ikinci yarısında
tikilmiĢ türbənin xaricdən səkkizguĢəli, daxildən isə xaçvari planı vardır, abidə biĢmiĢ
köhnə kərpicdən hörülmüĢdür. Türbənin giriĢi Ģimal-qərbdəndir. GiriĢin hər iki tərəfinə
xaricdən kvadrat formalı hörgü əlavə edilmiĢdir. Kvadratın ortası torpaqla
doldurulmuĢdur. Türbənin içərisində - divarda üç hissədən ibarət mehrab düzəldilmiĢ
və mehrabın yanları naxıĢ və ərəb əlifbası ilə iĢlənmiĢdir. Dörd yerdə gipsdən sinədaĢı
düzəldilmiĢ və onların kənarları naxıĢlanmıĢdır. Ancaq birinin altından insanın qırıq
qabırğa sümüyü tapılmıĢdır. Türbənin içəri səthində boyalı naxıĢlar və əl təsvirlərinə
təsadüf olunmuĢdur.
Burada XIII əsrin sonu - XIV əsrin əvvəllərinə aid olan türbə nisbətən pis
saxlanılmıĢdır. Türbənin xaricdən kvadrat planı vardır. Onun divarlarının uzunluğu
Ģimalda və cənubda 6x5,8 metr, qərbdə və Ģərqdə isə 5,6x5,8 metrdir. Abidənin küncləri
dünyanın əsas cəhətlərinə istiqamətləndirilmiĢdir. Türbənin içərisi diametri 4,7 metr olan
dairə Ģəklindədir. Abidəyə giriĢ yolunun Ģimal-qərb tərəfdə yerləĢdiyi güman edilir.
Beyləqanın Ģimal qala darvazalarının xarabalığı üzərində təxminən XIII əsrin ortalarına
aid olan sərdabə özünün quruluĢuna görə nəzəri cəlb edir. Sərdabə kvadrat formada,
köhnə biĢmiĢ kərpiclə, tağbənd Ģəklində qurulmuĢdur. DöĢəməsi torpaqdandır.
Sərdabənin cənub hissəsində yanaĢı dəfn olunmuĢ iki qəbir aĢkar edilmiĢdir. Buradakı
qazıntılar zamanı sərdabənin ətrafında daha 14 sadə torpaq qəbir açılmıĢdır. Onların da