148
xiyabanlar, hovuzlar, fəvvarələr bu sarayları vahid Ģəkildə birləĢdirən elementlər
olmuĢdur.
Feodalizm dövrünün bütün mərhələlərində memarlıq fəaliyyətinin baĢlıca
elementi müdafiə qurğuları idi. Lakin əvvəlki dövrlərə nisbətən XV əsrdə bu
sahədə müəyyən dəyiĢikliklər baĢ verdi. AbĢeron tipli feodal qəsrləri artıq tari xi
dəyərini itird i. Bu cür qəsrlər XV əsrdə tikilmirdi. Müdafiə qurğularının baĢlıca
növləri ġəhərlərin qala divarları, strateji keçid lərdə, dağlıq yerlərdə inĢa edilmiĢ
qalalar id i.
Müdafiə qurğuların ın ən nadir nümunələrindən biri Bakın ın XV əsrdə
tikilmiĢ qala divarlarıdır. Qala divarları bütün Ģəhəri əhatə edir və hər iki tərəfdən
Xəzər dənizinin dərinliklərində itib-batırdı.
XV əsrdə ġamaxı Ģəhərin in qala divarları yenidən qurulurdu. Təbriz dini-
xatirə təyinatlı iri tikililərin mərkəzi olaraq qalırdı.
Bu dövrün ən məĢhur dini-xatirə obyekti olan "Göy məscid" CahanĢah
Qaraqoyunlunun əmri ilə 1465-ci ildə tikilmiĢdir və o, ġərqi memarlıq sənətinin ən
nadir incilərindən biri kimi tanınmıĢdır.
ġirvan-AbĢeron məktəbinə məxsus dini-xatirə təyinatlı obyektlər sırasında
ġirvanĢahların saray kompleksinə daxil olan ġaly məscidi (1442) və Mərdəkanda
yerləĢən TubaĢahi məscidi (1482) xüsusilə seçilirdi.
Seyid Yəhya Bakuvinin SəkkizguĢəli türbəsi (Bakı) və ġama x bölgəsinin
Mərəzə kəndindəki "Diri Baba" türbəsi ġirvan xatirə tikililərindəndir. "Diri Baba"
həm öz mövqeyinə, həm də memarlıq həllinə görə nadir abidədir. Bu türbə relyef
üzərində tikilməmiĢ qayalıqda oyulmuĢ bir sahədə inĢa edilmiĢdir. Türbə
ikimərtəbəlidir. Birinci mərtəbə ziyarətə gələnlər və xid mətçilər üçün nəzərdə
tutulmuĢdur. Sərdabənin yerləĢdiyi baĢlıca otaq isə ikinc i mərtəbədə yerləĢir. Ġkinci
mərtəbədə otaq günbəzĢəkillidir. Sərdabə türbənin içərisində deyil, qayada oyulmuĢ
xüsusi yerdə saxlanılırdı. Türbənin naxıĢları içərisində memarın adı tam
göstərilməmiĢdir ("Ustad Hacının oğlu"). Lakin məlu mdur ki, türbəni inĢa etmiĢ Ģəxs
peĢəkar memar olmuĢdur. Türbənin ön tərəfində aĢkar edilmiĢ yazıdan aydın olur ki,
abidə 1402-ci ildə tikilmiĢdir. Bu gözəl xəttatlıq nü munəsinin müəllifi də həkk
olunmuĢ yazıdan məlum olur ("Ustad DərviĢ"). Qəbələ bölgəsinin Həzrə kəndindəki
məqbərələr də diqqətəlayiq abidələrdir. ġeyx Bədrəddin türbəsi 1446-cı ildə tikilmiĢ,
digər məqbərə isə ġeyx Barikin Ģərəfinə ucaldılmıĢdır (XV əsr). Hər iki məqbərə
səkkizguĢəlidir.
XV əsrdə mülki tikinti iĢləri də intensiv surətdə aparılırdı. Hamamlar və
karvansaralar daha geniĢ Ģəkildə tikilən obyektlər idi. Hamamlar Azərbaycanın bütün
yaĢayıĢ məntəqələrində inĢa olunurdu. ġirvanĢahların saray kompleksinə daxil olan
149
hamam belə tikililərə nümunədir. Lakin bu obyekt bizə yarıdağılmıĢ vəziyyətdə gəlib
çatmıĢdır.
Azərbaycan karvansaraları qərarlaĢmıĢ iki ənənəvi tipə aid idi: 1) Ģəhər
karvansaraları; 2) ticarət qovuĢuğunda yerləĢən karvansaralar (bunlar Səngəçal və
Miyaci karvansaraları ilə təmsil olunur). Karvansaralar iri komplekslər olub, qonaq
otaqları, yardımçı binalar, heyvan saxlanılan yerlərdən ibarət idi. ġəhər
karvansaralarını əsasən ikimərtəbəli və yaxud birmərtəbəli tikililər təĢkil edirdi.
Müxtəlif otaqlar və kiçik eyvanlar dördbucaqlı həyət ətrafında yerləĢirdi.
Fəlsəfi fikir. Monqolların və Teymurun yürüĢləri əleyhinə mübarizənin
kəskinləĢməsi ideologiyada müxalifət cərəyanını gücləndirərək bu cərəyanın
miqyasını geniĢləndirdi, onunla rəsmi (hakim) ideologiya arasında olan uçurumu daha
da dərinləĢdirdi.
Bu yüzilliklərdə peĢəkar, o cümlədən peripatetik fəlsəfi meylin inkiĢafı
müĢahidə edilirdi. Bu fəlsəfə qədim ġərq və qədim yunan fəlsəfəsinin ənənələrinin
sintezindən ibarət idi. O, orta əsrlərdə ġərq elminin yüksək səviyyəsinə əsaslanaraq
XIII əsrə qədərki materializm, rasionalizm və dialektika ideyalarını təbliğ və inkiĢaf
etdirirdi. Digər tərəfdən, bu dövrdə bidətçiliyin tarixən mütərəqqi, mistik, panteist
fəlsəfəsi geniĢ yayılırdı. Materialist, rasionalist təmayüllər, dünyanı dialektik qavrama
cəhdləri bu fəlsəfənin səciyyəvi cəhətləri idi.
Həmin tarixi dövrün və sonrakı əsrlərin fəlsəfəsinin inkiĢaf xüsusiyyətlərindən
biri peripatetizm fəlsəfəsinin bidətçi (sufilik, hürufilik, nöqtəvilik və s.), cərəyanların
mistik panteist fəlsəfəsi ilə tədricən yaxınlaĢması, qarĢılıqlı surətdə bir-birinə sirayət
etməsi olmuĢdur.
Peripatetizmin inkiĢafı, XIII-XIV əsrlərdə cərəyanlar fəlsəfəsinə onun təsirinin
fəallaĢması xeyli dərəcədə ölkədə elmin inkiĢaf səviyyəsi ilə müəyyən edilirdi. Marağa
rəsədxanası (XIII əsr), "Dar üĢ-Ģəfa" (XIV əsr) və baĢqa əzəmətli elm ocaqlarının
mövcudluğu Azərbaycan fəlsəfi fikrinin inkiĢafında böyük rol oynamıĢdır.
XIII-XIV əsrlərdə Azərbaycanda peripatetik fəlsəfə Siracəddin Urməvinin,
Əfzələddin Xunəcinin, Nəsirəddin Tusinin, Səfiəddin Urməvinin əsərləri ilə təmsil
olunmuĢdur. Bu mütəfəkkirlərin əsərlərində fəlsəfi problemlərlə yanaĢı nücum,
təbabət, riyaziyyat, məntiq və hüquq məsələləri də mühüm yer tuturdu. Dövrün peri-
Patetik fəlsəfəsi Əl-Kindinin, Əl-Fərabinin, Ġbn Sinanın və Behnənyarın ənənələrini
davam etdirir, konkret elmlərin inkiĢaf səviyyəsinə uyğun Ģəkildə Yaxın və Orta
ġərqin fəlsəfi fikrinin tərəqqisinə təkan verirdi.
Siracəddin Umtəvi fəlsəfəyə, məntiqə və elmin bir sıra sahələrinə dair əsərlərin
müəllifid ir. Fəlsəfənin əsas məsələsinin həllində idealist mövqedə duran mütəfəkkir
gerçəkliyin təbii qanunauyğunluğunun mövcudluğu ideyası inkiĢaf etdirmiĢ, anlayıĢlar,