142
Əbdülqadir Marağayi ramazan ayının 30 günü ərzində 30 muğam əsəri
bəstələmiĢ, əsərlərini Cəlairi hökmdarı Su ltan Hüseynə təqdim etmiĢdi. Bütün
musiqi ustaları, o cü mlədən məĢhur musiqiĢünas Xacə RizvanĢah bu məharətə
heyran qalmıĢdılar. ġah Sultan Hüseyn mükafat olaraq Əbdülqadirə 100 min dinar
məb ləğində pul vermiĢdi. Salnaməçilərin verdikləri məlu mata görə, Əbdülqadir
Marağayi mü xtəlif elmlə r sahəsində də misilsiz biliyə ma lik idi. Əbdülqadir Əmir
Teymurun əmri ilə d igər sənətkarlarla birlikdə Təbrizdən Səmərqəndə
aparılmıĢdır. Bu zaman Əbdülqadir musiqi sahəsində artıq tanın mıĢ bir Ģəxsiyyət
idi. Onun "Məqasid əl-ə lhan", "Kənz ül-əlhan", "Ləh inə", "Fəvaidi-əĢərə", habelə
Səfiəddin Əbdül- mö min Urməvinin "Kitab əl-ədvar" əsərləri musiqi nəzəriyyəsi
sahəsində böyük elmi nailiyyət idi. Bu əsərlərdə musiqin in bütün nəzəri və təcrübi
məsələlərinə to xunulmuĢdur.
Əbdülqadir Marağayi MiranĢahın hakimiyyəti dövründə Səmərqənddən
Təbrizə qayıtdı və saray musiqiçiləri Həbib Ud i, Qütbəddin Nai (neyçalan),
Əbdülmö min Quyəndə ilə birlikdə musiqi fəa liyyətini davam etdirdi. M iranĢah
atdan yıxıld ığı üçün əsəbləri pozu lmuĢdu. O, günlərini eyĢ -iĢrətdə keçirirdi.
Bundan xəbər tutan Teymur Təbrizə gəldi və "MiranĢahı eyĢ-iĢrətə məcbur edən
musiqiç ilərdir" fikrində qərarlaĢaraq Həbib Udini, Qütbəddin Naini və
Əbdülmö min Quyəndəni Təbrizdə edam etdirdi. Əbdülqadir Marağayi isə
Təbrizdən Bağdada qaçaraq Sultan Əhməd Cəlairinin yanma getdi. Tey mur
Bağdadı ələ keçirdikdən sonra yenə də Əbdülqadiri edam etdirmək istədi.
Əbdülqadir dar ağacının ipi boynunda ikən Quran ayəsindən bir neçə cümləni
muğam axarında və xoĢ avazla o xudu. Əbdülqadirin bu hərəkəti Tey murun xoĢuna
gəldi və o, verd iyi hökmdən imtina etdi.
Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının dövründə A zərbaycanda musiqi
xeyli in kiĢaf etmiĢdi. Bu dövrdə Təbrizin musiqi həyatı Avropa səyyahları və
elçilərinin də d iqqətini cəlb etmiĢdi.
Musiqi yalnız sarayda deyil, Təb rizin 30 min tamaĢaçı tutan "Qurd
meydanlarında təĢkil o lunan mü xtəlif məclislərdə də səslənirdi. Barbaro yazırdı ki,
Təbrizin meydanında hər birinin uzunluğu bir gəzdən artıq olan cəng, ud, bərbət,
ney və sinc çalınırd ı.
Müharibə və döyüĢlər zamanı da musiqi alətləri (xüsusilə Ģeypur, sinc,
gərranay, təbil və s.) səslənirdi.
Monqol yürüĢlərinin memarlıq və Ģəhərsalma iĢləri üçün viranedici
nəticələri Azərbaycan memarlığın ın qərarlaĢmıĢ ənənələrini, memarların əldə
etdikləri yüksək ustalıq səviyyəsini aradan qaldıra bilməzdi. Ağır itkilərə
baxmayaraq, Azərbaycanın forma laĢ mıĢ orta əsr me ma rlıq mə ktəbləri (Arran,
143
Naxçıvan və ġirvan-AbĢeron) yerli ənənələrin sarsılmazlığını nü mayiĢ etdirirdi.
Monqol yürüĢləri nəticəsində Arran memarlıq məktəbi daha ço x ziyan çəkmiĢdi.
Əsas mərkəzlərin (ġəmkirin, Gəncənin və Bey ləqanın) viran edil -məsindən sonra
orta əsr Azərbaycan me marlığ ında Arran mə ktəbinin əhə miyyəti xey li a zald ı.
BaĢ vermiĢ tarixi-siyasi dəyiĢikliklərlə əlaqədar olaraq Təbriz memarlıq
məktəbi mühü m və aparıcı mövqe qazandı.
XIII əsrin ikinci yansında nisbi sabitliyin qərarlaĢması A zərbaycan
me marlığ ının daha da inkiĢafı üçün əlveriĢli Ģərait yaratdı. Azə rbaycan
torpaqlarının Hülaku (Elxani) dövlətinin baĢlıca mərkəzi o lması bu inkiĢafda böyük
rol oynamıĢdır.
Hələ Hülaku xan dövründə tanınmıĢ bir alim o lan Nəsirəddin Tusinin
baĢçılığı ilə Marağada rəsədxana inĢa edildi. Rəsəd xana nəinki öz dövrünün iri
elmi mərkəzi idi, habelə görkəmli memarlıq ko mpleksi kimi də məĢhurlaĢmıĢdı
(mövcud olan tarixi salnamələr və Marağa yaxınlığındakı rəsədxananın varlığı bunu
sübut edir). Beləliklə, XII əsrdə Azərbaycan memarlığının mühüm mərkəzlərindən biri
sayılan Marağanın Azərbaycan me marlığı ənənələrinin XIII əsrin ikinci yarısından
baĢlanan dirçəliĢində əhəmiyyətli rolu olmuĢdur.
Məlumdur ki, Elxanilər dövlətinin baĢlanğıc mərhələsində islam, buddizm və
xristian dinlərinin müəyyən rəqabəti baĢ vermiĢdi. Bu isə xristian və buddizm ənənələri
əsasında tikilmiĢ bəzi memarlıq obyektlərin in meydana gəlməsində özünü
göstərmiĢdi. Lakin Qazan xan islamı qəbul etdikdən sonra həmin memarlıq abidələri
dağıdıldı. Buna baxmayaraq, XIII əsrin əvvəllərində Azərbaycana gəlmiĢ, buddizmə
etiqad edən uyğur ustaları XIV əsrin əvvəllərində Təbrizdə yaratdıqları miniatür
əsərlərində Uzaq ġərq təsirinin izlərini qoydular.
Elxanilər dövlətinin paytaxtı elan edilmiĢ Təbriz Ģəhəri Qərblə ġərq arasında
ən iri mədəni mərkəzə çevrilird i. Təbriz böyüklüyünə, əhalisinin sayına və ticarətin
həcminə görə Qərbin ən iri Ģəhərlərini geridə qoymuĢdu. Ərqun xanın dövründə
baĢlanmıĢ Ģəhərsalma tədbirləri Qazan xanın hakimiyyəti illərində daha geniĢ miqyas
aldı. Bu tədbirlərin həyata keçirilməsində baĢ vəzir RəĢidəddinin böyük rolu
olmuĢdur.
1297-c i ildə ġənb adlı yerdə Təbrizin yeni mə rkəzinin əsası qoyuldu
("ġənbi-Qazan" və yaxud "Qazaniyyə" adı ilə tanın mıĢdı). Qazaniyyə kompleksində
Qazan xanın məqbərəsi mərkəzi yeri tuturdu. Yazılı mənbələrdəki məlu matlara
görə XVI əsrədək mövcud olmuĢ bu məqbərə Azərbaycanın qülləvan abidələri tipinə
aid idi və kaĢılarla bəzədilmiĢdi. Əbdülkazım əl-KaĢaninin məlu matlarına əsasən,
ko mpleksi təĢkil edən tikililərin, habelə məqbərənin müəllifi memar Tacəddin Əlişah
idi. O dövrdə Təbrizdə yaradılmıĢ iri memarlıq obyektlərindən biri də Rəbi-RəĢidi və