144
yaxud RəĢidiyyə adlandırılmıĢ Ģəhərcikdir (Qa zan xan ın vəziri RəĢidəddinin
rəhbərliyi ilə inĢa olunmuĢdur). Kompleksə daxil olan obyektlər arasında 24 iri
karvansara, 1500 dükan, 30 min ev və s. xüsusi yer tutur. Hamamlar, kağız istehsal edən
karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və
xəttatların fəaliyyət göstərdiyi emalatxanalar RəĢidiyyənin çoxfunksiyalı Ģəhərcik
olduğuna dəlalət edirdi.
Təbrizdə aparılan Ģəhərsalma tədbirlərinin miqyası orta əsrlərdə görünməmiĢ
hadisə idi. Böyük karvan yollarının qovuĢuğunda yeni Ģəhərin - Sultaniyyənin əsasının
qoyulması, onun intensiv inkiĢafı dövrün əlamətdar hadisələrindən biri olmuĢdur.
ġəhərin inĢasına Ərqun xanın dövründə, XIII əsrin 80-ci illərinin sonlarında baĢlanılmıĢ
və tikinti iĢləri 1305-ci ildə, Ulcaytunun hakimiyyəti zamanı baĢa çatdırılmıĢdı.
XIII-XIV əsrlərdə Təbrizin və Sultaniyyənin ümumi memarlıq simasına dair
yeganə təsviri sənədli mənbə XVI əsrin 30-cu illərində Sultan Süleyman qoĢunlarının
tərkibində bu Ģəhərlərdə olmuĢ Osmanlı səyyahı, Ģairi və rəssamı, memarlıq sahəsində
də tanınan Mətrakçi Nasuhun özünəməxsus rəsmləridir. Rəssam Təbrizin rəsm-
planında Ģəhərdə mövcud olmuĢ 80-dən artıq mü xtəlif təyinatlı memarlıq obyektini əks
etdirmiĢdir. Mətrakçi Nasuhun rəsmlərindən aydın olur ki, Sultaniyyədəki Ulcaytu
məqbərəsi XVI əsrdə də tam Ģəkildə qalmaqda idi.
XIII-XIV əsrlərdə Azərbaycanın bir sıra Ģəhərlərində də müəyyən Ģəhərsalma
tədbirləri həyata keçirilirdi. Lakin öz miqyası və keyfiyyətinə görə bu tədbirlər
Təbrizdəki və Sultaniyyədəki iĢlərdən xeyli geri qalırdı.
Göstərilən dövrün aparıcı memarlıq tipi məqbərələr olmuĢdur. XIII-XIV
əsrlərdə Azərbaycanda inĢa edilmiĢ məqbərələrin əksəriyyəti qülləvari formaya malik
idi (bu tipli məqbərələr keçmiĢ memarlıq ənənələrini davam etdirirdi). Bu sahədə
Naxçıvan memarlıq məktəbinin uğurlan ilk növbədə qeyd olunmalıdır.
Naxçıvanın Qarabağlar kəndində mövcud olmuĢ məqbərə ümu mi
quruluĢunun fərdi cəhətləri ilə fərqlənir. Zənn edilir ki, bu abidə də memar Əhməd ibn
Əyyub Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inĢa olunmuĢdur.
Bu dövrün qülləvari məqbərələri Səlmas və Xiyav Ģəhərlərində də qorunub
saxlanılmıĢdır. Qarabağ ərazisində XIII-XIV əsrlərdə inĢa edilmiĢ xeyli məqbərə vardır.
Onların əksəriyyətinin memarlıq həllində Naxçıvan me marlıq istiqamətinin güclü təsiri
hiss olunur. Məqbərələrin Araz-Qarabağ qrupuna əsrin Azərbaycan memarlığının
inkiĢafının ümu mi təmayülləri baxımından qiymət verərkən qeyd etmək olar ki, bu
abidələr özlərində Naxçıvan və ġirvan-AbĢeron memarlıq istiqamətlərinin qarĢılıqlı
təsirini əks etdirir.
Bu dövrdə müdafiə qurğularının inĢ aası da geniĢ miqyas almıĢdı. BaĢlıca
Ģəhərlərin qala divarları, qüllələr, mü xtəlif mövqeli feodallara məxsus olan qəsrlər
145
həmin qurğuların aparıcı növləri id i. Təbrizin və Sultaniyyənin etibarlı müdafiəsi üçün
XIII-XIV əsrlərdə mühüm tədbirlər həyata keçirilmiĢdi. Qazan xanın hakimiyyəti
illərində Təbriz Ģəhərinin ətrafını möh kəmləndirmək məqsədilə yeni qala divarlarının
inĢasına baĢlanıldı, lakin Elxani hökmdarının ölümü ilə əlaqədar bu tədbir sonadək
həyata keçirilmədi.
Müdafiə qurğularının mühüm qismini XIII-XIV əsrlərdə AbĢeronda tikilmiĢ
feodal qəsrləri təĢkil edir. Bu ko mplekslər, adətən qala divarları ilə əhatə olunmuĢ
saraydan ibarət idi və onların mərkəzində qüllə ucalırdı. Belə tikintilərə Mərdəkandakı
dördguĢəli qüllə, Nardarandakı qəsr (1301-ci ildə memar Mahmud ibn Sədi tərəfindən
inĢa olunmuĢdur), yüksək qayalıq üzərində ucaldılmıĢ Ramana qəsri, ġağanda olan qəsr
misal ola bilər. Vaxtilə AbĢeronda bu cür qəsrlər daha çox id i.
Dairəvi qülləyə malik olan Mərdəkan qəsri mühüm fərdi cəhətlərinə görə
fərqlənir. Abidənin üzərində onun 1232-ci ildə memar Əbdülməcid ibn Məsud
tərəfindən tikildiyini təsdiq edən yazı vardır. XIII əsr Azərbaycan memarlığın ın
özünəməxsus abidəsi olan Bayıl qəsri dövrünün ən güclü istehkamlarından idi.
Abidənin nadir cəhətlərindən biri üzərində insanların, heyvanların, quĢların və
əfsanəvi varlıqların təsviri, ərəb qrafikası əsasında yazılar olan üzlük daĢların
çoxluğudur. Bu cür daĢ lövhələrin 1200 ədəd olduğu güman edilir və indiyədək
onların 700-ə qədəri tapılmıĢ, tədqiq olun muĢdur.
Bu dövrdə dini təyinatlı obyektlərin inĢası geniĢ miqyas almıĢdı, lakin müasir
dövrədək həmin abidələrin az bir qismi qalmıĢdır. Təbrizdə tikilmiĢ Cümə məscidi
bunlardan biridir. Bu məscid daha çox ƏliĢah, yaxud Ərk məscidi adı ilə tanınmıĢdır.
Kompleks səciyyəsi daĢıyan bu obyektdə mədrəsə, hovuz, s aray, digər tikililər vardır.
Mənbələrdə verilən məlumatlarda məscidin qızıl və gümüĢ elementləri ilə
naxıĢlan ması qeyd edilmiĢdir.
1309-1310-cu illə rdə Bakıda tikilmiĢ Cü mə məscidi də p lan quruluĢuna və
formasına görə özünəməxsus abidə olmuĢdur (XIX əsrin sonlarında bu məscidin
yeri müəyyən edilmiĢ və XX əsrin əvvəlində həmin yerdə yeni məscid inĢa
olunmuĢdur). Əldə edilmiĢ epiqrafik materiallara əsasən güman edilə bilər ki,
burada V əsrə qədər də dini obyekt mövcud olmuĢdur.
Xanəgahlar da dövrün baĢlıca dini təyinatlı tikililəri idi. Xanəgahlar əsasən ziyarət
yerləri ətrafında meydana gəlib formalaĢan, məqbərələri, hücrələri və karvansaraları
özündə ehtiva edən, divarlarla əhatə olunan kompleks səciyyəsi daĢımıĢdır. Pirsaat çayı
yaxınlığındakı xanəgahın ilkin əsasının yaranması XIII əsrə Ģamil oluna bilər.
Xanəgahın mərkəzini təĢkil edən Pir Hüseyn türbəsi sərdabəsinin zəngin Ģəkildə
bəzədilməsi ilə seçilir. Xanəgahın minarəsi ġirvan-AbĢeron memarlığının qiymətli