140
məĢhur ustaları sırasında tatlardan Abdulla Seyrəfi Təbrizini, Məhəmməd ibn ġüca
ġirvanini, Abdulla Marağayini, cildçilərdən Məhəmməd Əli Təbrizini göstərmək o lar.
Dünyəvi məzmuna malik olan kitablar (tarixi əsərlər və klassik poeziya
nümunələri) əlvan miniatür rəsmləri ilə bəzədilirdi. Təsviri sənətin məhz bu sahəsində
(miniatür rəssamlığında) Azərbaycan xalqının dünya bədii mədəniyyətində tutduğu
mövqeyi əhəmiyyətlidir. Ümu miyyətlə, Azərbaycan miniatür sənəti ġərqin müsəlman
ölkələrində miniatür rəssamlığının ümumi inkiĢafı prosesində aparıcı rol oynamıĢdır.
Orta ġərq xalqlarının ilkin kitab miniatür nümunələri Azərbaycan Ģəhərləri olan
Xoyda, Marağada və Təbrizdə yaradılmıĢdır. "Vərqa və GülĢa" (XIII əsr) və "Cami
əttəvarix" (1307, 1314-cü illər) kimi məĢhur əlyazmalarına çəkilmiĢ miniatürlər
Azərbaycanda bədii ənənənin mövcudluğunu, Orta ġərqdə bədii məktəbin
yarandığını sübut edir.
Miniatür rəssamlığında Təbriz məktəbinin formalaĢması və inkiĢafının ilkin
mərhələsində mü xtəlif məktəblərin ənənələri çulğaĢırdı. Uyğur rəssamları vasitəsilə
ġərqi Türküstan ənənələri, Mesopotamiya təsviri sənət ənənələri və yerli təsviri sənət
ənənələri bu məktəbin yaranmasının əsas mənbələri olmuĢdur. XIV əsrin əvvəllərində
miniatür rəssamlığının daha da inkiĢaf etdiyini RəĢidəddinin "Cami ət-təvarix"
əlyazmasına çəkilmiĢ miniatürlər sübut edir. Müxtəlif tarixi hadisələri, mifoloji süjetləri
əks etdirən xeyli miniatür azad qrafik tərzdə, Uzaq ġərq rəssamlığı uslubunda
çəkilmiĢdir.
Lakin XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaradılmıĢ bu iarürlərin
bəzilərində Uzaq ġərq və Ərəb-Mesopotamiya ənənələri nəin ki birgə mövcuddur,
hətta üzvi surətdə çulğaĢır, yerli bədii ənənələrin təsiri altında yeni keyfiyyət kəsb
etməyə baĢlayırdı. Tədricən Təbriz məktəbinin miniatür sənətində yeni obrazlı
quruluĢlar iĢlənib hazırlandı. Bu quruluĢun baĢlıca cəhəti onun əsasən dekorativ
baĢlanğıca istinad etməsi id i.
Artıq XIV əsrin ortalarında miniatür rəssamlığının Təbriz mə ktəbində mü xtəlif
bədii ənənələri sintez etmiĢ tamamilə yeni və orijinal üslub formalaĢdı. Burada 1330-
1340-cı illərdə Firdovsinin "Sahnamə"sinə çəkilmiĢ miniatürlər nəinki Azərbaycan
miniatürünün, habelə bütün ġərq rəssamlıq sənətinin inkiĢafında yeni və yüksək
mərhələni təĢkil edir. Bu əlyazma miniatürlərinin böyük hissəsini ustad ġəmsəddin
çəkmiĢdir. Miniatürlərin baĢqa bir qismini onun Ģagirdinə, XIV əsrin ikinci yarısının
tanınmıĢ rəssamı Əbdül Xoyluya aid ed irlər.
XI-XIV əsrlərdə dünyəvi məzmunlu əlyazmalarından baĢqa, ilahiyyata həsr
olunmuĢ əlyazmaları da ornamental-dekorativ motivlərlə bəzədilirdi. Bu əlyazmaların ın
141
mətni iri hərflərlə, bəzən bir neçə klassik xətti dəyiĢməklə yazılırdı. Abdulla Seyrəfinin
1329-cu ildə və Abdulla Marağayinin 1338-c i ildə üzünü köçürdükləri Quran
nüsxələri dekorativ tərtibatına görə nadir sənət nümunələri hesab edilir.
XIV
əsrin sonlarında ġirvanda hazırlanmıĢ "Kitabi-kimya əssəadət", 1388-ci
ildə Təbrizdə üzü köçürülmüĢ "Əcayib əl-məxluqat" əsərləri kitab sənətinin gözəl
nümunələridir.
XV
əsrdə ġirvanĢahların, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının saray
kitabxanalarında elmi, tarixi, ədəbi-bədii məzmunlu əsərlərin üzü köçürülür,
əlyazmalarına gözəl miniatürlər çəkilirdi. Bu dövrdə Təbrizdə, ġa maxıda, digər
Azərbaycan Ģəhərlərində Mirəli Təbrizi, M irabdulla Təbrizi, Cəfər Təbrizi, Əzhər
Təbrizi, Əbdürrəhim əl-Yaqubi (Ənisi), Süleyman Əli Yaqubi, Nizaməddin Əli Ərdəbili
kimi xəttatlar fəaliyyət göstərirdilər. Məlu mdur ki, Uzun Həsənin "Əmeleye-
kitab xaneye-hümayun" kitabxanasında 58 mahir xəttat və rəssam çalıĢmaqda idi.
Xəttat Mirəli Təbrizi "nəstəliq" xəttinin yaradıcısı kimi məĢhurlaĢmıĢdı. Cəfər Təbrizi
Ağqoyunlu Baysunqurun saray kitabxanasına uzun müddət rəhbərlik etmiĢdi
(kitabxanada 45 xəttat iĢləyirdi). Onun Ģagirdi Əzhər Təbrizi Süleyman Əli MəĢhədinin,
ġah Mahmud NiĢapurinin və Sultan Məhəmməd Nurun müəllimi olmuĢdur. Bəzi
monumentalist xəttatlar me marlıq abidələrinin yazılarını və dekorativ bəzəklərini
iĢləyird ilər.
Tam əsasla qeyd etmək o lar ki, XIV-XVI əsrlərdə Təbriz miniatür
məktəbinin inkiĢafında fasilə olmamıĢdır. Bu dövrdə Təbriz nıəktəbinin bədii üslubu
tam Ģəkildə formalaĢdı.
Məhəmmədin Təbrizdəki sarayında oğlan və qızların cəng, tənbur, serud,
ney, dəf sədalan altında yallı getməsi haqqında dövrün mənbələrində məlu mat
vardır.
XIV əsrin ikinci yarısında, Cəlairilər dövründə Azərbaycan musiqisi
saraya daha artıq dərəcədə yol tapmıĢdı. 1371-ci ildə ġah |ġüca Təbrizi iĢğal
edərkən Ģəhərin üç böyük Ģəxsiyyəti - Ģair Salman Savəci, musiq iĢünas Hafiz
YusifĢah və alim ġey x Məhə mməd Keçəçi haqqında ona mə lu mat verild i.
Salnaməçilər Hafiz Yusif-i Ģahı "ürəkaçan nəğmələr sahibi" adlandırırd ılar.
Gö rkəmli musiq iĢünas Əbdülqadir Marağayinin (1353-1435) əsas
yaradıcılığ ı Cəlairi hökmdarları Su ltan Hüseyn, Sultan Əhməd və Əmir
Teymurun oğlu MiranĢahın hakimiyyəti dövründə Təbrizdə keçmiĢdir. MəĢhur
xanəndə olmuĢ Əbdülqadir bəstələdiyi mahnılara ö zü Ģeir yazırdı. Onun
Azərbaycan, fars və ərəb dillərində yazd ığı Ģeirlərdən nü munələr indiyədək
qalmıĢdır. Sənətkarın bəstələdiyi b ir mahnının sözləri - Azərbaycan dilində
yazılmıĢ "Bizi unutma" rədifli Ģeri geniĢ yayılmıĢdı.