120
Əvhədi "Cami-Cəm" adlı əsərində Ģahların zülmkarlığ ını, özbaĢınalığın ı,
məmu rların soyğunçuluğunu və rüĢvətxorluğunu, hakimlərin nadanlığın ı təsvir
etmiĢdir. Əvhədinin yaradıcılığ ında dini, mistik meyillər də qüvvətli o lmuĢdur.
Əvhədi Azərbaycan ədəbiyyatı tarixinə Nizami ənənələrinin davamçısı,
mütərəqqi ideyalar təbliğ edən görkəmli b ir Ģair kimi daxil olmuĢdur.
Bu dövrün Azərbaycan Ģerində sufizm ideyaları daha ço x yayılırdı. Bunu daxi li və
xarici təzy iqin, istismarın artması ilə izah etmək olar. Müsibətlər, ölkənin maddi
sərvətlərinin qarət edilməsi, aclıq və yo xsulluq xalq kütlələri içərisində etiraz
doğurmuĢ, müəyyən ziyalı təbəqələrində və sənətkarlarda da həyatdan narazılıq,
məyusluq, ümidsizlik meyillərini gücləndirmiĢdi. Bu vəziyyət bəzi Ģair və alimlərin
sufizm ideyala rına meyil et məsinə Ģərait yaradırdı.
XIII-XIV
əsrlərdə in kiĢaf edən sufi poeziyasının ən görkəmli
nümayəndələrindən biri Şeyx Mahmud Şəbüstəridir (1287-1320). 0, mədrəsə təhsili
almıĢ, ərəb və fars dillərini, təbiyyatı, nücumu, orta əsrlərin d ini-mistik fəlsəfəsini
öyrənmiĢ, Yaxın ġərq ölkələrinə səyahət etmiĢ və min beytə yaxın məĢhur
"GülĢəni-raz" əsərini yaratmıĢdır. Bu əsər sufizmin nəzəri-fəlsəfi məsələlərinə həsr
edilmiĢ və sual-cavab Ģəklində yazılmıĢdır. Burada panteizmin əsasları, mütəfəkkir
Ģairin dünyagörüĢü əks olunmuĢdur.
"GülĢəni-raz" əsəri 1836-cı ildə Vyanada, alman dilinə tərcüməsi ilə
birlikdə nəĢr edilmiĢdir. Mah mud ġəbüstəri habelə "Risaleyi-həqqül-yəqin fı-
mərifəti-rəbbül-aləmin", "Mirati-mühəqqiqin", "ġühədanamə" kimi fəlsəfi-elmi
əsərlər yazmıĢ, Ġmam Qəzalinin "Məlci ü l-abid in" adlı əsərini ərəbcədən farscaya
tərcümə etmiĢdir.
Uzunmüddətli monqol iĢğalın ın ağır nəticələri aradan qaldırılmamıĢ XIV
əsrin sonlarında bir sıra Yaxın ġərq ölkələri kimi Azərbaycan da yeni təhlükəyə -
Əmir Tey murun istilasına məruz qaldı.
Ġstismar və aramsız davam edən müharibələr nəticəsində Azərbaycanda
məhsuldar qüvvələrin inkiĢafı zəifləmiĢ, əhalinin həyat Ģəraiti ağırlaĢmıĢdı. Bu
Ģəraitdə Azərbaycanda hürufilik təriqəti meydana çıxmıĢ və o, ədəbi inkiĢafa
qüvvətli təsir göstərmiĢdir. Fəlsəfi məzmun baxımından sufizm ilə ü zvi surətdə
bağlı olmuĢ hürufilik təriqətin in əsasını məĢhur Ģair və mütəfəkkir Fəzlullah Nəimi
Təbrizi (1330-1396) qoy muĢdur.
Fəzlullah Nəimi Təbrizdə mü kəmməl təhsil almıĢ, ərəb, fars dillərin i, Yaxın
ġərq ədəbiyyatının, ġərq və yunan fəlsəfəsini, din tarixinə dair əsərləri dərindən
öyrənmiĢdir. O, təxminən 1385-1386-cı illərdən etibarən hürufilik haqqındakı
görüĢlərini təbliğ etməyə baĢlamıĢdır. Fəzlullah Nəimin in təlimi onun
121
"Cavidannamə" adlı əsərində Ģərh edilmiĢdir. Onun yaxın dostlarından olan ġeyx
Əbülhəsən "Cavidannamə"ni nəzmə çəkmiĢdir.
Fəzlullahın Ģeirlərinin bir qismi Sankt-Peterburqda, qəzə, tərcibənd, qitə və
rübailərdən ibarət olan divanın ın əlyazması isə Ġstanbuldad ır.
XIII-XIV əsrlərdən etibarən Azərbaycan dilində yaranmıĢ poeziya
nümunələrinin artması ilə əlaqədar olaraq ərəbcə və farsca bədii əsər yazmaq
ənənəsi tədricən zəifləməyə baĢladı. XIII əsrdən bizə Əli adlı bir Ģair tərəfindən
yazılmıĢ "Qisseyi-Yusif' ad lı bir əsər gəlib çatmıĢdır. Bu əsər həm A zərbaycan
dilinin, həm də poeziyamızın tarixin i öyrənmək baxımından çox əhəmiyyətlidir.
Əsər 1233-cü ildə tamamlan mıĢdır.
İzzəddin Həsənoğlunun iki qəzəli nisbətən məĢhur olduğuna baxmayaraq,
Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıld ığından az məlu mdur. Ərqun
xanın üçüncü oğlu, 23 yaĢlı Ulcaytu qardaĢı Qazan xanın vəfatından sonra Təbrizə
gəlib onun yerini tutmuĢdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər b ir sultan
kimi xatırlanan Ulcaytu Ģair Nəsir Bakuvi tərəfindən yüksək qiy mətləndirilmiĢdir.
Təbiid ir ki, bu mü xəmməsi XIII əsrdə Azərbaycan dilində yazılmıĢ yeganə
əsər kimi qiy mətləndirmək o lmaz. "Dədə Qorqud" dastanı kimi bədii cəhətdən
zəngin bir abidə aĢkar surətdə göstərir ki, hələ XIII əsrə qədərki dövrdə
Azərbaycan dilində ədəbi əsərlər yaradılmıĢdır. Azərbaycan dilində yazılmıĢ
əsərlər sırasında Ġzzəddin Həsənoğlunun iki qəzəli və Nəsir Bakuvinin Su ltan
Məhəmməd Ulcaytuya (1304-1316) həsr etdiyi mü xəmməsi diqqətəlayiqdir.
...Səltənət təxtinə yetgəc əqlü tədbir eylədi,
Ayəyi-ədli bəyanə çəkdi təqrir eyləd i,
Tərhi-memarı töküb v irani təmir eyləd i,
Himməti-Ģahanəsini hər yerdə təksir eyləd i,
Xanələ r abad qıld ı ə mr ilən, fə rman ilən....
Beydəqi-Ġslami Əla q ılmağa amadədir,
Dad edər kim dad qılsa, dadə çün dildadədir.
Binəsib olma z o kəs kim, payinə üftadədir,
Afərin o l Ģahə kim, həqqa Hü laku zadədir,
Zərdə Hatə m, zurdə hə mtaydur xaqan ilən.
XIV əsrdə Azərbaycan dilində yaradılmıĢ Ģeir nümunələri içərisində Qazi
Bürhanəddinin (1344-1398) əsərləri böyük maraq doğurur. O, Ģair, alim və dövlət
xadimi olmuĢdur. Sənətkarın məhəbbəti tərənnüm edən Ģerlərində folklorun təsiri
duyulmaqdadır:
122
Ol göz ki yüzün görmiyə, göz demə ona,
ġol yüz ki tozun silmiyə, yüz demə ona,
ġol söz ki içində, sənəma, vəsfin yox,
Sən badi-həva tut onu, söz demə ona.
Bürhanəddinin Ģeirlərində tez-tez vəzn və ahəngin pozulması hallarına, söz
və ifadələrin düyünlü olmasına da rast gəlirik. Bunun səbəbi onun Ģeir dilin in
kifayət qədər cilalan mamasıd ır. Sonralar Nəsimi və Fü zuli kimi böyük
sənətkarların əsərlərində Azərbaycan ədəbi dili, Ģerin vəzni və ahəngi inkiĢaf
etmiĢdir.
XIV əsrin ikinci yarısında - XV əsrin əvvəllərində A zərbaycan Ģerinin
inkiĢafında mühüm ro l oynamıĢ Ģairlərdən biri də İmadəddin Nəsimidir. Nəsimi
Azərbaycan dilində böyük divan yaratmıĢdır. 0, ərəb və fars dillərində də Ģeir
yazmıĢ, lakin Azərbaycan dilində yazdığı Ģeirlər doğma dilin tarix səhnəsinə
çıxmasını, elm və mədəniyyət vasitəsi kimi möhkəmlən məsini təmin etmiĢdir.
Nəsimi Azərbaycan ədəbi dilin i canlı xalq d ili hesabına zənginləĢdirmiĢ, Ģeri bədii
ifadə vasitələri, janr, vəzn və ahəng cəhətdən inkiĢaf etdirmiĢdir.
Seyid Ġmadəddin Nəsimi 1369/70-ci ildə ġamaxıda anadan olmuĢdur. O,
mü kəmməl təhsil almıĢ, fars və ərəb d illərini, məntiqi, riyaziyyatı, təbabəti,
nücumu öyrənmiĢdir.
Nəsimi ilk Ģeirlərini "Hüseyni" təxəllüsü ilə yazmıĢdır. Hüru filik təriqətin in
banisi olan Fəzlullah Nəimi 1394-cü ildə ġirvana gəlmiĢ və Nəsimi ilə
görüĢmüĢdür. Onun hürufi görüĢləri Nəsimin in yaradıcılığına və dünyagörüĢünə
dərin təsir göstərmiĢdir.
ġair insanları müasir həyatın tələb və vəzifələrindən uzaqlaĢ dıran zahidlərə,
onların axirətpərəstliyinə, insanları boĢ vədlərlə aldatmalarına qarĢı çıxır, cənnət,
cəhənnəm əfsanələrinə inan mır:
Firdovse, məni dəvət edən zahidə söylə,
Ol dikanə göz dikmə ki, gülzanmı buldum.
Nəsimi yaradıcılığ ının çıxıĢ nöqtələrindən biri də məhəbbət mövzusu idi:
Ey eĢqə günəh deyən günəhkar,
Dostları ilə paylaş: |